Operativ Məlumat Mərkəzi
✔
88.6K subscribers
24.9K photos
6.57K videos
4 files
38K links
ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz
Download Telegram
QOOOOOLLLL

"Sabah" 1-0 "Slaviya"

👉📺 https://operativmm.az/az/canli-tv/cbc-sport
👍20🔥7❤3
QOOOOOLLLL

"Sabah" 2-0 "Slaviya"

👉📺 https://operativmm.az/az/canli-tv/cbc-sport
🔥19👍6❤2👏1
⚽️ “Sabah”dan Çempionlar Liqasında qələbə!

🇦🇿 UEFA Çempionlar Liqasının II turunda “Sabah” Çexiyanın “Slaviya” komandasını 2:0 hesabı ilə məğlub edib.

👏 Təmsilçimizi qələbə münasibətilə təbrik edirik!
❤63👍16
⚽️ “Qalatasaray” 1:0 öndə olduğu matçda “Barselona”ya uduzdu

🏆 Kataloniya təmsilçisi qarşılaşmanı 4:1 hesablı qələbə ilə başa vurub.
😁33😢10😍9👍4❤3
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi "Məktəblim" fotolayihəsi" elan edib.
❤17💔16👍5❤‍🔥2🔥1
Azərbaycanda bir sıra dövlət qurumlarının rəsmi internet saytlarına girişdə problem yaranıb.
😁24🤔2💯1
Operativ Məlumat Mərkəzi
Azərbaycanda bir sıra dövlət qurumlarının rəsmi internet saytlarına girişdə problem yaranıb.
⚡ Azərbaycanda 100-dən çox dövlət domeni kiberhücumun hədəfi olub

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatına görə, oktyabrın 13-ü saat 22:00 radələrindən etibarən xarici haker qruplaşması Azərbaycanın dövlət informasiya infrastrukturuna kiberhücumlar həyata keçirib.

Hücum nəticəsində bir sıra dövlət saytlarının fəaliyyətində fasilələr yaranıb.

Görülən texniki tədbirlər nəticəsində hücumun təsirləri məhdudlaşdırılıb və saytların fəaliyyəti təmin edilib.
👍14❤4😁2🤔1
❗️ Media və Yayım Şurasından İran və Türkiyədən informasiya hücumları ilə bağlı açıqlama

📢 Media və Yayım Şurası son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin və rəsmi şəxslərin Azərbaycana qarşı informasiya kampaniyalarında iştirak etdiyini bildirib.

⚠️ Şura xüsusilə İran və Türkiyədən, “Telegram” və “TikTok” platformaları vasitəsilə məqsədyönlü informasiya hücumlarının intensivləşməsini pisləyib.

🗣️ Açıqlamada həmin ölkələrin media və sosial media seqmentində Azərbaycan haqqında əsassız və qərəzli materialların yayıldığı, dövlətin və xalqın ünvanına hədə, təhdid və təhqirlərin adi hala çevrildiyi vurğulanıb.

📌 Şura bu hallarla bağlı müvafiq hakimiyyət orqanlarının tədbir görməməsinin Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi narazılıq doğurduğunu qeyd edib.
😁14👍6❤3🔥1😘1
“Instagram” və “TikTok”un fəaliyyəti tam bərpa edilib
❤‍🔥11👍9⚡1
🇦🇿 Prezident: İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan yaşayır

🏗️ Prezident İlham Əliyev bildirib ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində şəhər və kəndlər yenidən qurulur, soydaşlarımızın doğma yurdlarına təhlükəsiz qayıdışı təmin edilir.

💰 Dövlət başçısının sözlərinə görə, bərpa və yenidənqurma işləri Azərbaycanın öz maliyyə imkanları hesabına həyata keçirilir. İndiyədək bu məqsədlə dövlət büdcəsindən 25,5 milyard manat ayrılıb.

🚧 Böyük Qayıdışın təhlükəsizliyi üçün 300 min hektardan çox ərazi mina və partlayıcı sursatlardan təmizlənib.

🏡 Prezident qeyd edib ki, 47 yaşayış məntəqəsinə 40 mindən çox insan qayıdıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan yaşayır, təhsil alır və fəaliyyət göstərir.
❤12👍10
❗İlham Əliyev: Murovdağ tuneli dünyada dağlıq şəraitdə həyata keçirilən işlərin mühəndislik nümunəsinə çevrilib.
❤12👍8😁4
✅Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib
👍10❤1
❗️Kartdan-karta köçürmələr üzrə yeni tariflər müəyyənləşdi

ƏTRAFLI 👉 operativmm.az
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢5❤3🤷‍♂2👍2🤔2
❗️ Sergey Lavrov Bakıya gələcək

🇷🇺 Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə axşamı Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak edəcək.

📢 Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, sammitdə AQEM-in gələcək inkişafı və Avrasiya məkanında müxtəlif platformalararası əməkdaşlıq sisteminə inteqrasiyası məsələləri müzakirə olunacaq.
🤷‍♂14👍3❤2😨2
❗️ Media və Yayım Şurası İran telekanalını dezinformasiyada ittiham edib

📢 Media və Yayım Şurası İranın “Səhər” telekanalının Diyarbəkirdəki görüntüləri Azərbaycanla əlaqələndirərək dezinformasiya yaydığını bildirib.

⚠️ Şuranın açıqlamasında kanalın Azərbaycan əleyhinə qərəzli və həqiqətə uyğun olmayan məlumatlar yaydığı, təxribatçı məzmunla ictimai rəyi çaşdırdığı qeyd olunub.

📌 Bildirilib ki, Azərbaycanla bağlı hadisələrin sistemli şəkildə təhrif edilməsi və ölkə haqqında mənfi təsəvvür formalaşdırmağa yönəlmiş materialların yayımlanması səbəbindən telekanal qara siyahıya daxil edilib.
😁10👍9❤2🔥1
🌡️ Oktyabrda Azərbaycanda temperatur normadan 5 dərəcə yüksək olub

🍂 Ölkə ərazisində oktyabr ayına xas keçid dövrü hava şəraiti müşahidə edilir. İsti hava kütlələrinin daxil olması temperaturun yüksəlməsinə səbəb olub.

☀️ Ayın ötən günlərində Bakıda 26, bölgələrdə isə 30 dərəcəyədək isti qeydə alınıb.

📊 Məlumata görə, oktyabrın 9 günü havanın temperaturu iqlim normasından yüksək, 3 günü aşağı, 1 günü isə normaya yaxın olub.

📌 Oktyabrın 13-də temperatur normadan 5 dərəcə yüksək, ayın 3-də isə 5,5 dərəcə aşağı qeydə alınıb.
👍10❤2