Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
✔
11.3K subscribers
4.8K photos
989 videos
1 file
746 links
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz!

☎️ (+994 12) 590-98-44
(+994 12) 590 -92-22

🔹️https://www.facebook.com/polisazerbaycan/

🔹️https://instagram.com/polisazerbaycan/

🔹️https://www.youtube.com/c/PolisAzerbaycan
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
📍Sumqayıt şəhərində bəzi avtobus sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması və sükan arxasında mobil telefondan istifadə etməsi ilə bağlı sosial şəbəkələrdə paylaşılan görüntülərlə əlaqədar şəhər ərazisində sərnişindaşıma ilə məşğul olan sürücülərlə profilaktik tədbir keçirilib. 📱🚌

🖥️ 🎞️ Həmin gün reysə çıxmayan sürücülər isə Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə dəvət olunaraq yol hərəkəti qaydalarını pozduqları hallar əyani şəkildə monitorlar vasitəsilə onlara nümayiş etdirilib.

🚷 Tədbirin davamı olaraq Sumqayıt şəhərində nizamlanan piyada keçidlərindən düzgün istifadə etməyən piyadalarla da profilaktik tədbir keçirilib.
❤19🔥1
Media is too big
VIEW IN TELEGRAM
📍 Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən mənzil, obyekt və avtomobillərdən oğurluqlar edən şəxslərə qarşı əməliyyatlar keçirilib.

🏠 3 evdən ümumilikdə 10750 manat dəyərində olan müxtəlif növ məişət əşyaları və 1000 manat nağd pul,

🚗 🏪 15-ə yaxın mağaza və avtomobildən mobil telefon və müxtəlif məbləğlərdə pul oğurlamaqda şübhəli bilinən 3️⃣ nəfər saxlanılıb.
👍9❤5🔥2👏1😱1
Media is too big
VIEW IN TELEGRAM
🚨💻 Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) vətəndaşların foto və videolarını təhqiramiz formada montaj edərək sosial şəbəkələrdə paylaşan və onların silinməsi müqabilində pul tələb edən daha bir nəfəri saxlayıb.
❤18👍3🔥2🥰1
📚 Polis Akademiyasında yaradılmış təhsil şəraiti gənclərin marağındadır

Polis Akademiyasında keçirilən “Açıq qapı” günü çərçivəsində Bakı Gənclər Mərkəzinin könüllüləri akademiyanın qonağı olublar.
❤30👍4🔥2🥰1
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kollektivini peşə bayramı münasibətilə təbrik edir, xidmətlərində uğurlar arzulayırıq! ✨
❤22👏9🔥1🥰1
Media is too big
VIEW IN TELEGRAM
🚨💻 Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) sosial şəbəkələrdə qanunsuz onlayn qumar və kazino oyunlarının təşkilinə qarşı keçirdiyi növbəti əməliyyat-texniki tədbirlər nəticəsində daha 4️⃣ nəfər tutulub.

ℹ️ Bir daha vətəndaşları internet resursları, eləcə də sosial şəbəkələrdə təklif edilən qanunsuz onlayn kazino və qumar oyunlarında iştirakdan çəkinməyə çağırırıq.

Bu cür platformalar əksər hallarda kiberdələduzluq məqsədilə yaradılır və nəticədə istifadəçilərin bank kartı və şəxsi məlumatları ələ keçirilir.

⚠️ Unutmayın ki, kibermühitdə ehtiyatlı davranış maddi və şəxsi təhlükəsizliyinizin əsas şərtidir.
👍14❤6🔥1
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 16-da respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 129 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
❤28
Media is too big
VIEW IN TELEGRAM
📛🔥 Bayram sevincimiz yanğınla nəticələnməsin❗

Novruz bayramının xoş əhval-ruhiyədə və təhlükəsiz şəraitdə keçməsi üçün hər kəsi yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, ətraf mühiti qorumağa çağırırıq.
❤14🔥2🥰1
Bu gün İlaxır çərşənbədir 🌱

Novruzun son çərşənbəsi – Torpaq çərşənbəniz mübarək❗️
❤33
This media is not supported in your browser
VIEW IN TELEGRAM
‎🚘 🔥 Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonu, Tbilisi prospektində hərəkətdə olan nəqliyyat vasitələrindən birində yanğın baş verib.

🚓 🚒 Dərhal ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən yolda təhlükəsizlik təmin edilib və yanğınsöndürənlərin hadisə yerinə manesiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün zəruri şərait yaradılıb.

✅ Yanğın qısa müddət ərzində söndürülüb.
❤14😱6🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📍 Paytaxtın Nizami rayonu ərazisində yerləşən mağazaların birində soyğunçuluq etməkdə şübhəli bilinən 2️⃣ nəfər Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb.

🔍 Faktla bağlı araşdırmalar davam etdirilir.
👏10🤔6❤2