Operativ Media
✔
88.6K subscribers
7.48K photos
3.63K videos
13 files
7.26K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
⚡️İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı baş tutub

● Telefon danışığı zamanı mədəniyyət, elm, təhsil və idman kimi sahələrdə ənənəvi olaraq məhsuldar əməkdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb.

● Həmçinin ikitərəfli münasibətlərin prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
⚡️Azərbaycan və Gürcüstan arasında birgə sərhəd nəzarəti məntəqəsi yaradılacaq
⚡️Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Forwarded from İlham Əliyev
26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü
Media is too big
VIEW IN TELEGRAM
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib
⚡️İsrail hökuməti qondarma "erməni soyqırımı"nın rəsmi tanınması üçün qətnaməni Knessetə təqdim edəcəyini bildirir
DÇ-2026: Türkiyə millisi D qrupunun sonuncu oyununda ABŞ yığmasına 3:2 hesabı ilə qalib gəlib.
⚡️Böyük Britaniya səfiri Şəhidlər xiyabanını ziyarət edib

"Böyük Britaniya Azərbaycanla müdafiə sahəsində inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirir və təhlükəsizlik üzrə tərəfdaşlığımızı daha da gücləndirməkdə qərarlıdır"-səfir bildirib.
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib.
⚡“Azercell” Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell”i istifadəyə verir

● Ölkədə ilk dəfə təqdim olunan bu təklifdən yararlanmaq üçün əsgərlər xüsusi şərtlərlə fərdi cihaz və nömrəni hərbi hissələrdə yaradılmış müvəqqəti satış məntəqələrindən əldə edə bilərlər.

● Təklif çərçivəsində nömrələrdə əsgərlər üçün nəzərdə tutulmuş tarif aktiv ediləcək.

● İnformasiya təhlükəsizliyi tələblərinə uyğun hazırlanmış xidmət əsgərlərə müəyyən olunmuş saatlarda “ağ siyahı”ya əlavə etdikləri istənilən 5 nömrə ilə qarşılıqlı zənglər həyata keçirmək imkanı yaradacaq.

● “Əsgərcell” təklifi 01 iyul 2026-cı il tarixindən etibarən aktiv olacaq.

Ətraflı məlumat: *1111-ə zəng edin və ya azercell.com saytına daxil olun.

https://youtu.be/qb8ewuMmDqM?si=pPvmLw_nLNeNTsHN
Tramp: İran atəşkəsi pozub.

Onlar Hörmüz boğazından keçən gəmilərə ən azı dörd dəfə dronla hücum edib.
⚡Mürsəl İbrahimov: Hərbi xidmət müddətinin azaldılması və ödənişli xidmət gündəlikdə deyil
⚡Mürsəl İbrahimov:

● Könüllü olaraq, təlim-toplanışlara cəlb olunmaq üçün müraciət edənlər də var.

● Amma bəzən vətəndaşlar elə başa düşürlər ki, əgər müddətli həqiqi hərbi xidməti bitiribsə, onun bizim qurumla bütün əlaqələri bitir, əslində isə belə deyil.

● Çünki ordu sıralarından tərxis olunanları biz artıq hərbi vəzifəli kimi qeydiyyata alırıq və onlar ehtiyata verilir.

● Vətəndaşların təlim toplanışlarda iştirakı qanunvericiliklə nəzərdə tutulduğundan hər birimizin həmin prosesdə iştirakı çox vacibdir.

● Hərbi vəzifəlilərə çağırış etmək istəyirəm ki, prosesdə aktiv olsunlar.
İsrail və Livan nümayəndələri çərçivə sazişi imzalayıblar.

Sənədə əsasən, İsrail qoşunları mərhələli şəkildə geri çəkiləcək, təhlükəsizliyə nəzarət isə Livan ordusuna təhvil veriləcək.
AZAL: Azərbaycan Hava Yollarının 27 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.
Azərbaycanın MMA döyüşçüsü Tahir Abdullayev Bakıda baş tutan UFC turnirinin ilk görüşündə yarımorta çəki dərəcəsində braziliyalı Cefferson Nasimentonu məğlub edib.
⚡️Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, iki ölkə arasında mövcud olan strateji əməkdaşlığın gündəliyi, habelə beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və əlaqələndirmə məsələləri müzakirə olunub.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ABŞ zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Venesuelaya qüvvələr göndərib:

● Venesuelada baş verən 7,5 maqnitudalı zəlzələ nəticəsində 1000-ə yaxın insan həyatını itirib

● 50 mindən artıq insanın itkin düşdüyü bildirilir

● Dağılan binaların sayı 250-dən çoxdur

● Bir sıra hava limanları bağlanıb.
Azərbaycanın MMA döyüşçüsü Fərman Həsənov Bakıda baş tutan UFC turnirindəki debüt görüşündə yarımorta çəki dərəcəsində ABŞ-dən olan Erik Nolanı məğlub edib.
UFC: Nazim Sadıxov braziliyalı Matheus Camiloya məğlub oldu.