Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
✔
11.3K subscribers
4.8K photos
989 videos
1 file
746 links
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz!

☎️ (+994 12) 590-98-44
(+994 12) 590 -92-22

🔹️https://www.facebook.com/polisazerbaycan/

🔹️https://instagram.com/polisazerbaycan/

🔹️https://www.youtube.com/c/PolisAzerbaycan
Download Telegram
🇦🇿 34 il sədaqətli xidmət nümunəsi

Martın 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunları yaranmasının 34-cü ildönümünü qeyd edir. Bu münasibətlə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və hərbi qulluqçular Fəxri xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanı ziyarət olunub.

Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilib.

Tədbirdə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.
❤20👏4
⚠️ Təhlükəsizlik kəməri yol-nəqliyyat hadisələri zamanı sizi qoruyan ən vacib vasitələrdən biridir.

🚘 Hərəkətə başlamazdan əvvəl təhlükəsizlik kəmərini taxın. Təhlükəsizlik kəməri qəza zamanı xəsarət alma riskini azaldır və həyatınızı qoruyur.

Həm sürücü, həm də sərnişinlər təhlükəsizlik kəmərindən istifadə etməklə öz təhlükəsizliklərini təmin etməlidirlər.

Təhlükəsizlik kəmərini taxın, həyatınızı qoruyun.
❤18
Media is too big
VIEW IN TELEGRAM
📍Sumqayıt şəhərində bəzi avtobus sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması və sükan arxasında mobil telefondan istifadə etməsi ilə bağlı sosial şəbəkələrdə paylaşılan görüntülərlə əlaqədar şəhər ərazisində sərnişindaşıma ilə məşğul olan sürücülərlə profilaktik tədbir keçirilib. 📱🚌

🖥️ 🎞️ Həmin gün reysə çıxmayan sürücülər isə Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə dəvət olunaraq yol hərəkəti qaydalarını pozduqları hallar əyani şəkildə monitorlar vasitəsilə onlara nümayiş etdirilib.

🚷 Tədbirin davamı olaraq Sumqayıt şəhərində nizamlanan piyada keçidlərindən düzgün istifadə etməyən piyadalarla da profilaktik tədbir keçirilib.
❤19🔥1
Media is too big
VIEW IN TELEGRAM
📍 Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən mənzil, obyekt və avtomobillərdən oğurluqlar edən şəxslərə qarşı əməliyyatlar keçirilib.

🏠 3 evdən ümumilikdə 10750 manat dəyərində olan müxtəlif növ məişət əşyaları və 1000 manat nağd pul,

🚗 🏪 15-ə yaxın mağaza və avtomobildən mobil telefon və müxtəlif məbləğlərdə pul oğurlamaqda şübhəli bilinən 3️⃣ nəfər saxlanılıb.
👍9❤5🔥2👏1😱1
Media is too big
VIEW IN TELEGRAM
🚨💻 Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) vətəndaşların foto və videolarını təhqiramiz formada montaj edərək sosial şəbəkələrdə paylaşan və onların silinməsi müqabilində pul tələb edən daha bir nəfəri saxlayıb.
❤18👍3🔥2🥰1
📚 Polis Akademiyasında yaradılmış təhsil şəraiti gənclərin marağındadır

Polis Akademiyasında keçirilən “Açıq qapı” günü çərçivəsində Bakı Gənclər Mərkəzinin könüllüləri akademiyanın qonağı olublar.
❤30👍4🔥2🥰1