Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində xidmətdəyik 🌨️
❤37🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📍 Binəqədi rayonu 28 May qəsəbəsində fəaliyyət göstərən şirkətlərin birindən ümumi dəyəri 11840 manat olan optik naqil oğurlamaqda şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb.
📹 Onun törətdiyi qanunsuz əməl ərazidəki təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

❤10👍2🔥1😱1
Media is too big
VIEW IN TELEGRAM
🗻 Ərazinin mürəkkəbliyi narkotiklə mübarizəmizə əngəl deyil
📍 Daşkəsəndə çətin relyef şəraitində keçirilən növbəti əməliyyat nəticəsində əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş şəxs saxlanılıb.
Ondan 1️⃣0️⃣ kiloqram 665 qram narkotik vasitə tiryək və tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.
Davam edirik❗️

❤13👍6🔥1
📍 Şəmkirdə baş vermiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb
🗓️ Ötən ilin dekabrın 23-də Şəmkir rayon sakini 1957-ci il təvəllüdlü Mahmudova Solmaz Dadaş qızının üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
✔️ Polis və prokurorluq əməkdaşları tərəfindən birgə icra olunan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü açılıb.
Həyata keçirilmiş tədbirlərlə zərərçəkmiş Solmaz Mahmudovanın 1996-cı il təvəllüdlü Həmidli Arzu Mahir oğlu tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
🗂️ Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Arzu Həmidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

❤14👍5🔥1
Media is too big
VIEW IN TELEGRAM
🚌 İctimai nəqliyyatda cibgirlik edən şəxs tutuldu
📍 Xətai rayonunda sərnişin avtobusunda bir nəfərin içərisində qızıl-zinət əşyaları və bank kartı olan pul kisəsini oğurlamaqda şübhəli bilinən şəxs polis tərəfindən keçirilən tədbirlərlə müəyyən edilərək saxlanılıb.
O, oğurladığı qızıl-zinət əşyalarını 730 manata satdığını, bank kartı ilə isə marketlərdə 900 manatlıq alış-veriş etdiyini bildirib.

❤14👏5🔥1
Media is too big
VIEW IN TELEGRAM
İnsan alveri haqqında məlumatlı ol, qurbana çevrilmə❗️
Yüksək maaş, sərfəli şərtlər, sürətli sənədləşmə prosesi… İlk baxışdan bu təkliflər cəlbedici görünsə də, araşdırmalar onu göstərir ki, son dövrlər sosial şəbəkələrdə xaricdə iş və təhsil adı altında saxta elanlara rast gəlinir.
🚫 Saxta elanlara inanaraq xarici ölkələrə səfər edən bəzi vətəndaşların sənədləri əllərindən alınır, onlar məcburi əməyə, cinsi istismara məruz qalır və sonda insan alverinin qurbanına çevrilirlər.
Bəs bu kimi hallardan qorunmaq üçün nə etməliyik❓

❤12👍7🔥1
Daxili İşlər Nazirliyi Bakı şəhərində yerləşən müvafiq qurumlarında, eləcə də respublikanın şəhər və rayon polis orqanlarında vakant olan yetkinlik yaşına çatmayanların işləri üzrə orta rəis heyəti üzrə inspektor vəzifələrinə qadın namizədlərin xidmətə qəbulunu elan edir. 📢
Ətraflı: https://www.facebook.com/share/p/1C1tsqwWj7/
📞 Əlavə məlumat almaq üçün əlaqə telefonları:
(012) 590-80-94
(012) 590-80-66
(012) 590-98-37
(012) 590-93-64
(012) 590-97-52

👍12❤6🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
“Çantamı aşağı endirməyə kömək edə bilərsən?” 👜
Bu sual ilə müxtəlif vaxtlarda iki yeniyetməni aldadaraq onlara qarşı soyğunçuluq əməli törədən şəxs Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, dərsdən evə qayıdan iki yetkinlik yaşına çatmayan şəxsə yaxınlaşaraq onlardan guya yaşadığı binanın üçüncü mərtəbəsində yerləşən mənzildən ağır çantanı aşağı endirməyə kömək etmələrini xahiş edib. Zərərçəkmişlərlə birlikdə binaya daxil olduqdan sonra onların mobil telefonlarını və pullarını götürərək hadisə yerindən uzaqlaşıb.

❤10👍8😱3🔥1
Media is too big
VIEW IN TELEGRAM
📍 Naxçıvan
Çətin relyef və əlverişsiz hava şəraitinə baxmayaraq, ictimai asayişin qorunması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə fasiləsiz xidmət davam edir.

❤21👏3🔥1
Yağış, külək, qar — hava şəraitindən asılı olmayaraq asayişin keşiyindəyik 🌧️ ❄️
❤30👍8👏1🤔1