Operativ Media
✔
85.7K subscribers
7.48K photos
3.63K videos
13 files
7.26K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
Ceyhun Bayramov polşalı həmkarı Radoslav Sikorski ilə danışıqlar aparıb.

Tərəflər praqmatik Polşa-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərini, eləcə də iki ölkə arasında saziş layihələri üzərində işi müzakirə ediblər.
Kral III Çarlz Britaniyada keçirilən forumda Muxtar Babayevlə söhbət edib.
Operativ Media
Venesuelanın şimalında 7,1 maqnitudada zəlzələ qeydə alınıb. Hazırda zərərçəkənlər və ya dağıntı barədə məlumat yoxdur.
Azərbaycan XİN: Venesuelada baş verən, insan tələfatına və genişmiqyaslı dağıntılara səbəb olan dağıdıcı zəlzələdən dərin kədər hissi keçiririk.

Qurbanların ailələrinə dərin hüznlə başsağlığı verir və bu çətin dövrdə Venesuela xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk.
"Maliyyə icarəsi haqqında" qanun qüvvəyə minib

Qanunun tələblərini pozan şəxslər məsuliyyət daşıyırlar.
Hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi haqqında dəyişikliyi təsdiqlənib
⚡️Paşinyan: "Qarabağ hərəkatının" davam etdirilməsi üçün edilən bütün cəhdlərin qarşısını almağa davam edəcəyik.

● Ermənistan xalqı da məhz buna səs verib

● Biz bu cür cəhdləri Ermənistan xalqını yeni qumar oyununa çəkmək cəhdi kimi qəbul edəcəyik və qarşısını almaq üçün hər şeyi edəcəyik.
⚡Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb
Yeni yaradılan Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin nizamnaməsi təsdiqlənib
⚡Ceyhun Bayramov Ukrayna Bərpa Konfransında iştirak edir:

● Müzakirələr zamanı nazir Azərbaycanın Ukraynaya humanitar yardımını davam etdirdiyini, ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarını və zərər çəkmiş icmaları dəstəkləməyə yönəlmiş yenidənqurma təşəbbüslərini vurğulayıb

● Ceyhun Bayramov Azərbaycanın Ukraynaya humanitar dəstək göstərməyə davam etməyə hazır olduğunu bildirib
⚡Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyəti yenidən təşkil edilir.
"Azərlotereya" Bakı sakininə 500 000 manat qazandırdı!

Qalib Aynurə Həsənova📍Zabrat qəsəbəsində yerləşən OBA marketdən aldığı "Prestij" ani lotereyası ilə böyük uduşa sahib olub.
Aynurə xanım bu uduşla həyatının ən unudulmaz anlarından birini yaşadığını deyir.
Növbəti qazanan sən ola bilərsən. Şansına inanlar ən yaxın satış nöqtəsindən öz “Poz-Qazan” biletini seçə bilər.

Ərtaflı: https://azl.az/3LrsWSv
⚡ Hikmət Hacıyev Bakıda səfərdə olan Fransa Prezidentinin kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalterlə görüşüb

● Azərbaycan–Fransa ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və perspektivləri nəzərdən keçirilib.

● Həmçinin regional proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb
⚡️Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib.
⚡️Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib
⚡️Prezident Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuları və mülki işçiləri təltif edib.
Ceyhun Bayramov Polşada Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba ilə görüşüb.

Görüş zamanı Azərbaycan–Ukrayna əməkdaşlığının mövcud gündəliyi və gələcək perspektivləri müzakirə edilib.
Xarici işlər nazirinin müavini Elnur Məmmədov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, habelə regional gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.