Operativ Media
✔
84.1K subscribers
7.48K photos
3.63K videos
13 files
7.26K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına hazırlıq işləri davam edir.
⚡️Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayır.
Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib.

İclasının yekunda 2026-cı il ərzində görülmüş işlərin nəticələri ilə bağlı sənədlər və MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının 2027-ci il üçün İş Planı imzalanıb.
Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkət hissəsində qalıb.

Hazırda polis tərəfindən problemin aradan qaldırılması məqsədilə işlər görülür.
⚡️ Paşinyan: "2031-ci ilə qədər Azərbaycanla Sülh Sazişinin imzalanmasına nail olmağı qarşıma məqsəd qoymuşam".
⚡️Prezident İlham Əliyev "Rəqəmsal rabitə" informasiya sisteminin (RRİS) yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
Operativ Media
⚡️Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayır.
⚡️Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir:

Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir.
⚡️İlham Əliyev: 1992-ci ildə yaradılmış ATƏT-in Minsk Qrupu imitasiya xarakteri daşıyırdı.

● Müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar.

● Ermənistanın indiki Baş naziri o vaxt işğal altında olan Qarabağda bildirmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”.

● Bütün bu hədsizliyə dırnaqarası beynəlxalq ictimaiyyət göz yumurdu.

● Heç kim Ermənistanı qınamadı. BMT Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin icrasında təkid etmədi.

● Avropa parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə alırdı və təcavüzkar Ermənistanı həvəsləndirirdi.
⚡️Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub.

Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib.
⚡️İlham Əliyev:

● Bizi tanklarda gəlib Bakını işğal edəcəkləri ilə təhdid edənlər bu gün Azərbaycan çayını Azərbaycan həbsxanalarında içirlər, onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.

● Bu məsələ qlobal əhəmiyyət daşıyır, buna görə də bunun üstündə dayandım. Əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı.

● Müharibə bizim seçimimiz olmayıb, bizi müharibəyə Ermənistan məcbur edib.
⚡️Azərbaycanın AQEM-ə sədrliyinin müddəti daha 2 il uzadılıb.
Operativ Media
Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkət hissəsində qalıb. Hazırda polis tərəfindən problemin aradan qaldırılması məqsədilə işlər görülür.
Hərəkətin məhdudlaşmasına səbəb olan texniki nasazlıq yaranmış yük avtomobili polis əməkdaşlarının operativ müdaxiləsi nəticəsində ərazidən kənarlaşdırılıb.

Hazırda qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.
⚡️Prezident: Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik.

● Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirmədik.

● Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik.

● Biz sülh təklif etdik və bir ildən biraz çoxdur ki, sülh içində yaşayırıq.

● Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır.
Paşinyan: "Türkiyənin COP17-də nazirlər səviyyəsində iştirak edəcəyini bilirəm. Hazırda isə Azərbaycanın iştirakı ilə bağlı, ən azı mənim üçün, təsdiqlənmiş məlumat yoxdur”.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
15 oktyabr 2003-cü ildə İlham Əliyev Azərbaycan Prezidenti seçilib
MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Özbəkistandan Azərbaycana keçib.
Türkmənistan Prezidenti:

● Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Vyetnamın Vitse-prezidenti:

● Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib

Qazaxıstan Prezidenti:

● Azərbaycan AQEM-i dünyada önəmli təşkilata çevirmək üçün böyük iş görür

Çinin XİN rəhbəri:

● Çin Azərbaycanın AQEM-in gücləndirilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirir

İsrail Prezidenti:

● İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan sabitlik nümunəsinə çevrilib.
İlham Əliyevin oktyabrın 15-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.

● Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn formatda rəsmi açılışını ediblər.

● Sumqayıtla Aktau arasında Xəzər dənizinin dibi ilə təxminən 380 kilometrlik kabel xətti çəkilib. Bu xətt saniyədə 400 terabitdən çox ötürücülük qabiliyyətinə malikdir.
DSX: Külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınmışdır.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün yekunlarına dair Bakı Bəyannaməsi qəbul edilib.