Operativ Media
✔
88K subscribers
7.48K photos
3.63K videos
13 files
7.26K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
Operativ Media
⚡Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycana rəsmi səfərə gəlib
⚡️Prezident İlham Əliyev Kambocanın Baş nazirini qarşılayıb.
⚡️Təhsil Şurası:

● Dini hisslərdən və geyim azadlığından siyasi vasitə kimi istifadə edərək cəmiyyətdə qarşıdurma yaratmaq, gənclərin milli şüuruna təsir göstərmək və xarici maraqlara xidmət edən gündəmləri ölkəyə yönəltmək cəhdləri yolverilməzdir.

● Azərbaycanın gələcəyi xarici dairələrin planlarından deyil, müstəqil dövlətin tərəqqisindən, gənclərin elmi və intellektual inkişafından asılıdır.
Operativ Media
⚡️Prezident İlham Əliyev Kambocanın Baş nazirini qarşılayıb.
İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub.
⚡İlham Əliyev:

● Süni intellektin, rəqəmsallaşmanın və digər yeni həllərin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir.

● Bu prosesdə texnoloji tərəqqinin yaratdığı imkanlardan səmərəli yararlanmaqla yanaşı, müəllif və ixtiraçıların hüquqlarının etibarlı qorunması, innovasiyaların təşviqi və cəmiyyətin maraqları arasında optimal tarazlığın təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.
⚡İlham Əliyev:

● Azərbaycan hər zaman, xüsusilə də TDT-yə sədrliyi dövründə təşkilatın institusional olaraq güclənməsi, qlobal müstəvidə nüfuzunun artması və vahid ailəmiz olan Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib.

● Türk xalqlarının ortaq mədəni irsinin qorunması, onun mənimsənilməsinin və təhrif olunmasının qarşısının alınması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən biri olmalıdır.
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər

Yenilənir
⚡Azərbaycan-Kamboca sənədləri mübadilə olunub.
Operativ Media
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər Yenilənir
Prezident İlham Əliyev:

● Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

● Biz beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik, bir-birimizə dəstək oluruq
⚡ Mərkəzi Bank kredit verilməsi qaydalarını dəyişib:

● İstehlak krediti üzrə zaminin borcunun gəlirinə nisbəti 70 faizdən çox olmamalıdır.

● Borcalanın gəliri rəsmi sənədlər və ya dövlət informasiya sistemləri vasitəsilə müəyyən edilə bilirsə, bank gəliri davranış modeli əsasında proqnozlaşdıra bilməyəcək.

● Nisyə satışla məşğul olan şirkət və fərdi sahibkarların banka təqdim etdiyi məlumatlarla kredit bürolarına verdiyi məlumatlar müqayisə olunacaq.
Göstəricilərdən hər hansı biri üzrə uyğunluq 90 faizdən aşağı olarsa, bu hal aktivlərin təsnifləşdirilməsində nəzərə alınacaq.

● Yeni qaydalar noyabrın 10-dan qüvvəyə minəcək.
⚡İlham Əliyev:

● Biz Cənub Şərqi Asiya ilə maraqlanırıq, bizim xarici siyasətin prioritetlərindən biridir, vacib bir bölgədir.

● Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynamaqdadır.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡⚡⚡İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

● Bakı şəhərində bir qrup şəxs vahid geyim qaydalarının tətbiqi ilə bağlı məktəblərdə təhsil işçiləri ilə münaqişəli vəziyyət yaradıb, dövlət təhsil müəssisələrinə zərər vurub, ictimai qaydanı kobud şəkildə pozan, nəqliyyatın hərəkətinə və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olan hərəkətlərə cəhd edib.

● Faktla bağlı DİN-in müvafiq istintaq qurumlarında Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılaraq 37 nəfər həbs edilib.
İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib.
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu gün Azərbaycandakı bəzi məktəblərdə baş verən hadisələrdən qısa görüntülər:

● İran tərəfindən yönləndirilən qruplar təxribatlar törətdilər.

● Məktəblərə zorla daxil olaraq pəncərə və qapıları sındırdılar.

● Mühafizə əməkdaşlarına qarşı zorakılıq tətbiq etdilər.
⚡️Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb.

● Yaxınlıqda uşaqlar da olub.

● Xoşbəxtlikdən xəsarət alan olmayıb.
⚡️Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub.

Yanğının qarşısı alınıb, xəsarət alan olmayıb.
⚡Bir qrup tələbəyə Prezident təqaüdü verilib.