Operativ Media
✔
84.2K subscribers
7.48K photos
3.63K videos
13 files
7.26K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
⚡️Azərbaycanın Türkmənistana hədiyyə etdiyi "Dostlug" neftdaşıyan tankeri
Azərbaycanda QHT layihələri "bir pəncərə" prinsipi ilə maliyyələşdiriləcək
⚡️Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Petr Zix Xarici İşlər Nazirliyinə çağırılıb

● İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ölkəmizə qarşı qəbul etdiyi 18 iyun tarixli qərarına dair kəskin etiraz bildirilib

● Bu qərarın ədalətsiz, qərəzli və beynəlxalq hüququn müddəalarına zidd olduğu vurğulanıb.

● Həmçinin Azərbaycan tərəfinin öz qanuni maraqlarını qorumaq üçün bütün mümkün vasitələri nəzərdən keçirəcəyi və müvafiq addımlar atacağı diqqətə çatdırılıb.
Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib
Ərdoğan və Pezeşkian ABŞ-İran razılaşmasını müzakirə ediblər.
Ceyhun Bayramov və Türkmənistan xarici işlər naziri Rəşid Meredov arasında görüş keçirilib.

Nazirlər ticarət-iqtisadi, enerji, nəqliyyat-tranzit, logistika, gəmiçilik, humanitar və mədəni sahələrdə əməkdaşlığın inkişafı imkanları ətrafında fikir mübadiləsi aparıblar.
İyunun 23-də Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 6 vaqon gübrə göndəriləcək.
Lionel Messi Avstriya ilə oyunda da fərqlənərək Dünya Çempionatları tarixində ən çox qol (17) vuran futbolçu oldu.
⚡️Türkiyə XİN: Qara dənizdə ölkəmizə məxsus gəmiyə hücum nəticəsində iki vətəndaşımız yaralanıb
Elm və təhsil naziri Emin Əmrullayev:

● Repetitorluq tədris proqramına əlavə olaraq, valideynin öz vəsaiti hesabına övladı üçün əlavə dərs təşkil etməsidir. Bu, özlüyündə yaxşıdır, yoxsa pisdir? Məncə, burada problem yoxdur. İstənilən valideyn övladını skripka və ya piano dərsinə qoya bilər.

● Eyni şəkildə, riyaziyyat, kimya və digər fənlər üzrə də övladına əlavə dərs keçirmək hüququndan yararlana bilər. Problem ondan ibarətdir ki, repetitorlar kimlərdir?

● Əgər repetitor həmin uşağa səhər növbəsində dərs deyən müəllimdirsə və günortadan sonra yenidən ona repetitorluq edirsə, burada problem var. Problemlərdən biri etik problemdir, digəri isə məntiqsizlikdir. Müəllim bu uşağa riyaziyyatı öyrədə bilirsə, məktəbdə də öyrədə bilər.

● Repetitor və müəllim fərqli adam deyil, ikisi də eyni şəxsdir. Sinifdə öz şagirdinə dərs deyən müəllimin həmin şagirdə repetitorluq etməsi ciddi problemdir və belə olmamalıdır.

● Bir məsələ də ondan ibarətdir ki, repetitorluq niyə bu qədər geniş vüsət alıb?

● Bunun kökünü ali təhsilə qəbul sistemində və Azərbaycan cəmiyyətinin ali təhsilli olmağın dəyərinə baxışında axtarmaq lazımdır.

● Biz qəbul etməliyik ki, bu gün hər bir şagirdin qarşısında bir məqsəd dayanır: o ya ali təhsil müəssisəsinə qəbul olmalıdır, ya da hesab edir ki, başqa yaxşı yolu yoxdur.

● Zaman etibarilə həlli harada görürəm? Mənə görə, ali təhsil sadəcə təhsilin növbəti pilləsidir. Kim istəyirsə, ali təhsil ala bilməlidir. Ali təhsilə qəbul çətin olmamalıdır, ali təhsili bitirmək çətin olmalıdır.

● Bizdə ali təhsili bitirmə ehtimalı 85-90 faizdən yuxarıdır. Yəni qəbul olunmusansa, demək olar ki, mütləq bitirəcəksən.

● Məhz bu 90 faizlik göstərici bizi daha çox narahat etməlidir. Mühəndis olmaq rahat proses olmamalıdır. Dünyanın heç bir yerində yaxşı mühəndis olmaq üçün rahat yol yoxdur.
Elm və təhsil naziri Emin Əmrullayev:

● Dərsliklər hamı üçün açıqdır. Dərslik çap olunmazdan əvvəl hər kəsin onu görmək, oxumaq və rəy bildirmək hüququ var.

● Dərslik üçün narahat olan insanlar çapdan əvvəl öz irad və qeydlərini bildirsələr, bu daha faydalı olar.

● Dərslik yazıldıqdan sonra kimsə onu oxuyarkən bir hərf səhvini tapıb bunu Azərbaycan təhsilinin ən böyük problemi kimi təqdim edirsə, bunu o qədər də əhəmiyyətli hesab etmirəm.

● Dərsliklərdə həmişə hərf səhvləri olub.

● Amma məndən soruşsanız, dərsliklərdə problem varmı? Bəli, var. Ciddi məzmun problemləri mövcuddur.

● Biz fizika, kimya və biologiya dərsliklərinin növbəti nəsilə uyğun olub-olmadığını müzakirə edə bilərik.

● Əgər dərslikdə bir səhv tapılırsa, onu çapda düzəltmək çətindir, amma elektron versiyada həmin gün dəyişmək mümkündür. Bu böyük problem deyil. Hamıdan üzr istənilərək hərf səhvi düzəldilə bilər.

● Əgər hansısa mövzu yoxdursa, bu artıq ciddi problemdir. Hər hansı mövzu artıqdırsa, biz bu qədər mövzu keçməliyikmi? Bəlkə fərqli mövzulara keçək? Bəlkə kimya və biologiya fənlərində yeni elmi nailiyyətləri dərsliklərə daxil edək?

● Mən nə mediada, nə də ictimai müzakirələrdə bu tip narazılıqları çox görməmişəm. Görsəydim, çox sevinərdim. Problemlərimiz var və az deyil.
Emin Əmrullayev Bakıdakı universitetlərin köçürülməsi məsələsini şərh edib:

● Bu prosesə yalnız köçürmə üsulu ilə yanaşmaq düzgün olmaz.

● Elə köklü universitetlərimiz var ki, onların yüzillik tarixi mövcuddur.

● Həmin universitetləri köçürməkdən daha çox, tələbə kontingentinin sayını azaldıb, keyfiyyəti artırmaq istiqamətində işləməliyik.
Emin Əmrullayev təhsil haqqı problemləri barədə:

● Azərbaycanda, nə qədər həssas səslənsə də, bir tələbənin təhsil haqqı digər ölkələrlə müqayisədə çox aşağıdır.

● Əgər biz iki min manata kompüter mühəndisi hazırlamaq istəyiriksə, təbii ki, tələbə üçün bunun ucuz olması yaxşıdır.

● Amma təhsil nə qədər ucuzdursa, keyfiyyətin təmin edilməsi bir o qədər çətinləşir.

● Əgər ucuz və yüksək keyfiyyətli kadr hazırlığının universal üsulunu tapsaq, bütün dünya bizə müraciət edər.

● Keyfiyyəti artırmaq üçün maliyyələşməni artırmağa məcburuq
⚡Almaniya kansleri Fridrix Merts:

● Mən şəxsi təhqirlərdən narahat deyiləm, kimsə mənə axmaq deyə bilər, bu onun öz işidir

● Amma dövlət vəzifəlilərini böhtanlardan qorumalıyıq. Dövlət vəzifəliləri ləkələndiyi anda əyləncə bitir

● Biz cəmiyyət olaraq bununla mübarizə apara bilməliyik, çünki bu, artıq ifadə azadlığı deyil.

● Qeyd edək ki, Fridrix Merz barədə 2021-ci ildən bəri internetdə yerləşdirilən təhqiramiz şərhlərə görə çoxsaylı cinayət iddiaları qaldırılıb

● Merz ittihamların prokurorlar tərəfindən irəli sürüldüyünü bildirib.

● Almaniyada son vaxtlar bəzi sosial media istifadəçiləri böhtan xarakterli şərhlərə görə cərimələniblər.
⚡Türkmənistan Prezidenti Füzulidə səfərdədir
Tikinti obyektlərinin qaz şəbəkəsinə qoşulması qaydaları dəyişib
⚡Yeni qayda: Kənd təsərrüfatı torpaqlarının alqı-satqı və digər özgəninkiləşdirmə yolu ilə bölünməsinə yalnız nəticədə yaranan hər bir sahənin ölçüsü 5 hektardan az olmadığı hallarda icazə veriləcək
Azərbaycan və Türkmənistan prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər.
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar