Operativ Media
✔
84.4K subscribers
7.48K photos
3.63K videos
13 files
7.26K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
⚡MN: "JF-17C" (Block-III), "Su-25ML", "Su-25" və "L-39" tipli təyyarələrlə praktiki uçuşlar yerinə yetirilib.
⚡Baş Prokurorluq: Gürcüstanın Tbilisi şəhərində Azərbaycan Respublikasının vətəndaşı Fatimə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı həmin ölkənin prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin ibtidai istintaqı diqqətlə izlənilir

● Hazırda cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin - zərərçəkmişin qohumunun barəsində müvafiq prosessual tədbirlər görülməkdə, onun saxlanılması və cinayət məsuliyyətinə cəlb olunmasının təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir.

● Azərbaycan Baş Prokurorluğu tərəfindən Gürcüstan Prokurorluğuna rəsmi müraciət ünvanlanıb, cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırılması, bütün halların qanunvericiliyin tələblərinə uyğun şəkildə müəyyən edilməsi, habelə zərurət yarandığı təqdirdə beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində istintaqa hərtərəfli hüquqi yardımın və digər zəruri dəstəyin göstərilməsinə hazır olunduğu bildirilib.
Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb.
⚡️Ceyhun Bayramov BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib.
 
Görüş zamanı Azərbaycan ilə BMT arasında mövcud əməkdaşlıq gündəliyi, tərəfdaşlığın perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️Bakıda avtovağzalın yaxınlığında avtobus yanıb.
Media is too big
VIEW IN TELEGRAM
Real TV-nin “Media masası” layihəsində çıxış edən AzTV sədri Rövşən Məmmədov və İTV rəhbəri Balakişi Qasımov televiziyanın gücü mövzusunda fərqli fikirlər səsləndiriblər

● AzTV sədri bildirib ki, televiziyanın cəmiyyəti dəyişmək kimi bir gücü olmayıb və belə bir iddiası da yoxdur, televiziya cəmiyyəti maarifləndirə bilər.

● İTV-nin rəhbəri isə bu fikirlərlə razılaşmayıb, o bildirib ki, hazırda olmasa da, televiziyanın cəmiyyəti, insanları dəyişdirmək, həyatlarına təsir etmək gücü var.
⚡⚡Rusiya səfiri Mixail Yevdokimov Azərbaycan XİN-ə çağırılıb

Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.
Yay xərclərini düşünmə.

Daha aşağı faizlə krediti VTB-dən zaminsiz rəsmiləşdir, mövsümün dadını çıxar!

Şərtlər:

👉 illik 9.9%-dən
👉 uzun müddətə - 59 ayadək
👉 maksimal məbləğ - 50 000 AZN

Müraciət et: https://shorturl.at/4Zegv

#vtbazerbaijan #vtb #kredit #nağdpul #zaminsiz
AZAL bu günə planlaşdırılan bir sıra Bakı-Naxçıvan reyslərini ildırımlı hava şəraiti səbəbindən təxirə salıb
⚡Paşinyan Rusiyanın Baş naziri Mişustinlə görüşdə:

● Həm seçkilərdən əvvəl, həm də sonra Rusiya ilə münasibətlərimizi daha da inkişaf etdirməyə sadiqik.

● Əlbəttə ki, Avrasiya İqtisadi Birliyinə üzvlüyümüzdə maraqlıyıq.
⚡️Ötən il ARDNF-in büdcə gəlirləri 17 milyard 160,4 milyon manat, büdcə xərcləri isə 14 milyard 627,2 milyon manat təşkil edib.
⚡️“Qatar Airways” aviaşirkətinə məxsus, Doha–Tbilisi marşrutu üzrə QTR253 reysini yerinə yetirən hava gəmisi Tbilisidə müşahidə olunan əlverişsiz meteoroloji şərait səbəbindən ehtiyat hava limanı qismində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
⚽️ DÇ-2026: İspaniya Portuqaliyaya 1:0 hesabı ilə qalib gələrək 1/4 final mərhələsinə yüksəldi.
DÇ-2026: Belçika ABŞ-ni 4:1 hesabı ilə məğlub edərək 1/4 final mərhələsinə vəsiqə qazandı.
AZAL: Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub və uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir.
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Stiv Deynsi qəbul edib.
Operativ Media
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Stiv Deynsi qəbul edib.
İlham Əliyev: Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında Donald Tramp xüsusi rol oynayıb.
⚡Milli Məclis "Ümumi təhsil haqqında" Qanuna təklif edilən dəyişiklikləri təsdiqləyib

● Qanun layihəsinin 12.13-cü maddəsinə əlavə edilən yeni müddəaya əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblərin müəyyən edilməsi təsbit olunur.

● Həmin tələblərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur.

● Hazırda dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün vahid geyim formaları tətbiq edilir.
⚡⚡ Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə əlavə 3 ədəd yataq tipli vaqon (hazırda ölkədaxili marşrutda istifadə olunan standart+ sinif vaqonlar) qoşulacaq

● Bakı–Tbilisi–Bakı marşrutu ilə gediş haqqı məsafədən asılı olaraq standart+ sinif üzrə 40.30 AZN-dən başlayır

● Bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 65.20 AZN olacaq.

Detallar
⚡ABŞ Prezidenti Donald Tramp NATO Sammitində iştirak etmək üçün Ankaraya gəlib.