Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
✔
11.3K subscribers
4.8K photos
990 videos
1 file
746 links
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz!

☎️ (+994 12) 590-98-44
(+994 12) 590 -92-22

🔹️https://www.facebook.com/polisazerbaycan/

🔹️https://instagram.com/polisazerbaycan/

🔹️https://www.youtube.com/c/PolisAzerbaycan
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
🚨 Narkotik cinayətlərinə qarşı ardıcıl əməliyyatlar

↘️ Növbəti tədbir: Baş Narkotiklərlə Mübarizə İdarəsi

✅ Nəticə: Saxlanılan 27 yaşlı narkokuryerdən 2️⃣2️⃣ kiloqram 180 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Davam edirik!
❤17🔥3👏1😱1
🧓☎️ Son günlər ahıl və tənha vətəndaşlara qarşı dələduzluq hallarının artması müşahidə olunur.

Naməlum şəxslər özlərini övlad, nəvə və ya yaxın qohum kimi təqdim edərək guya qəza törədilməsi, ağır cərrahi əməliyyata ehtiyac olması kimi saxta bəhanələrlə yaşlı insanlardan pul tələb edirlər.

⚠️ Bu kimi halların qarşısının alınması üçün vətəndaşlara tövsiyə olunur ki, daxil olan zənglər üzrə verilən məlumatları mütləq yoxlasınlar, tanımadıqları şəxslərə və ya şübhəli zənglərə inanaraq pul göndərməsinlər, şübhəli hallarla üzləşdikdə dərhal 102 Zəng Mərkəzinə müraciət etsinlər.

🧑‍🧑‍🧒‍🧒 Vətəndaşları diqqətli olmağa və belə dələduzluq cəhdlərinə qarşı xüsusilə həssas davranmağa çağırırıq.
🔥8❤2
Media is too big
VIEW IN TELEGRAM
Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin növbəti əməliyyat-texniki tədbiri nəticəsində ⤵️

📲 sosial şəbəkələrdə müxtəlif şəxslərin profillərinin oxşarını yaradaraq onların dostluğunda olan istifadəçilərə saxta bank kampaniyaları göndərməklə 1️⃣5️⃣0️⃣-yə yaxın vətəndaşa maddi ziyan vuran haker saxlanılıb.

⚠️ Unutmayaq:

Bank əməkdaşları və ya digər qurumlar tərəfindən heç bir halda kart məlumatları, “PIN, “OTP” və bu kimi digər təhlükəsizlik kodları tələb edilmir.

Belə müraciətlərlə qarşılaşan şəxslərə dərhal əlaqəni dayandırmağı, mesajlara geridönüş etməməyi və polisə məlumat verməyi tövsiyə edirik.
❤18👍2🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu gün günorta saatlarında paytaxtın Nəsimi rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.

🚓 Qəza zamanı xəsarət alan şəxslər vətəndaşlar və ərazidə xidmət aparan yol polisi əməkdaşlarının köməkliyi ilə avtomobildən çıxarılıb.

🚑 Bununla yanaşı, təcili tibbi yardım avtomobillərinin hadisə yerinə manesiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün polis əməkdaşları tərəfindən zəruri şərait yaradılıb.
👏15❤5🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Daha 5️⃣ kiloqram narkotik vasitənin satışının qarşısı alındı ⤵️

📍 Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

❌ Tədbir zamanı saxlanılan əvvəllər məhkum olunmuş 35 yaşlı şəxsdən 5 kiloqram 700 qram marixuana aşkarlanıb.

Davam edirik!
❤18👏3🔥1😱1
Belarus Respublikasının daxili işlər naziri milis general-leytenantı İvan Kubrakovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov belaruslu həmkarı və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

🌐 Ətraflı: https://mia.gov.az/az/news/1983/daxili-isler-naziri-vilayet-eyvazov-belaruslu-hemkari-ile-gorusub/
👍15👏2❤1
Media is too big
VIEW IN TELEGRAM
🚨🎰 Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi növbəti əməliyyat-texniki tədbirlərlə sosial şəbəkələrdə qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən daha 2 nəfər saxlanılıb.

🧑‍🧑‍🧒‍🧒 Bir daha vətəndaşlara şirnikləndirici vədlər verən qanunsuz mərc və qumar oyunlarında iştirak etməməyi tövsiyə edirik.
❤14👍2👏2🔥1
Valideyn gözü ilə Polis Akademiyası: gələcəyə açılan qapı ✨

🏛️ Polis Akademiyasında kursantların valideynləri üçün növbəti tanışlıq günü - açıq qapı təşkil olunub. Görüşün məqsədi ailələri övladlarının təhsil prosesi, təlim-tərbiyə sistemi, qidalanma və məişət şəraiti ilə əyani şəkildə tanış etmək olub.
❤25👏3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚫 Avtoxuliqanlıq – sadəcə qayda pozuntusu deyil, ciddi təhlükədir

Abşeron rayonunda avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan sürücü inzibati qaydada həbs edildi.
❤16👍1🔥1👏1
Valideynlər övladlarının bu günündən və gələcəyindən arxayındırlar...
❤34👏2🔥1