Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
✔
11.3K subscribers
4.8K photos
989 videos
1 file
746 links
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz!

☎️ (+994 12) 590-98-44
(+994 12) 590 -92-22

🔹️https://www.facebook.com/polisazerbaycan/

🔹️https://instagram.com/polisazerbaycan/

🔹️https://www.youtube.com/c/PolisAzerbaycan
Download Telegram
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir və fəaliyyətlərində uğurlar arzulayırıq!
❤17🙏1
Media is too big
VIEW IN TELEGRAM
Şiddətə susmayın❗️

🆘 “Ailə məsələsi” pərdəsi arxasında gizlənən zorakılıq bir qadının həyatı yox, cəmiyyətin təhlükəsizliyinə yönələn hüquq pozuntusudur. Susmaq problemi həll etmir, onun davam etməsinə və daha da dərinləşməsinə şərait yaradır.

🧑‍🧑‍🧒‍🧒 Zorakılıq təkcə zərərçəkənin problemi deyil, şahid olan hər bir vətəndaşın məsuliyyətidir.

📞📱 Sağlam ailə dəyərlərini qorumaq və zorakılığa qarşı qəti mövqe nümayiş etdirmək üçün belə hallarla üzləşən, eləcə də şahidi olan hər kəsə aidiyyəti dövlət qurumları ilə yanaşı, “102” Xidməti-Zəng Mərkəzi, “E-polis” mobil tətbiqi “102 SOS” funksiyası və sosial şəbəkə hesablarımıza məlumat verməyi tövsiyə edirik.
👍14❤7🔥1
Ölkə ərazisində müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar təhlükəsizlik üçün gücləndirilmiş rejimdə xidmətdəyik ❄️🚔
❤27🔥3👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Paytaxtın Nərimanov, Səbail və Nəsimi rayonlarında yerləşən zərgərlik mağazalarından 5️⃣ min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. 💍💎

🎦 Onun mağazalara müştəri qismində daxil olaraq satıcıların diqqətini yayındırmaqla oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.
❤13👍8🔥1🤔1
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq!
👏11❤5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚔🛑 Qayda pozuntuları əsasında profilaktik tədbirləri davam etdiririk.

🔜 Növbəti dəfə məhdudiyyətli görünmə şəraiti olmadığı halda arxa duman fənərlərindən istifadə edən, sutkanın qaranlıq vaxtı xarici işıq cihazlarını yandırmayan sürücülər saxlanıldı və onlara qanunvericiliyin tələbi izah olundu.

⚠️ Unutmayaq: fərdi məsuliyyət və qaydalara əməl etmək təhlükəsiz yolun ilk şərtidir!
❤15🔥3👍1
Fəaliyyətimizlə bağlı məlumatları "Whatsapp" kanalımızdan da izləyə bilərsiniz 📲

https://whatsapp.com/channel/0029VaGB7YZ7Noa2kRc5em1I
❤14🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚦🧍‍♂️ Svetoforla nizamlanan piyada keçidi

✅️ Nəticədə:

🔹️ Qəzalar baş vermir,
🔹️ Sürücü və piyada təhlükəsizliyi təmin olunur.

📍 Ünvan: Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi
👍14❤6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat – 📍 Sabunçu

Polis əməkdaşları tərəfindən saxlanılan narkokuryerdən 4️⃣ kiloqram 20 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana və metamfetamin aşkarlanıb.

✅ Qeyd edək ki, Sabunçu rayonunda bu ilin əvvəlindən həyata keçirilən əməliyyatlar nəticəsində 4️⃣2️⃣ kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
❤13👍6🔥1
Hərbi Hava Qüvvələri Günü münasibətilə bu sahədə təmsil olunan hərbçilərimizi təbrik edir, onlara aydın səma arzulayırıq! ✨
❤24
14 fevral - Azərbaycan Televiziyasının yaranma günüdür. 📺 ✨

“Göstərir Bakı!” ifadəsi ilə başlayan Azərbaycan Televiziyasının 70 yaşı olur.

Bu münasibətlə "AZTV"-nin kollektivini təbrik edir, məsuliyyətli işlərində uğurlar arzulayırıq!
❤21