Operativ Media
✔
88.6K subscribers
7.48K photos
3.63K videos
13 files
7.26K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib
Azərbaycan və Qazaxıstan prezidentlərinin Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn formatda rəsmi açılışından - VİDEO
⚡️Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb

Görüş zamanı, Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti və son dövrlərdə ikitərəfli əlaqələrdə baş verən proseslər müzakirə olunub.
⚡️ Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası bəyanat yayıb.

● Azərbaycana qarşı hibrid hücumların miqyası xeyli artırıb.

● Azərbaycan Respublikası son vaxtlar heç zaman görünməmiş şəkildə və sinxron formada dini-ideoloji təxribatlara, əlaqələndirilmiş informasiya əməliyyatlarına və kiberhücumlara məruz qalıb.

● Müxtəlif azadlıqlar adı altında xalqımızın çoxəsrlik mili-mənəvi və multikultural dəyərləri, dini inancları hədəf alınır, cəmiyyətdə həqiqət anlayışını məhv etmək üçün zərərli fəaliyyətlər vasitəsilə insanlarımıza yad ideologiyalar doğru yol kimi təqdim edilir.

● Aidiyyəti dövlət orqanları ilə birgə araşdırmalar zamanı müəyyən edilib ki, ictimai rəyi manipulyasiya etməyə, cəmiyyətdə qütbləşmə yaratmağa, dövlət qurumlarına etimadı sarsıtmağa yönələn təsir əməliyyatları, kiberhücumlar və terror-təxribat niyyətləri ölkə daxilində və xaricində olan təsir agentləri və gizli təşkilatlar, rəqəmsal məkanda isə haker qrupları, xarici media quruluşları, real və saxta hesablar, habelə botlar vasitəsilə aparılır.

● Təəssüflə qeyd etməliyik ki, dost və qonşu ölkələrin ərazisində fəaliyyət göstərən, Azərbaycanı sevməyən qüvvələr öz dezinformasiya məzmunlarını müstəqil görünən kanallar vasitəsilə rəqəmsal platformalara yeridib, cəmiyyətdə etnik, dini və ya siyasi zəmində qırılma xətləri yaratmağa çalışırlar.

● Hibrid təhdid aktorları "hesablama propaqandası" metodu ilə ictimai rəyi çaşdırmaq və cəmiyyətdə fraqmentasiyanı dərinləşdirmək məqsədilə insanları media və sosial şəbəkələrdə onların müəyyən baxışlarını dəstəkləyən saxta məlumatları fəal şəkildə axtarmağa, bu informasiyalara inanmağa və digər şəxslər arasında yaymağa təşviq edirlər.
Azərbaycan Xarici İşlər Nazirliyi Pişəvərdə məktəb binasının bir hissəsinin uçması nəticəsində çoxsaylı şagirdin və bir müəllimin həyatını itirməsi ilə əlaqədar Pakistana başsağlığı verib.
Türkiyə Ermənistanda keçiriləcək COP17 konfransında kənd təsərrüfatı naziri səviyyəsində təmsil olunacaq.
Azərbaycan jurnalistlərinin IX qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Milli Məclis 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 17445 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il sentyabr ayının 1-i vəziyyətinə 10 milyon 279 min 796 nəfərə çatıb.

Belə ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
⚡️ Dövlət qulluqçularının və Müdafiə Nazirliyinin hərbi qulluqçularının pensiyalarının hesablanma qaydası dəyişdirilir.

● Əsas meyar şəxsin fərdi hesabında topladığı pensiya kapitalı olacaq.

● Dövlət qulluqçularına və hərbi qulluqçulara pensiya ilə yanaşı sabit məbləğdə aylıq pensiya əlavəsi veriləcək. Dövlət qulluqçularında bu məbləğ inzibati təsnifata, hərbçilərdə isə hərbi rütbəyə uyğun müəyyən ediləcək.

● Yüksək pensiyalar və böyük pensiya kapitalları fərqli qaydada indeksləşdiriləcək, aşağı məbləğli pensiyalar isə əvvəlki kimi tam indeksləşdiriləcək.

● Pensiya təyinatı elektronlaşdırılacaq. Şəxslərin müvafiq qurumlara müraciət etmədən pensiya təyinatı alması mümkün olacaq.
⚡Vüqar Zifəroğlu Azərbaycan Mətbuat Şurasının sədri seçilib.
⚡️İlham Əliyev Hindistanın və Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirlərini qəbul edib.
⚡️Ermənistan enerji sistemlərini Azərbaycanla birləşdirmək imkanlarını müzakirə edir.

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan bildirib ki, hər iki ölkə zərurət yarandıqda bir-birindən elektrik enerjisi ala bilərlər.
⚡️ Prezident İlham Əliyev Azərbaycanda Milli Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə bir sıra şəxslərin təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamla həmin şəxslər aşağıdakılardır:

Astanov Elvin Əmrah oğlu

Qasımov Ramil Famil oğlu

Məmmədov Pərvin Rasim oğlu

Musayev Oloxan İsayeviç.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə görüşüb.
⚡️Azərbaycanda dini nifrət və düşmənçiliyin salınması faktları üzrə cinayət işi başlanıb.

● Türkiyə vətəndaşı Celal Çiftçi barəsində Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə və dini düşmənçiliyin salınmasına yönələn materialların yayılması ilə bağlı cinayət işi başlanıb.

● Celal Çiftçi Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində beynəlxalq axtarış elan edilib.

● Baş Prokurorluq Türkiyənin səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım haqqında sorğular göndərir. İş üzrə ibtidai istintaq davam etdirilir.

● Baş Prokurorluq vətəndaşları dini zəmində nifrət və düşmənçiliyi təşviq edən materialları yaymamağa, sosial şəbəkələrdən məsuliyyətlə istifadə etməyə çağırıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴Həftəsonuna alış-veriş planlayırsızsa, düzgün vaxtdır — çünki 16-18 oktyabr tarixlərində Baku Electronics-də "Dəli-Dolu Təkliflər" kampaniyası var!

💠 Kampaniya çərçivəsində nağd alışda 70%-dək endirim fürsəti, bütün məhsulları endirimli qiymətdən faizsiz 18 ayadək və yaxud komissiyasız, faizsiz 6 aya bölmək imkanı mövcuddur.

💠 Bu tarixlərdə:

🔴Notbuk 1299.99 yox! 899.99 AZN,

🔴Planşet 549.99 yox! 389.99 AZN,

🔴Qəhvə maşını 1399.99 yox! 849.99 AZN,

🔴Paltaryuyan 1349.99 yox! 869.99 AZN,

🔴Tozsoran 179.99 yox! 109.99 AZN-lə müştərilərə təklif edilir.

🔹 Mətbəxinizi təzələmək, böyük ekranda film zövqünü yaşamaq və ya telefonunuzu dəyişmək istəyirsiniz? Bu 3 gün planlarınızı sərfəli qiymətlərlə gerçəkləşdirmək üçün əla fürsətdir!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Ceyhun Bayramov Bakıda Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri Vijitha Herath ilə görüşüb.
⚽️ FIFA 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək 20 yaşadək futbolçular arasında dünya çempionatının rəsmi brendini təqdim edib.

● Turnirin şüarı “Bu oyun sənlikdir” seçilib.

● Çempionatın vizual konsepsiyası Azərbaycan və Özbəkistanın mədəni irsindən, yerli kaşı və mozaikalardan ilhamlanaraq hazırlanıb. Rəsmi emblemdə gənc futbolçuların futbolun gələcəyini formalaşdırmaq potensialını ifadə edən “U” hərfi yer alıb.

● FIFA-nın baş katibi Mattias Qrafström, AFFA-nın prezidenti Rövşən Nəcəf və Özbəkistan Futbol Assosiasiyasının birinci vitse-prezidenti Ravşan İrmatov turnirin gənc futbolçular üçün beynəlxalq təcrübə qazanmaq, istedadlarını nümayiş etdirmək və karyeralarında irəliləmək baxımından əhəmiyyətini vurğulayıblar.