Operativ Media
✔
89K subscribers
7.48K photos
3.63K videos
13 files
7.26K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
⚡Şamaxıda iqlim danışıqçılarının üçüncü qeyri-rəsmi toplantısı keçirilib.

Tədbirdə 34 ölkədən və UNFCCC Katibliyindən 70-dən çox nümayəndə iştirak edib.
Zakir Həsənov Pakistanda baş verən partlayışla bağlı başsağlığı verib.

Hücum nəticəsində 14 nəfər həlak olub, 24 nəfər yaralanıb.
Yasamal rayonu, Kənar Dairəvi yolda otluq ərazidə yanğın baş verib.

Sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə yol polisi tərəfindən “Biləcəri" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Milix Yevdayev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
⚡️Makron və Paşinyan arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesi və regional məsələlər müzakirə edilib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️Göygöldə Milli Yaylaq Festivalında taxta konstruksiyanın uçması nəticəsində 7 nəfər xəsarət alıb

● TƏBİB bildirir ki, 5 nəfərin müalicəsi Gəncə Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananda davam etdirilir.

● Vəziyyətləri orta ağır qiymətləndirilir.

● 2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
İlham Əliyev Maldiv Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib.
Media is too big
VIEW IN TELEGRAM
Sürücülər hava limanı istiqamətində uzun tıxac yarandığını bildirirlər
⚡️İran Ukraynaya zərbələr endirə bilər

● 25 iyulda Ukrayna tərəfindən Xəzər dənizində İrana məxsus gəmi hədəf alınıb

● Ukrayna tərəfi bildirir ki, gəmidə Rusiyaya hərbi yük daşınıb

● İran tərəfi vurulan gəminin ticarət gəmisi olduğunu bildirir

● İran XİN bu gün bəyanat yayıb ki, Ukraynanın Xəzər dənizində İran gəmisinə endirdiyi zərbə cavabsız qalmayacaq.
⚡Kolumbiyanın Azərbaycandakı səfirliyi bağlanacaq

● Ölkənin yeni seçilmiş prezidenti Abelardo de la Espriella bildirib ki, Kolumbiyanın xaricdəki səfirliklərinin, konsulluqlarının və diplomatik nümayəndəliklərinin "optimallaşdırılması" prosesinə başlayacaq.

● İlkin mərhələdə Kolumbiyanın Əlcəzair, Azərbaycan, Barbados, Kuba, Çexiya, Efiopiya, Qana, Haiti, Macarıstan, Malayziya, Nikaraqua, Rumıniya, Seneqal və Cənubi Afrikadakı səfirlikləri bağlanacaq.

● Kolumbiyanın Fransa və YUNESKO-dakı missiyaları, İtaliyada və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında səfirlikləri birləşdiriləcək.

● Fələstində planlaşdırılan nümayəndəliyin açılması prosesi dayandırılacaq.
Milli Hidrometeorologiya Xidməti: Hazırda havada tozun miqdarı normadan 1,4-1,7 dəfə artıqdır

● Tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir

● Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28 m/s-yə çatır.
Birinci yarımildə azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 1 milyard 64,1 milyon manat vəsait istifadə olunub

Bu, illik nəzərdə tutulmuş vəsaitin 30,4 faizidir.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿Bakıda güləş üzrə U17 Dünya Çempionatı başlayıb

● Yarışda erməni idmançılar da iştirak edirlər.

● DÇ 27 iyul-2 avqust tarixlərində keçirilir.
⚡Ukrayna Xarici Kəşfiyyat Xidməti: Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı regional dominantlığına faktiki olaraq son qoyub.
⚡Prezidentin Sərəncamları ilə:

● Nərminə Elsevər qızı Mustafayeva İstanbul şəhərində Azərbaycanın baş konsulu və Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb

● Zamin Məmməd oğlu Əliyev Qars şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılıb.

● Zamin Məmməd oğlu Əliyev İstanbul şəhərində Azərbaycanın baş konsulu təyin edilib

● Qoşqar Aslan oğlu Zeynalov Qars şəhərində Azərbaycanın baş konsulu təyin edilib.
⚡2026-cı il oktyabrın 22–31-də ilk dəfə Azərbaycanda keçiriləcək FİFA U-15 Dünya Çempionatı və Festivalı ilə bağlı zəruri məsələlərin həlli Təşkilat Komitəsinə həvalə edilib
⚡⚡ İran AzTV-ni “düşmən media qurumları” siyahısına daxil edib

● Media İnkişafı Agentliyi bildirir ki, AzTV-nin “düşmən media qurumları” siyahısına daxil edilməsi və həmin qurumlarla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyəti ilə hədələnməsi təəccüb doğurur

● “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycan ərazisində fəaliyyəti qanunsuz hesab edilir.

● Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər.
“Toplum TV” işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda ittiham olunanlara hökm oxunub:

● Aкif Qurbanov və Ruslan İzzətli 15 il

● Ələsgər Məmmədli və Əli Zeynalov 14 il

● Müşfiq Cabbarov, İlkin Əmrahov, Ramil Babayev 13 il

● Fərid İsmayılov və Elmir Abbasov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar qaçaqlmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əladə olunmuş pul vəsaitinin leqallaşdırılması və digər maddələrlə ittiham olunurdular.
Nikol Paşinyan və Vladimir Putin telefonla danışıb.

Paşinyan erməni mallarının Rusiyaya ixracına tətbiq edilən məhdudiyyətlərdən narazılığını ifadə edib.