Operativ Media
✔
86.5K subscribers
7.48K photos
3.63K videos
13 files
7.26K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
Azərbaycan və İran daxili işlər nazirləri arasında görüş olub.
⚡️Media və Yayım Şurası:

● Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir.

● Bununla belə, bəzi dairələr tərəfindən məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviyə çəkilməsi və süni ictimai gərginlik predmetinə çevrilməsi istiqamətində cəhdlər müşahidə olunur

● Ayrı-ayrı hesablar vasitəsilə eyni məzmunlu və ya oxşar xarakterli paylaşımların, o cümlədən neqativ şərh və reaksiyaların kütləvi şəkildə və qısa zaman intervallarında yayılması, insanları ictimai qaydanı pozmağa təşviq edən çağırışların edilməsi diqqət çəkir.

● Bu kimi müdaxilələrin əsas məqsədi real ictimai rəyin təhrif olunması, ayrı-ayrı hesabların süni aktivliyi hesabına kütləvi narazılıq görüntüsünün yaradılması, diqqətin məsələnin mahiyyətindən yayındırılması və mövzunun müəyyən siyasi məqsədlərin alətinə çevrilməsidir.
⚡️Bakı Şəhəri üzrə Təhsil İdarəsi:

● Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün NK-nın müvafiq qərarları ilə müəyyən edilmiş geyim tələblərinin icra vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlərə başlanılıb.

● Monitorinqlər çərçivəsində şagirdlərin müəyyən olunmuş məktəbli forması tələblərinə, müəllimlərin isə pedaqoji fəaliyyətin xarakterinə və işgüzar mühitə uyğun geyim qaydalarına əməl etmələri vəziyyəti araşdırılıb.

● Monitorinqlər zamanı geyim tələblərinə uyğun olmayan hallar müəyyən edildikdə, məktəb rəhbərliyi tərəfindən şagirdlər və müəllimlərlə profilaktik və maarifləndirici söhbətlər aparılıb, zəruri hallarda valideynlər məktəbə dəvət olunub.

● Bununla yanaşı, müəyyən edilmiş geyim tələblərinə uyğun gəlməyən şagird və müəllimlərin dərslərə buraxılmadığı hallar da qeydə alınıb.

● Eyni zamanda bəzi ümumi təhsil müəssisələrində məktəb və tədris mühitinə uyğun olmayan davranışların qeydə alındığını təəssüflə bildiririk.

● Bu hallar tədris prosesinə maneələr yaratmaqla yanaşı, məktəb əmlakına da ziyan vurulması ilə nəticələnib.

● Həmçinin geyim qaydalarının icrası ilə bağlı müəllimlərə və məktəb rəhbərliyinə qarşı təzyiq və təhdid hallarına da rast gəlinib.

● Qeyd edək ki, geyim qaydalarının icra vəziyyətinin qiymətləndirilməsi və müəyyən edilmiş tələblərə əməl olunmasına nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlərin davam etdirilməsi nəzərdə tutulur.
⚡️⚡️Bu gün polisin "28 May" ətrafında keçirdiyi əməliyyatla ictimai qaydaları kobud şəkildə pozan şəxslər saxlanılıblar.

Əldə olunan məlumata görə, saxlanılanların sayı 200 nəfəri keçib.
⚡️Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov:

● Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

● İnsanın dünyagörüşünün formalaşmasında dini biliklər və mənəvi dəyərlər də mühüm yer tutur.

● Bu baxımdan gənclərin dini biliklərinin sağlam və etibarlı mənbələr əsasında formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

● Dini anlayışların düzgün mənimsənilməsi ilə xurafatın, mənəvi dəyərlərlə radikal ideyaların, dini inancın isə həmin inancdan sui-istifadə edən manipulyativ çağırışların fərqləndirilməsi vacibdir.

● Bizim yanaşmamız aydındır: dini dəyərlər insan ləyaqətinə, mərhəmətə, ədalətə, qarşılıqlı hörmətə, ictimai həmrəyliyə və sülhə xidmət etməlidir.
Media is too big
VIEW IN TELEGRAM
⚡️İranın Azərbaycana qarşı təxribatları dövlət mediası səviyyəsində də həyata keçirilir.

● Azərbaycanda vahid məktəbli formasının tətbiqini ölkədə hicabın qadağan edilməsi kimi təqdim edirlər.

● Başqa ölkələrdə keçirilən aksiyaları Azərbaycanda “hicab qadağasına qarşı” etirazlar adı ilə yayımlayırlar.

● Məktəblərə təsir dairələrində olan şəxsləri göndərir, uşaqların ağlayan və emosional görüntülərini çəkirlər.

● Həmin görüntülər ilk olaraq İranda yaradılan və Azərbaycanca fəaliyyət göstərən media resurslarında yayılır.

● Eyni profillər vasitəsilə minlərlə “Hicaba azadlıq” şərhi yazılır.

● Eyni görüntülər kütləvi şəkildə paylaşılaraq Azərbaycanda genişmiqyaslı etirazların keçirildiyi təəssüratı yaradılır.

● İranın Türkiyə, Rusiya, Gürcüstan və Ermənistandakı təxribatçı qrupları da bu görüntüləri yayaraq prosesə dəstək verirlər.
Forwarded from Operativ Media
🌍 "Operativ Media"nı digər sosial şəbəkələrdən izləyə, xəbərlərə şərh yaza və reaksiya bildirə bilərsiniz.

https://linktr.ee/operativmedia
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərindən görüntülər
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub.
⚡Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.
⚡İlham Əliyev:

● Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir.

● Otuz ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik göstəririk, qarşılıqlı dəstək göstəririk.

● Bu, bu gün də belədir və əminəm ki, bundan sonra da belə olacaq.
Media is too big
VIEW IN TELEGRAM
⚡️Binə qəsəbəsi “Südçülük Sovxozu”nda yerləşən 136 saylı məktəbə hücum olub.

● Məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird xəsarət alıb.

● Əməli törədən şəxslər saxlanılıb
⚡Azərbaycanda sudan ödənişli istifadə qaydaları yeni redaksiyada təsdiqlənib.
⚡Türkiyədə uşaqların sosial media istifadəsinə məhdudiyyətlər tətbiq olunacaq

● Noyabrın 1-dən qüvvəyə minəcək yeni qaydalara əsasən, sosial şəbəkələrdə hesab açmaq üçün istifadəçilər 15 yaşını tamamladıqlarını rəsmi elektron sistem vasitəsilə təsdiqləməlidirlər.

● 15–18 yaşlı istifadəçilər üçün bəzi funksiyalar məhdudlaşdırılacaq. Onlar canlı yayım aça və ekran yazısı ala bilməyəcəklər.

● Uşaqlara yalnız izlədikləri hesabların mesaj göndərməsinə icazə veriləcək. Mesajın oxunması barədə bildirişin söndürülməsi də nəzərdə tutulur.

● Sosial media platformaları istifadəçilərin yaşını hesab açıldıqdan sonra da yoxlayacaq. Hesabın 15 yaşdan kiçik uşaq tərəfindən idarə olunduğuna dair şübhə yaranarsa, onun fəaliyyəti müvəqqəti dayandırıla bilər.
⚡️⚡️Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb
Media is too big
VIEW IN TELEGRAM
⚡️⚡️Yasamal rayonunda yerləşən orta məktəblərin birində yanğın törətməyə cəhd göstərilib.

Polis tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məhəmməd İsmayılov, eləcə də həmin məktəbin 10 və 11-ci sinif şagirdi olan daha 5 nəfər saxlanılıb.
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib:

● Səudiyyə Ərəbistanı Krallığının Hökumətinə və xalqına, eləcə də mülki infrastruktura qarşı törədilmiş son hücumlar nəticəsində həyatını itirən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına tezliklə və tam sağalmalarını arzulayırıq.

● Həlak olanların ailələrinə bu ağır itki ilə əlaqədar dözüm və səbir diləyirik.
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib.
Laos Prezidenti Zəfər parkını ziyarət edib.