Operativ Media
✔
86.3K subscribers
7.48K photos
3.63K videos
13 files
7.26K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
Vyetnamın Vitse-prezidenti Vo Thi An Suan Azərbaycana səfərə gəlib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.
Forwarded from Şəbəkə
This media is not supported in your browser
VIEW IN TELEGRAM
QHT-lərin təşkilatçılığı ilə bir qrup azərbaycanlı xanım milli baş örtüyü – kəlağayı ilə Qız Qalasının qarşısından yürüşə başlayıb.

• Təşəbbüsün məqsədi milli geyimlərə, xüsusilə kəlağayıya marağın artırılmasıdır.

• Qeyd edək ki, Azərbaycan kəlağayısı 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
⚡️Sabah Bakıda AQEM-in VII Zirvə Görüşü keçiriləcək

Tədbirdə iştirak edəcək liderlər və nümayəndələr:

🇦🇿 Azərbaycan — Prezident İlham Əliyev (ev sahibi və sədr)

🇺🇿 Özbəkistan — Prezident Şavkat Mirziyoyev

🇰🇬 Qırğızıstan — Prezident Sadır Japarov

🇰🇿 Qazaxıstan — Prezident Kasım-Jomart Tokayev

🇹🇯 Tacikistan — Prezident Emomali Rahmon

🇮🇱 İsrail — Prezident İsxak Hersoq

🇱🇦 Laos — Prezident Thongloun Sisoulith

🇰🇭 Kamboca — Baş nazir Hun Manet

🇻🇳 Vyetnam — Vitse-prezident Võ Thị Ánh Xuân

🇹🇷 Türkiyə — Xarici işlər naziri Hakan Fidan (Prezident Rəcəb Tayyib Ərdoğanı təmsil edir)

🇨🇳 Çin — Xarici işlər naziri Wang Yi

🇷🇺 Rusiya — Xarici işlər naziri Sergey Lavrov

🇮🇳 Hindistan — Xarici işlər nazirinin müavini Kirti Vardhan Singh

🇮🇷 İran — Xarici işlər nazirinin müavini Kazım Qəribabadi

🇦🇪 BƏƏ — Xarici işlər üzrə dövlət naziri Khalifa bin Shaheen Al Marar

🇵🇸 Fələstin — Xarici işlər naziri Varsen Aghabekyan Shahin

🇱🇰 Şri-Lanka — Xarici işlər naziri Vijitha Herath

🇧🇾 Belarus — Nümayəndələr Palatasının sədri İqor Sergeyenko

🇹🇲 Türkmənistan — Prezident Sərdar Berdiməhəmmədov

Qeyd: İştirakçılarla bağlı siyahıya yeni adlar əlavə oluna bilər.
⚡Sergey Lavrov Bakıya gəlib
⚡️Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana gəlib.
⚡Qazaxıstan Prezidenti Azərbaycana səfərə gəlib.
⚡Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib.
⚡Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib.
⚡ İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib

● Görüşdə Azərbaycanın və Şri-Lankanın beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində yaxşı əməkdaşlığının olduğu vurğulanıb.
Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

● Görüşdə Azərbaycan və Vyetnamın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı qeyd edilib

● Siyasi əlaqələrimizin ruhuna uyğun olaraq iqtisadi, ticarət, nəqliyyat-logistika, bərpaolunan enerji, turizm, sərmayələr, azad viza rejiminin tətbiqi sahələrində tərəfdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
⚡Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

Görüşdə Azərbaycanla Bəhreyn arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
⚡İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

● Bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunulub

● Ölkələrimizin separatizm, ekstremizm və radikalizmə qarşı mübarizədə əməkdaşlıq etdiyi vurğulanıb.

● Qonaq Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini qeyd edib.

● İlham Əliyev ölkəmizin “Vahid Çin” siyasətini daim dəstəklədiyini vurğulayıb.
⚡️Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub:

● İsrail Prezidenti Azərbaycanın sədrliyi dövründə AQEM çərçivəsində praktiki əməkdaşlığın genişləndirilməsi və etimad quruculuğu tədbirlərinin gücləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib.

● Prezident İlham Əliyev Azərbaycanın sədr ölkə kimi AQEM-ə üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və praktiki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini davam etdirdiyini vurğulayıb.

● Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərə, həmçinin beynəlxalq və regional gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparılıb.
⚡️Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
⚡️Azərbaycan və Özbəkistan prezidentləri arasında görüş olub.

● Əldə olunmuş razılaşmaların həyata keçirilməsi kontekstində strateji tərəfdaşlığımızın və müttəfiqliyiliyimizin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub.

● Özbəkistan Prezidenti Azərbaycanın AQEM-ə uğurlu sədrliyi və bu təşkilatın Zirvə Görüşünə ev sahibliyi etməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi və bütün bunları ölkəmizin nüfuzunun göstəricisi kimi qiymətləndiyini dedi.

● Söhbət zamanı bütün sahələrdə səmərəli əlaqələr məmnunluqla qeyd edildi, ilin əvvəlindən ticarət dövriyyəsinin artdığı vurğulandı.

● Energetika, qarşılıqlı sərmayələr, tikinti, nəqliyyat-logistika, yüngül sənaye, geologiya, turizm və digər sahələrdə layihələrin uğurla həyata keçirildiyi bildirildi, mədəni və humanitar mübadilələrin əhəmiyyəti qeyd edildi.
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

● Söhbət zamanı iki ölkə arasında dostluq münasibətlərindən məmnunluq ifadə olunub, çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

● Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi, eyni zamanda, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb:

● Tibb müəssisələrində hicabın məhdudlaşdırılması barədə yayılan məktub saxtadır.

● Səhiyyə Nazirliyi belə bir sənəd qəbul etməyib və tibb müəssisələrinə bu məzmunda göstəriş verməyib.

● Media və Yayım Şurası məlumatları rəsmi mənbələrdən yoxlamağa və saxta sənədi paylaşmamağa çağırıb.