Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
✔
11.3K subscribers
4.81K photos
990 videos
1 file
746 links
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz!

☎️ (+994 12) 590-98-44
(+994 12) 590 -92-22

🔹️https://www.facebook.com/polisazerbaycan/

🔹️https://instagram.com/polisazerbaycan/

🔹️https://www.youtube.com/c/PolisAzerbaycan
Download Telegram
📢 “Dəbilqəsiz yola çıxma - həyat ən böyük qələbədir” ictimai maarifləndirmə kampaniyasına start verilib.

Gənclər və İdman Nazirliyi ilə Daxili İşlər Nazirliyi yol təhlükəsizliyinə həsr olunan birgə maarifləndirmə kampaniyasına başlayır. Kampaniyada əsas çağırış 🛴skuter, 🚲velosiped və 🏍️motosiklet istifadəçilərinə ünvanlanıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dəbilqədən düzgün istifadə kəllə-beyin zədəsi riskini 74%, ağır baş xəsarəti riskini 60% azaldır. Məqsəd dəbilqə istifadəsini hər bir sürücü üçün gündəlik qaydaya çevirmək və onun təhlükəsizlikdəki rolunu vurğulamaqdır.

Kampaniyaya qoşulan Azərbaycan idmanının tanınmış simaları öz mesajları ilə xatırladırlar: idmanda olduğu kimi, yolda da diqqət, intizam və düzgün qərar həyati əhəmiyyət daşıyır.

🌍 Qeyd edək ki, təşəbbüs BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisinin mandatı çərçivəsində həyata keçirilən qlobal yol hərəkəti təhlükəsizliyinə həsr olunan “Make A Safety Statement” kampaniyasından ilham alınaraq hazırlanıb.
❤13🙏3
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 21-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 203 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
❤10👍2
📊 Sentyabrın 21-də polis əməkdaşları tərəfindən:

- 51 cinayətin açılması təmin olunub (45-i cari, 6-sı əvvəlki dövrlərdən).

- 118 axtarışda olan şəxs saxlanılıb (100-ü borclu şəxs).

- 49 cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

- 10 itkin kimi axtarılan şəxs tapılıb.

- 18 narkotik, 8 qanunsuz silah-sursat faktı aşkarlanıb.

- Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılıb.

- 21,6 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

- 570 ədəd (ümumi çəkisi 1 ton) yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

- 1 avtomat, 1 tapança, 9 qumbara, 9 alışdırıcı, 6 tüfəng, 1 patron darağı və 75 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.
❤9👍2
Media is too big
VIEW IN TELEGRAM
🚨 Polis Daşkəsəndə çətin relyef şəraitində narkotik əməliyyatı keçirib - 6️⃣ kiloqram yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
👍7❤4
Daxili İşlər Nazirliyi Bakı şəhərində yerləşən müvafiq qurumlarında vakant olan texnik-operator vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

🌐 Ətraflı məlumat DİN-in rəsmi internet saytında yerləşdirilib:

https://mia.gov.az/az/vacancies/21/daxili-isler-nazirliyi-vakant-olan-texnik-operator-vezifelerine-xidmete-qebulla-elaqedar-musabiqe-elan-edir/
❤9👍2
Təhlükəsizliyiniz üçün hər addımda yanınızdayıq 👮 🚔
❤22👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚌 İctimai nəqliyyatın fasiləsiz hərəkəti sizdən də asılıdır

Minik avtomobillərinin sürücüləri tərəfindən avtobusların hərəkət zolağına qəfil daxil olunması, təhlükəsiz ara məsafəsinin saxlanılmaması və diqqətsizlik qəzalara səbəb olur. Nəticədə həm sərnişinlərin təhlükəsizliyi riskə atılır, həm də avtobusların hərəkəti dayanır.

🚗 Avtobusların hərəkət zolağına qəfil daxil olmayın, təhlükəsiz ara məsafəsi saxlayın və qaydalara əməl edin.
❤8👍1
📊 Sentyabrın 22-də polis əməkdaşları tərəfindən:

- 59 cinayətin açılması təmin olunub (52-si cari, 7-si əvvəlki dövrlərdən).

- 151 axtarışda olan şəxs saxlanılıb (136-sı borclu şəxs).

- 74 cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

- 8 itkin kimi axtarılan şəxs tapılıb.

- 25 narkotik, 10 qanunsuz silah-sursat faktı aşkarlanıb.

- Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb.

- 49,7 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

- 8 747 ədəd (ümumi çəkisi 8,3 ton) yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

- 2 avtomat, 1 tapança, 6 tüfəng, 1 patron darağı və 83 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.
❤9
🏎️ Sabah “Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2026” başlayır!

Rahat və təhlükəsiz izləmə üçün azarkeş zonasına keçirilməsi məhdudlaşdırılan əşyaların siyahısı ilə əvvəlcədən tanış ola bilərsiniz.

🏁 İştirakçılara uğurlar, azarkeşlərə isə həyəcan dolu izləmələr arzulayırıq!

#F1 #Formula1 #AzerbaijanGP #PolisAzərbaycan
❤7👍1
Media is too big
VIEW IN TELEGRAM
📍 Nərimanovda polisin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyatlar nəticəsində 2️⃣ narkokuryer saxlanılıb, ümumilikdə 3️⃣1️⃣ kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri ayrı-ayrı ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıblar.
❤7👏2👍1
Media is too big
VIEW IN TELEGRAM
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat Suraxanı rayonunda keçirilib - 3️⃣2️⃣ kiloqram narkotik vasitənin satışının qarşısı alınıb ✅
❤9👍2🔥1
Media is too big
VIEW IN TELEGRAM
🚔 🏍️ Sumqayıt şəhərində motosiklet sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, təhlükəli manevrlərin edilməsi və normadan artıq səs-küy yaradılması hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər keçirilib - 2️⃣2️⃣ nəfər saxlanılıb.
❤8👍1🔥1
📊 Sentyabrın 23-də polis əməkdaşları tərəfindən:

- 48 cinayətin açılması təmin olunub (39-u cari, 9-u əvvəlki dövrlərdən).

- 124 axtarışda olan şəxs saxlanılıb (108-i borclu şəxs).

- 55 cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

- 8 itkin kimi axtarılan şəxs tapılıb.

- 15 narkotik, 5 qanunsuz silah-sursat faktı aşkarlanıb.

- Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılıb.

- 31 kq-a yaxın narkotik vasitə və 228 ədəd güclü təsiredici xassəyə malik həb qanunsuz dövriyyədən çıxarılıb.

- 3 960 ədəd (ümumi çəkisi 1,3 ton) yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

- 2 avtomat, 4 tüfəng, 2 patron darağı və 12 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.
❤8🔥1
Media is too big
VIEW IN TELEGRAM
Narkotiklə mübarizəmiz fasiləsiz davam edir❗️

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində, eləcə də bölgələrdə keçirilən sonuncu əməliyyatlar nəticəsində ✔️ 132 kq narkotik vasitə və 6080 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb.
❤5
Sentyabrın 24-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov beynəlxalq əməkdaşlıq çərçivəsində xarici dövlətlərin Polis Akademiyalarında hüquq təhsili almaq üçün ezam olunan kursantları qəbul edib.

Nazir həyatlarında ən əlamətdar günlərdən biri - polis kursantı adına layiq görülmələri münasibətilə gəncləri təbrik edib, uğurlar arzulayıb.

Ölkə rəhbərliyinin gənclərə hər zaman böyük diqqət və qayğı göstərdiyini xatırladan nazir yüksək mənəviyyatlı, işgüzar və istedadlı gənclərin ölkəmizin ictimai həyatında təmsil olunmaları, onların dövlət idarəçiliyində xidmətdə irəli çəkilmələri üçün zəruri addımların atıldığını diqqətə çatdırıb.
❤9👍2