Operativ Media
✔
84.8K subscribers
7.46K photos
3.63K videos
13 files
7.25K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
Prezident İlham Əliyev Azərbaycandan Gürcüstana elektrik enerjisinin təchizatına dair sazişi təsdiqləyib.
Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda ictimai dinləmə keçirib:

● 2028-ci ilin sonuna qədər Azərbaycan dili üzrə Böyük Dil Modellərinin yaradılması nəzərdə tutulur.

● Süni İntellekt Akademiyası (AI Academy) beynəlxalq standartlara uyğun tədris proqramları vasitəsilə 500 mühəndisin hazırlanmasını və 3000 nəfərlik süni intellekt icmasının formalaşdırılmasını hədəfləyir.
⚡️"28 May" stansiyasının I çıxışında yerləşən 3 saylı eskalator planlı texniki təmir və təftiş işləri ilə əlaqədar müvəqqəti təmirə dayandırılır.

● Təmir müddətində sərnişinlərin rahat hərəkətini təmin etmək üçün digər üç eskalator fasiləsiz xidmət göstərəcək.

● Təmir işləri 10 iyul-1 avqust 2026-cı il tarixlərini əhatə edəcək.
⚽️ "Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda İslandiyanın "Vestri" komandasını 3:0 hesabı ilə məğlub edib.
⚡️⚡️Azərbaycan XİN-nin çağırışından sonra İsrail hökuməti qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı rəsmi prosedurları dondurub
⚡Samur çayının su ehtiyatlarının bölüşdürülməsi üzrə Azərbaycan–Rusiya Birgə Komissiyasının iclası olub.
⚡13-14 iyul tarixlərində 4-cü Şuşa Qlobal Media Forumu keçiriləcək.

● Dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsin iştirak edəcəyi forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunacaq.

● Həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatılacaq.
Zakir Həsənov Selçuk Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ödənilməmiş qaimələriniz var?

Ödəniş tarixini gözləmədən qaimələrinizi maliyyələşdirə, biznesiniz üçün lazım olan vəsaiti daha tez əldə edə bilərsiniz.

"PAŞA Bank"ın faktorinqi ilə pul axınınızı daha rahat idarə edin və dövriyyə vəsaitinizi biznesinizin ehtiyaclarına yönəldin. Heç bir maliyyə təhlili və ya girov tələbi yoxdur, vəsait isə cəmi 1 iş gününə hesabınıza köçürülür.

Ətraflı məlumat:

https://pshb.az/4wAecCH
Türkiyənin "Baykar" şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar Prezident İlham Əliyev ilə görüşündən paylaşım edib.
Azərbaycan və Gürcüstan arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş təsdiqlənib.
SN: Son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit (qulaqdibi) xəstəliyinin geniş yayıldığı ilə bağlı paylaşımlar yayılır.

● Həmin məlumatlar mövcud epidemioloji vəziyyəti əks etdirmir.

● Hazırda ölkədə epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir.
Bakıda 6 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir.
Tramp: "İran İslam Respublikası bizdən "danışıqları" davam etdirməyi xahiş etdi. Biz bunu etməyə razılaşdıq, lakin Birləşmiş Ştatlar onlara birmənalı şəkildə bildirdi ki, atəşkəs rejimi başa çatıb!"
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib.
⚽️ DÇ-2026: İspaniya Belçikanı 2:1 hesabı ilə məğlub edərək 1/2 final mərhələsinə vəsiqə qazanıb.
⚡️Prezident İlham Əliyev:

● Laçında "Həkəriçay" su anbarının təməlini qoyub.

● Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib.

● Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.

● Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub.

● Xocavənd rayonunun Quzeyxırman kəndində olub

● “Xankəndi” hotelinin açılışında iştirak edib
Operativ Media pinned «⚡️Prezident İlham Əliyev: ● Laçında "Həkəriçay" su anbarının təməlini qoyub. ● Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak…»
Media is too big
VIEW IN TELEGRAM
İlham Əliyev: Ümid edirəm daha yumruq dövrü olmayacaq.