Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
✔
11.3K subscribers
4.8K photos
989 videos
1 file
746 links
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz!

☎️ (+994 12) 590-98-44
(+994 12) 590 -92-22

🔹️https://www.facebook.com/polisazerbaycan/

🔹️https://instagram.com/polisazerbaycan/

🔹️https://www.youtube.com/c/PolisAzerbaycan
Download Telegram
🇦🇿 Vətənə sədaqət, xalqa xidmət - Daxili Qoşunlar

1995-ci il martın 9-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmanla hər il 12 mart Daxili Qoşunlar Günü kimi qeyd olunur.
❤41🔥2🥰1👏1
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətini Daxili Qoşunlar Günü münasibətilə təbrik edib.
❤32👏2
Media is too big
VIEW IN TELEGRAM
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət 🇦🇿

Daxili İşlər Nazirliyinin Daxili Qoşunları 34 ildir ki, dövlətə sədaqətlə xidmət edir.

Bu müddət ərzində şəxsi heyət ictimai asayişin və daxili sabitliyin qorunmasına mühüm töhfələr verib. Daxili Qoşunların hərbi qulluqçuları həm döyüş əməliyyatlarında, həm də xidməti fəaliyyətlərində yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdiriblər. Onlar dövlətə sədaqət, xalqa xidmət prinsiplərinə sadiq qalaraq üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
👏18❤6🔥3
🇦🇿 34 il sədaqətli xidmət nümunəsi

Martın 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunları yaranmasının 34-cü ildönümünü qeyd edir. Bu münasibətlə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və hərbi qulluqçular Fəxri xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanı ziyarət olunub.

Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilib.

Tədbirdə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.
❤20👏4
⚠️ Təhlükəsizlik kəməri yol-nəqliyyat hadisələri zamanı sizi qoruyan ən vacib vasitələrdən biridir.

🚘 Hərəkətə başlamazdan əvvəl təhlükəsizlik kəmərini taxın. Təhlükəsizlik kəməri qəza zamanı xəsarət alma riskini azaldır və həyatınızı qoruyur.

Həm sürücü, həm də sərnişinlər təhlükəsizlik kəmərindən istifadə etməklə öz təhlükəsizliklərini təmin etməlidirlər.

Təhlükəsizlik kəmərini taxın, həyatınızı qoruyun.
❤18