Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
✔
11.3K subscribers
4.81K photos
990 videos
1 file
746 links
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz!

☎️ (+994 12) 590-98-44
(+994 12) 590 -92-22

🔹️https://www.facebook.com/polisazerbaycan/

🔹️https://instagram.com/polisazerbaycan/

🔹️https://www.youtube.com/c/PolisAzerbaycan
Download Telegram
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvarın 5-də və 6-da Quba rayonunda növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib.

Nazir iki gün ərzində 276 vətəndaşın müraciətini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib.

Müraciətlərin mütləq əksəriyyəti yerindəcə öz həllini tapıb, digərləri nəzarətə götürülüb.

Keçirilən sıra baxışında polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan 223 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 19-u Vətən müharibəsi iştirakçısıdır.
❤30👍1
🆘 Xarici ölkələrdə yüksək məvacibli iş və müxtəlif ali təhsil müəssisələrində təhsillə bağlı saxta onlayn təkliflərə aldanmayın!

Son dövrlərdə sosial şəbəkələrdə xarici ölkələrdə yüksək məvacibli iş və nüfuzlu ali təhsil müəssisələrində təhsil adı altında saxta elanların paylaşılması müşahidə olunur.

Araşdırmalar göstərir ki, bu cür “cəlbedici” təkliflərə aldanan vətəndaşlarımız:

▪️ xaricə səfər etdikdən sonra pasportlarından məhrum edilir,

▪️ məcburi əməyə və ya cinsi istismara məruz qalır.

⚠️ Unutmayın: Yüksək maaş və tez viza vədi hər zaman real fürsət demək deyil. Məlumatlı olun, rəsmi mənbələri yoxlayın, tələsik qərar verməyin.

İnsan alveri haqqında məlumatlı ol, qurbana çevrilmə.
❤19👍1🔥1
Media is too big
VIEW IN TELEGRAM
Sürücülər arxa duman fənərlərindən nə zaman istifadə edə bilər❓

🚔 Qayda pozuntuları əsasında profilaktik tədbirləri davam etdiririk.

🛣️ Təhlükəsiz yol hər birimizin fərdi məsuliyyətidir!
❤17👍8🔥1
Gənclərimiz polis peşəsinə həvəslənir 👮

Şagirdlərlə keçirilən görüşlərdə Polis Akademiyasında təhsil imkanları, tədris prosesi, daxili işlər orqanlarında xidmətin üstünlükləri haqqında məlumatlar verilir, gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsi məqsədilə maarifləndirici söhbətlər aparılır.
❤29👍7👏2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdiririk ⤵️

📍 Xətai rayonunda keçirilən sonuncu əməliyyat tədbirləri nəticəsində saxlanılan 25 yaşlı şübhəli şəxsə məxsus bağlamaya baxış zamanı 1️⃣2️⃣ kiloqram 840 qram marixuana və 7️⃣ kiloqram 290 qram tiryək aşkarlanıb.
👍19🔥2
📞 Polis bir zəng qədər yaxındır

Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzi təhlükəsizliyin təmin olunması, ictimai asayişin qorunması, vətəndaşların müraciətlərinə və hüquqpozmalara operativ reaksiya verilməsi məqsədilə fasiləsiz fəaliyyət göstərir.
❤35👍7👏2🔥1
Media is too big
VIEW IN TELEGRAM
🚶⚠️ Qaydalara əməl et – həyat qoru

🚔 Yol hərəkəti qaydalarına riayət etməyərək özü və digər hərəkət iştirakçılarına təhlükə yaradan piyadalara qarşı profilaktik tədbirləri davam etdiririk.
❤19🔥2👏2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Zərərçəkəni ictimai nəqliyyatda təqib edərək avtobusdan düşərkən onun mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan 3️⃣ nəfər polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq saxlanıldı.

📍Nizami

🎞️ Cinayət anının görüntüləri
👏14❤6🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Narkotik vasitələrin satışına qarşı keçirilən növbəti əməliyyatlar ⤵️

📍Nərimanovda saxlanılan iki narkokuryerdən ümumilikdə 5 kiloqram 42 qram narkotik vasitə marixuana, heroin, psixotrop maddə metamfetamin, 708 ədəd metadon, preqabalin və digər güclü təsiredici xassəyə malik həblər aşkarlanaraq dövriyyədən çıxarılıb.

Sağlam cəmiyyət naminə narkotiklərə qarşı mübarizəmiz əzmlə davam edir ❗️
👏15🔥6
⚠️ Təhlükə ekrandan kənarda deyil ⤵️

Kibertələlər - fişinq mesajları, saxta linklər, sosial şəbəkələrdə cəlbedici elanlar təhlükələrdir və hər birimiz onlara qarşı diqqətli olmalıyıq.

❗Təhlükəsizlik qaydalarını unutmayaq:

Bank kartınızın PIN kodunu, SMS-ə gələn təsdiq şifrəsini, CVV kodunu və digər məxfi məlumatları tanımadığınız şəxslərlə paylaşmayın.

Şübhəli linklərə keçid etməyin və tanımadığınız şəxslərdən gələn faylları açmayın.

Sosial şəbəkələrdə şəxsi məlumatlarınızı paylaşarkən diqqətli olun.

👨‍👩‍👧‍👦 Hər kəsə diqqətli olmağı, kiber təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edirik.
❤9👍5🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam edir ⤵️

🚨 Polisin Nəsimi rayonunda keçirdiyi sonuncu əməliyyat tədbirləri nəticəsində saxlanılan şübhəli şəxsdən 6 kiloqram marixuana, 470 qram tiryək və 355 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
👏14❤2🔥2
Media is too big
VIEW IN TELEGRAM
📍 Səbail

Paytaxtın mərkəzi küçələrində yetkinlik yaşına çatmayan yaxın qohumlarını talama cinayətlərinə sövq edən şəxslər saxlanılıb.

🗂️ Onların azyaşlıları qanunsuz əməllərə yönəltdikləri istintaqla sübuta yetirilib.

⚖️ Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
❤14🔥1😱1