Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
✔
11.3K subscribers
4.8K photos
990 videos
1 file
746 links
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz!

☎️ (+994 12) 590-98-44
(+994 12) 590 -92-22

🔹️https://www.facebook.com/polisazerbaycan/

🔹️https://instagram.com/polisazerbaycan/

🔹️https://www.youtube.com/c/PolisAzerbaycan
Download Telegram
Xidmət davam edir 🌧️ 🚔

Şəhər və rayonlarda, eləcə də avtomobil yollarında əsas məqsəd vətəndaşların təhlükəsiz hərəkətini təmin etmək, onların mənzil başına rahat və təhlükəsiz şəkildə çatmasına kömək göstərməkdir.

⚠️ Sürücülərdən və piyadalardan xahiş edirik ki, mövcud hava şəraitini nəzərə alaraq daha diqqətli olsunlar və yol hərəkəti qaydalarına ciddi əməl etsinlər.
❤32👍7👏6🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📍 Paytaxtın Nərimanov rayonunda avtomobilin şüşəsini sındıraraq nəqliyyat vasitəsindən oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Araşdırma zamanı onun paytaxt ərazisində daha 2️⃣ avtomobildən ümumilikdə 580 manat, qol saatı və boyunbağı oğurladığı da müəyyən olunub.

🔍 Faktlarla bağlı araşdırma aparılır.
👍11🔥1
🚗 İstirahətdən dönüş zamanı yollarda diqqətli olaq!

Bayram günlərinin başa çatması ilə bölgələrdən geri qayıdanların sayında artım müşahidə olunur. Bu səbəbdən respublika əhəmiyyətli yollarda hərəkət intensivdir.

⚠️ Təhlükəsizliyiniz üçün:

• Yorğun və yuxusuz halda sükan arxasına keçməyin;

• Sürət həddini şəraitə uyğun seçin;

• Ara məsafəsini qoruyun, ötmə zamanı diqqətli olun;

• Texniki sazlığı əvvəlcədən yoxlayın;

• Fasilələrlə istirahət edin;

• Sükan arxasında telefondan istifadə etməyin.

ℹ️ Unutmayaq: Təhlükəsiz yol hər birimizin məsuliyyətidir.
❤26🔥2
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü
❤14🙏10
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌧️ Yağışlı hava şəraitində paytaxt yollarında qəzalar hansı səbəblərdən baş verdi ❓

- Sürət həddinin düzgün seçilməməsi;

- Ara məsafəsinin hava və yol şəraitinə uyğun saxlanılmaması;

- Manevretmə qaydalarının pozulması.

⚠️ Qaydalara əməl olunmaması maddi zərərə, vaxt itkisinə və nəqliyyat sıxlığına səbəb olur.
🔥8😱2🤔1
Polis Akademiyasında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib.
❤22🙏2🔥1
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 31-də və aprelin 1-də Cəlilabad rayonunda növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib.

Nazir iki gün ərzində 356 vətəndaşın müraciətini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib.

✔️ Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

✔️ Keçirilən sıra baxışında polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan 258 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb.
❤17👍4