Operativ Məlumat Mərkəzi
✔
88.8K subscribers
24.9K photos
6.57K videos
4 files
38K links
ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz
Download Telegram
🇦🇿 İlham Əliyev paralimpiyaçıları təbrik edib

🎉 Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə komitənin kollektivini və paralimpiyaçıları təbrik edib.

📌 Dövlət başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ilin fevralında yaradılan komitə Azərbaycanda paralimpiya hərəkatının sistemli inkişafına zəmin yaradıb.

🏅 Prezident paralimpiyaçıların beynəlxalq yarışlarda qazandıqları medalları yüksək peşəkarlıq, iradə və əzmkarlığın nümunəsi kimi qiymətləndirib.

🤝 İlham Əliyev komitəyə fəaliyyətində uğurlar, idmançılara isə yeni qələbələr arzulayıb.
👍13❤5👏1
⚡️Prezident İlham Əliyev paylaşım edib:

🇦🇿"Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib!"
1❤36👍15
🌍 QHT Koalisiyası COP17 ərəfəsində Ermənistana çağırış edib

📢 “Ətraf mühitin mühafizəsi birinci” QHT Koalisiyası Ermənistanda keçiriləcək COP17 öncəsi beynəlxalq ictimaiyyətə, dövlətlərə və beynəlxalq ekoloji təşkilatlara müraciət edib.

⚠️ Koalisiya Ermənistanı transsərhəd çayların çirkləndirilməsi, işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda ekoloji dağıntılar, eləcə də sərhədyanı ərazilərdə sənaye layihələrinin yaratdığı risklərlə bağlı tənqid edib.

💧 Müraciətdə xüsusilə Oxçuçayın mədən tullantıları ilə çirkləndirilməsi, Ermənistanda mədənçilik fəaliyyəti nəticəsində yaranan ekoloji risklər və ölkənin BMT-nin Su Konvensiyasına qoşulmaması məsələləri vurğulanıb.

🌐 Koalisiya COP17 iştirakçılarını sammit zamanı bu məsələləri gündəmə gətirməyə çağırıb. Təşkilatın fikrincə, biomüxtəlifliyin qorunması sahəsində beynəlxalq əməkdaşlıq şəffaflıq, dürüstlük və ortaq təbii sərvətlərin qorunmasına real öhdəlik tələb edir.
👍12❤3🔥1🤔1
🇦🇿🌍 Azərbaycan QHT-si Avropanın 6 ölkəsində Ermənistanın mina siyasətinə diqqət çəkib

📍 Sərgilər Cenevrə, Brno, Lyüblyana, Sarayevo, Zaqreb və Salzburq şəhərlərində keçirilib. Sonuncu sərgi oktyabrın 15-də Avstriyanın Salzburq şəhərində, Mərkəzi Vağzalın qarşısında təşkil olunub.
👍16❤1🔥1
🇦🇿 Bu gün Füzuli Şəhəri Günüdür!

🎉 Oktyabrın 17-si Azərbaycanın Zəfər tarixinə yazılan əlamətdar günlərdən biridir. Füzuli şəhəri 2020-ci il oktyabrın 17-də Ermənistanın işğalından azad edilib. Bu tarix Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən hər il qeyd olunur.

💪 Füzuli əməliyyatı Vətən müharibəsinin cənub-şərq istiqamətində mühüm döyüşlərindən olub. Ordumuz düşmənin müdafiə xətlərini yararaq strateji üstünlük əldə edib, hərbçilərimiz böyük qəhrəmanlıq göstəriblər.
👍26❤5🎉1
⚽🇦🇿 BU GÜN AZƏRBAYCAN DERBİSİ VAR: “QARABAĞ” – “NEFTÇİ”

🔥 Azərbaycan Premyer Liqasının VIII turunda bu gün “Qarabağ” və “Neftçi” üz-üzə gələcək.

🏟️ Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turun mərkəzi görüşü saat 19:00-da başlayacaq.
👍14❤5
⚡️⚡️⚡️Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq

Ətraflı 👉 operativmm.az
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍10❤‍🔥2😨2
🏅2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini olan Valeh Feyruz oğlu Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib.
😁19👍6❤1
⚡️Biləsuvarda minik avtomobili aşıb, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

📍Hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun Səmədabad kəndindən keçən hissəsində baş verib.

📢Faktla bağlı araşdırma aparılır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢15👍2
🚨 Gəncədə teatr mühafizəçisini 15 yaşlı yeniyetmə bıçaqlayıb

📍 Hadisə Gəncə Dövlət Kukla Teatrının qarşısında baş verib.

⚡️1976-cı il təvəllüdlü Zaur Mustafayev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun teatrda mühafizəçi işlədiyi bildirilir.

⚠️ İlkin məlumata əsasən, mühafizəçini 15 yaşlı yeniyetmə bıçaqlayıb. Faktla bağlı araşdırma başlanılıb. (Qafqazinfo)
😨8🙏5😱4❤2
⚽️🇦🇿 “Qarabağ” son dəqiqələrdə məğlubiyyətdən xilas oldu — 3:3!

🔥 Azərbaycan Premyer Liqasının VIII turunda “Qarabağ” və “Neftçi” arasında keçirilən derbi heç-heçə ilə başa çatıb.

🏟 Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada “Neftçi” Qustavo Klismanın 11 və 34-cü, Draqolyub Saviçin isə 52-ci dəqiqədə vurduğu qollarla hesabda önə keçib.

⚡️ “Qarabağ”dan Aleksey Kaşuk 18-ci, Renaldo Sefas 89-cu, Kadi Borges isə 90+5-ci dəqiqədə fərqlənərək hesabı 3:3 edib.

📊 Hər iki komandanın 17 xalı var. “Neftçi” ikinci, ehtiyatda bir oyunu olan “Qarabağ” isə üçüncü pillədə qərarlaşıb.
❤20👍12💔3
🇹🇷⚠️ Türkiyədə uşaq hüquqları ilə bağlı qalmaqallar – ARAŞDIRMA

📌 Türkiyədə dini icmaların nəzarətindəki yataqxanalarda uşaqlara qarşı cinsi istismar, erkən nikahlar və təhsil hüququnun pozulması ilə bağlı qalmaqallar uzun illərdir müzakirə olunur.

🚨 Ensar Vəqfi ilə bağlı qalmaqal, İsmailağa icması ilə əlaqəli kursda uşaqlara qarşı istismar iddiaları və erkən nikahla bağlı mübahisəli təşəbbüslər materialda diqqətə çatdırılır.

🏫 Araşdırmada Türkiyədə dünyəvi təhsil modelinə münasibət və dini qurumların ictimai həyata təsiri də təhlil olunur.

🇦🇿 Məqalədə vurğulanır ki, Türkiyədə bu problemlər müzakirə olunduğu halda, bəzi siyasi dairələrin Azərbaycanın məktəbli forması qaydalarına irad bildirməsi ölkənin daxili qərarlarına müdaxilə kimi qiymətləndirilir.
👍17❤10😁7🔥4💔2
🇦🇿 Bu gün Müstəqilliyin Bərpası Günüdür!

🎉 Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 35 il ötür.

📜 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Sənəddə Azərbaycan Xalq Cümhuriyyətinin varisliyi təsbit olunub.

🇦🇿 2021-ci ildə qəbul edilən qanunla 18 Oktyabrın adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.
❤24👍8🔥1
🇦🇿 Xudafərin körpüsünün azad edilməsindən 6 il ötür

💪 2020-ci il oktyabrın 18-də Cəbrayıl rayonunda yerləşən tarixi Xudafərin körpüsü erməni işğalından azad edilib. Həmin gün Hacılı və Hacı İsaqlı kəndləri də işğaldan qurtulub.

🌉 Araz çayı üzərində, Azərbaycan-İran sərhədində yerləşən Xudafərin körpüləri Azərbaycan memarlığının tarixi nümunələrindəndir. XI–XII əsrlərə aid edilən 11 tağlı körpünün uzunluğu təxminən 130 metrdir. XIII əsrə aid edilən 15 tağlı körpünün uzunluğu isə 200 metrə yaxındır.

🇦🇿 Xudafərin körpüsü Azərbaycanın zəngin tarixi-mədəni irsinin rəmzlərindən biridir.
❤‍🔥19👍9❤3
🇦🇿 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.
🔥6👍5❤4
🇹🇷🇦🇿 Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

💬 “Qardaş Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü mübarək olsun!”, – paylaşımda bildirilib.
❤‍🔥24👍4👏4❤2🔥1
🇦🇿🇹🇷 Azərbaycan Türkiyəyə milyardlar yatırıb: Bəs Bakıdan daha nə gözlənilir?

💰 Azərbaycanın SOCAR vasitəsilə Türkiyəyə yatırdığı sərmayə 19,5 milyard dollara çatıb.

🏗 Qarabağda isə Türkiyə şirkətləri ümumi dəyəri 5 milyard dollar olan 50-yə yaxın layihədə iştirak edir.

🤝 Bundan əlavə, Azərbaycan zəlzələ və meşə yanğınları zamanı Türkiyəyə böyük həcmdə humanitar və maliyyə yardımı göstərib.

⚠️ Bununla belə, Türkiyənin bəzi siyasi və media dairələrində Azərbaycanın Qarabağ qələbəsinə görə Ankaraya borclu olması ilə bağlı fikirlər səsləndirilir.

❓ Bəs qardaşlıq münasibətləri Azərbaycana əlavə maliyyə öhdəliyi yaradırmı? Bakı Türkiyəyə daha nə verməlidir?

🔗 Ətraflı 👉 operativmm.az
👏9❤3👍3
🌤 Sabah hava necə olacaq? – PROQNOZ

🌥 Bakı və Abşeron: Dəyişkən buludlu, əsasən yağmursuz hava gözlənilir. Külək arabir güclənəcək.

🌡 Temperatur: Gündüz 22–25°, gecə 17–20° isti.

🌧 Rayonlarda: Bəzi ərazilərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

🌡 Temperatur: Gündüz 25–30°, dağlarda 18–23° isti.

🌫 Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Yaşadığınız yerin havasını öyrənmək üçün daxil ola bilərsiniz 👉 https://operativmm.az/az/hava
👍6
🇮🇷Mehrdad Əxlaqi Kitabçi İranın yeni müdafiə naziri olub
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😁7🤔4👍3❤1