Operativ Media
✔
88.6K subscribers
7.48K photos
3.63K videos
13 files
7.26K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
🇦🇿Millət vəkili Azər Badamov:

● Qarabağ və Şərqi Zəngəzurda 67 məscidimiz dağıdılıb təhqir ediləndə Fələstinin İslam həmrəyliyi harada idi?

● Amma onlar hər zaman Ermənistanın arxasında dayandıqlarını nümayiş etdiriblər.

● Fələstində ermənilərə qarşı həmişə sevgi olub. Hətta torpaqlarımızın işğal altında olduğu dövrdə də, işğala son qoyulandan sonra da bunu nümayişkaranə şəkildə göstəriblər.

● Belə ki, ASALA terror qruplaşmasının üzvlərinin Fələstində təlim keçməsi ilə bağlı mətbuatda geniş məlumatlar verilmişdi.

● Bununla belə, Azərbaycanın Fələstin məsələsində tutduğu mövqe dövlətimizin prinsipiallığını göstərir.

● Ölkəmiz Fələstin xalqının qanuni hüquqlarını müdafiə edir, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir və Fələstin xalqına humanitar yardım göstərir.

● Azərbaycan beynəlxalq təşkilatlarda da bu məsələyə dair mövqeyini ifadə edib.
Fransada davam edən iğtişaşlarla əlaqədar paytaxt Paris də daxil olmaqla, beş şəhərin ayrı-ayrı ərazilərində komendant saatı tətbiq edilib.

Məhdudiyyətlər oktyabrın 19-u axşam saatlarından qüvvəyə minəcək və iki gün ərzində yerli vaxtla saat 20:00-dan 06:00-dək davam edəcək.
⚽️ “Sabah” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

● Azərbaycan çempionu Liqa mərhələsinin 3-cü turunda Almaniyanın “Borussiya” (Dortmund) komandasını qəbul edəcək.

● Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:45-də start götürəcək.
⚡️Milli Məclisdə POS terminallardan istifadə ilə bağlı tariflərin azaldılması təklif edilib
Hərbi xidmətdə inzibati xətaya görə yeni cərimələr müəyyən edilir

● Hərbi hissəni özbaşına tərk edən və ya xidmət yerinə gecikən hərbçilər 200-300 manat cərimə və ya 15 günədək inzibati həbs oluna bilər.

● Pozuntu bir il ərzində təkrarlandıqda cərimənin 300-500 manat, həbsin isə 10 gündən 1 ayadək olması təklif edilir.
Baş prokuror Kamran Əliyevin müvafiq əmrlərinə əsasən:

● Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.

● Bakı şəhəri Binəqədi rayon prokuroru Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsinə təyin edilib.

● Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.
Media is too big
VIEW IN TELEGRAM
Fransada qiymət artımlarına görə başlayan iğtişaşlar davam edir.

● Paris də daxil olmaqla bəzi şəhərlərdə 20:00-06-00 saatları üçün komendant rejimi tətbiq olunub.

● Vəziyyətin gərginliyi səbəbindən Fransanın daxili işlər naziri istefa vermək qərarına gəlib, Makron istefanı qəbul etməyib.

● Etirazçılara qarşı dəyənək, gözyaşardıcı qaz, su şırnaqları və.s tətbiq olunub.

● Etirazçılar Parisdə lüks mağazaları dağıdıb talayıblar.
İstanbulda sel nəticəsində həlak olanların sayı 7-ə çatıb
⚡️ARDNF illik müqayisədə Yaxın Şərq və Avstraliya-Yeni Zelandiya ölkələrinə investisiyaları müvafiq olaraq 0,5 faiz və 0,1 faiz artırıb.
Hikmət Hacıyev İsveçin Azərbaycandakı səfiri Luis Morsinq ilə görüşüb.
Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
⚡️Qarabağ Milli Parkı yaradılıb

● Ağdərə rayonu - 44,77 min hektar

● Xocalı rayonu - 24,60 min hektar

● Kəlbəcər rayonu - 13,51 min hektar

● Şuşa rayonu - 5,31 min hektar

● Laçın rayonu - 0,22 min hektar

● Ümumi ərazi - 88,42 min hektar
Azərbaycanın Fransadakı səfiri ölkənin birinci xanımı ilə görüşüb

● Görüş səfirlərin qəbulu zamanı baş tutub

● Görüşdə qadınlar, uşaqlar, təhsil, səhiyyə və daha çox mövzularda müzakirələr aparılıb.
⚡️⚡️Azərbaycan XİN:

● Fransada iğtişaşları, zorakılığı və vətəndaş itaətsizliyi faktlarının son günlər ərzində geniş vüsət aldığını nəzərə alaraq, Azərbaycan vətəndaşlarının zəruri olmadığı təqdirdə Fransaya səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

● Hazırda Fransada olan Azərbaycan vətəndaşlarından təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur.
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib
⚽️ "Sabah" UEFA Çempionlar Liqasının 3-cü turu çərçivəsində keçirilən matçda Almaniyanın "Borussiya" komandasına 1:2 hesabı ilə məğlub olub.