Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
✔
11.3K subscribers
4.81K photos
990 videos
1 file
746 links
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz!

☎️ (+994 12) 590-98-44
(+994 12) 590 -92-22

🔹️https://www.facebook.com/polisazerbaycan/

🔹️https://instagram.com/polisazerbaycan/

🔹️https://www.youtube.com/c/PolisAzerbaycan
Download Telegram
Daxili İşlər Nazirliyində xalqımızın tarixində və taleyində əvəzsiz rolu olan, müstəqil dövlətimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

🌐 Ətraflı: https://mia.gov.az/az/news/view/2005/
❤13👍1🔥1👏1
Media is too big
VIEW IN TELEGRAM
Hər zaman qəlbimizdə... ♾️

DİN-in Polis Akademiyasının kursantları xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan fləşmob keçirib.

🎞️ Fləşmobda “Hər zaman qəlbimizdə...” və “Sonsuzadək izinizdəyik!” kompozisiyası nümayiş olunub.
❤19👍1
Daxili İşlər Nazirliyi və ADA Universiteti arasında əməkdaşlığa dair Memorandum imzalanıb ⤵️

Mayın 8-də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə ADA Universiteti arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Birgə faydalı əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyan Memorandumu Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Fazil Quliyev və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar.

Memorandumda tərəflərin tədris proqramları və metodiki vəsaitlərin hazırlanması, seminar, mühazirə, treninq və elmi konfransların təşkili, müasir texnoloji yanaşmaların tətbiqi sahəsində əməkdaşlığı nəzərdə tutulub.

İmzalanma mərasimindən əvvəl keçirilən görüşdə DİN ilə ADA Universiteti arasında əməkdaşlıq perspektivləri və Memorandum çərçivəsində görüləcək işlər də müzakirə olunub.
❤15👍1🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Masazır qəsəbəsində son bir neçə gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirməkdə və narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən ümumilikdə 1️⃣3️⃣ nəfər saxlanılıb.

🚨 Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər davam etdirilir.
❤21👏2🔥1
9 May – Faşizm üzərində Qələbə Günü 🇦🇿
❤20👏4🔥1
Dərin hörmət və ehtiramla…

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar.
❤24🙏4🔥1
Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları və hərbi qulluqçuları ağacəkmə kampaniyası keçiriblər.

🌱🌳 🪏
❤26👍5🔥2