Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
✔
11.3K subscribers
4.81K photos
990 videos
1 file
746 links
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz!

☎️ (+994 12) 590-98-44
(+994 12) 590 -92-22

🔹️https://www.facebook.com/polisazerbaycan/

🔹️https://instagram.com/polisazerbaycan/

🔹️https://www.youtube.com/c/PolisAzerbaycan
Download Telegram
Qarabağda təhlükəsizlik inamla qorunur. 🇦🇿
❤40👍8🔥1🥰1
Narkotik satışına növbəti ağır zərbə: 7️⃣1️⃣ kq ✅

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində keçirilən əməliyyatlar nəticəsində 71 kiloqram narkotik vasitə və 13 min ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
❤15🔥2👏1
Nikaha və ya erkən evliliyə məcburetmə cinayət məsuliyyəti yaradır.

📚 Övladlarınızın gələcəyini erkən nikahla deyil, təhsillə qurun.
👍24🔥1👏1
Nizami rayonunda market, ev və avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən 3️⃣ nəfər polis tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. 🏪 🏠 🚘
❤8👏2🔥1
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat Lerikdə keçirilib.

Nəticədə saxlanılan 3 narkokuryerdən 1️⃣4️⃣ kiloqram marixuana və 4490 ədəd metadon həbi aşkarlanıb. ✅
❤13👍2🔥1
Gecə-gündüz təhlükəsizliyin keşiyindəyik. 🌙 ☀️
❤35🙏4🔥1🥰1
Sükan arxasında diqqətsizlik və səhlənkarlıq ağır nəticələrə səbəb ola bilər.

⚠️ Qaydalara əməl etmək sadəcə zərurət deyil, həm də həyat və sağlamlığın qorunmasına verilən dəyərdir.
❤18👍4🔥1
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 6-da və 7-də İmişli rayonunda növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib.

Nazir iki gün ərzində 264 vətəndaşın müraciətini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib.

✅ Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

Keçirilən sıra baxışında polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan 216 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb.
❤14🔥1
“Hədiyyə qazandınız”, “kartınız bloklanıb”, “hesabınıza müdaxilə var” kimi mesaj və zənglər kiberdələduzluğun bir hissəsi ola bilər.

⚠️ Dələduzlar müxtəlif üsullarla şəxsi və bank məlumatlarınızı ələ keçirməyə çalışırlar.

🔐 Unutmayaq:

- PIN, CVV və SMS kodlarını heç kimlə paylaşmayın;

- Şübhəli linklərə daxil olmayın;

- Naməlum nömrələrdən gələn zəng və mesajlara qarşı diqqətli olun.

📲 Kart əməliyyatlarını daim izləyin, mobil bildirişləri aktiv saxlayın.

☎️ Hesabınızda şübhəli əməliyyat aşkarladıqda bankınıza və polisə məlumat verin.
❤10👍4🔥2
🎓🏆 Polis Akademiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş intellektual bilik yarışı keçirilib.
❤19🔥1👏1