Operativ Media
✔
85K subscribers
7.46K photos
3.63K videos
13 files
7.25K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
Sabah Avropa Liqasının birinci təsnifat oyununda “Qarabağ” “Vestri" ilə qarşıya-qarşıya gələcək.

● Qarşılaşmadan öncə azarkeşlər üçün “Azərsun Holdinq”in təşkilatçılığı ilə xüsusi fan zona yaradılacaq.

● Fan zonada əyləncəli proqram 9 iyul 18:00-dan başlayacaq.
Media is too big
VIEW IN TELEGRAM
Qeyri-sabit hava ilə bağlı Qax–Balakən sahəsində qatarların hərəkəti məhdudlaşdırılıb

● Bu gündən etibarən 20 iyul tarixinə qədər Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarına bilet satışı müvəqqəti dayandırılıb.

● Təhlükəsizlik tədbirlərinə uyğun olaraq 8 – 20 iyul tarixlərində Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək.
⚽️ "Zirə" UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın "Torpedo" komandasını 3:0 hesabı ilə məğlub edib.
Media is too big
VIEW IN TELEGRAM
Mingəçevir şəhərində V “Cyber Summer School 2026” Kiber Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilib.

● Layihə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilir.

● Düşərgənin əsas tərəfdaşları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi və Mingəçevir Dövlət Universitetidir.

● Ölkənin müxtəlif bölgələrindən yüzlərlə gənci bir araya gətirən layihə kibertəhlükəsizlik sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, peşəkar insan kapitalının formalaşdırılması və gənclərin bu istiqamətdə praktiki təcrübə qazanmasına töhfə vermək məqsədi daşıyır.
⚡️ABŞ Hörmüz boğazındakı İran hərbi obyektlərinə zərbələr endirməyə başlayıb
⚡️İran KİV: Bəndər-Abbas və Sirikdə bir neçə partlayış səsləri eşidilib.
Ceyhun Bayramov: Ermənistanla sərhədlərin delimitasiyası işində müsbət proseslər var.

Mütəmadi proses davam etdirilir. Bu kontekstdə müsbət işin şahidiyik. Bundan sonra komissiyaların işini tənzimləyən normativ aktlar qəbul edilib. Hər iki tərəfdən də təsdiq olunub.
⚡Ceyhun Bayramov: Zəngəzur dəhlizinin Ermənistandan keçən avtomobil və dəmiryolu layihəsi ilə bağlı işlərin getdiyi bizə bildirilib.

● Ötən il Vaşinqton sammitinin çox önəmli nəticələrindən biri Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin razılaşdırılması idi.

● TRIPP-ın giriş və çıxış hissəsi Azərbaycan ərazisidir.

● Ona görə biz ABŞ-dan olan tərəfdaşlar tərəfindən məlumatlandırılırıq. Bizə verilən vədlər ondan ibarətdir ki, proses gedir, hazırda sənədlərin hazırlanması mərhələsi davam edir.
⚡Ceyhun Bayramov: Azərbaycan Sülh sazişinin yekunlaşdırılması ilə bağlı üzərinə düşən işləri yekunlaşdırıb.

● Ermənistanda yeni Konstitusiya qəbul edilməsi istiqamətində addımların atıldığını parlament seçkilərindən sonra Paşinyan bir daha səsləndirib.

● Bizi maraqlandıran və narahat edən əsas məqam Müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarıdır. Bu həll olunandan sonra bizim gözləntimiz bu işin tezliklə başa çatmasıdır.
“Azərsun Holdinq”in baş icraçı direktoru Savaş Uzan mövcud iqtisadi vəziyyətlə bağlı "Qafqazinfo"nun suallarını cavablandırıb:

● “Azərsun-2030” strategiyası çərçivəsində ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən istiqamətlərdə yeni layihələrin icrası nəzərdə tutulur

● Bu ildən etibarən strateji əhəmiyyətə malik günəbaxan yağının yerli xammal hesabına təmin edilməsi istiqamətində də zəruri addımlar atılacaq

● Bu çərçivədə hazırda 200 hektardan çox ərazidə günəbaxan əkinləri həyata keçirilib və 500 tondan çox məhsul hədəflənir.

● 2030-cu ilə qədər əkin sahələrini 1.800 hektara, yığılacaq məhsulun həcmini isə 4.000 tona qədər artırmaq planlanır

● Bununla da bu istiqamətdə idxaldan asılılığı kəskin şəkildə azaltmış olacağıq.

● 2026-cı ilin ilk 5 ayı ərzində 53.571.000 ABŞ dolları dəyərində 84.530 ton şəkər ixrac etmişik, ilin yekununda 88.000.000 ABŞ dolları dəyərində 140.000 ton məhsulun ixracı nəzərdə tutulur.
⚡Dünya Bankı Azərbaycanda bu il iqtisadi artımın 2 faiz olacağını proqnozlaşdırır
⚡Dünya Bankı Azərbaycanda turizmlə bağlı:

● Azərbaycana gələn xarici turistlərin 66 %-i cəmi 3-4 əsas bazarın payına düşür ki, bu da ölkənin turizm sektoru üçün struktur riski yaradır.

● Yeni bazarlardan daha çox turist cəlb etmək üçün həmin ölkələrin tələbatına uyğun turizm məhsullarının hazırlanması və təklif olunması vacibdir.

● Əsas məsələ turistlərə yalnız Bakı deyil, "Bakı+" təcrübəsini təqdim etməkdir. Yəni ziyarətçilərin regionlara səfər etməsini və ölkədə daha uzun müddət qalmasını təmin etmək lazımdır
⚡⚡Paşinyan: Konstitusiyanın mətni ilin sonuna qədər dərc olunacaq, bütün təkliflər müzakirə edilib.
⚡DİN: Ötən 6 ayda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 15.420 cinayət qeydə alınıb

● Onların 95,4 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olub

● 87 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növləri təşkil edib.

● Qeyri-leqal dövriyyədən ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 ton 360 kiloqram çox, yəni 4 ton 318 kiloqram narkotik vasitə çıxarılıb

● Qanunsuz kultivasiya edilən və yabanı halda bitən 254 tondan artıq çətənə və xaş-xaş kolu aşkarlanıb məhv edilib.

● Bu növ əməllərə görə 41 cinayətkar qrup zərərsizləşdirilib, 2.652 şəxs cinayət məsuliyyətinə cəlb olunub.

● Mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 288, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 104 kriminal qrup zərərsizləşdirilib.
Prezident İlham Əliyev Azərbaycandan Gürcüstana elektrik enerjisinin təchizatına dair sazişi təsdiqləyib.
Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda ictimai dinləmə keçirib:

● 2028-ci ilin sonuna qədər Azərbaycan dili üzrə Böyük Dil Modellərinin yaradılması nəzərdə tutulur.

● Süni İntellekt Akademiyası (AI Academy) beynəlxalq standartlara uyğun tədris proqramları vasitəsilə 500 mühəndisin hazırlanmasını və 3000 nəfərlik süni intellekt icmasının formalaşdırılmasını hədəfləyir.
⚡️"28 May" stansiyasının I çıxışında yerləşən 3 saylı eskalator planlı texniki təmir və təftiş işləri ilə əlaqədar müvəqqəti təmirə dayandırılır.

● Təmir müddətində sərnişinlərin rahat hərəkətini təmin etmək üçün digər üç eskalator fasiləsiz xidmət göstərəcək.

● Təmir işləri 10 iyul-1 avqust 2026-cı il tarixlərini əhatə edəcək.
⚽️ "Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda İslandiyanın "Vestri" komandasını 3:0 hesabı ilə məğlub edib.
⚡️⚡️Azərbaycan XİN-nin çağırışından sonra İsrail hökuməti qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı rəsmi prosedurları dondurub