Azərbaycan Respublikasının Baş Prokurorluğu
✔
2.78K subscribers
10K photos
678 videos
2 files
785 links
Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi Telegram kanalı
Download Telegram
“Azərbaycan” qəzetinin 21 oktyabr 2026-cı il tarixli 193 (10213) nömrəsində Azərbaycan Respublikası Baş prokurorunun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədovun “Bakı İslam dünyasının antikorrupsiya səylərini birləşdirən yüksək səviyyəli görüşə ev sahibliyi edəcək” adlı məqaləsi dərc olunub.

🔗Ətraflı: https://www.azerbaijan-news.az/az/posts/detail/hemreylikden-emekdasliga-baki-islam-dunyasinin-antikorrupsiya-seylerini-birlesdiren-yuksekseviyyeli-goruse-evsahibliyi-edecek-1792530917/404968

https://www.azerbaijan-news.az/storage/documents/pdf/1-24-100pdf_1792532355.pdf
❤2👍1
Heydər Məmmədov: Bakıda keçiriləcək yüksək səviyyəli görüşdə İƏT-ə üzv 48 dövlət və 250-dən artıq iştirakçı təmsil olunacaq

Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksək Səviyyəli Görüşünə hazırlıq işləri ilə bağlı mətbuata açıqlamasında bildirib ki, tədbirin yüksək səviyyədə təşkili və məzmun baxımından səmərəli keçirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Baş prokurorun müavini qeyd edib ki, 2026-cı il oktyabrın 27–28-də Bakıda keçiriləcək görüşə hazırlıq çərçivəsində Baş Prokurorluq üzrə müvafiq əmrlə Yerli Təşkilat Komitəsi yaradılıb. Komitənin əsas vəzifələri tədbirin yüksək səviyyədə təşkilini təmin etmək, İƏT-ə üzv dövlətlər arasında antikorrupsiya əməkdaşlığının inkişafına töhfə vermək və Azərbaycanın bu sahədəki təcrübəsini beynəlxalq tərəfdaşlarla bölüşməkdən ibarətdir.

İştirakçıların sayına və təmsilçilik səviyyəsinə toxunan Heydər Məmmədov bildirib ki, tədbirdə İƏT-ə üzv olan 57 dövlətdən 48-nin nümayəndələri olmaqla, ümumilikdə 250-dən artıq şəxsin iştirakı gözlənilir. Onun sözlərinə görə, iştirakçılar sırasında 30 dövlət qurumunun rəhbəri, səfirlər, beş beynəlxalq və regional təşkilatın rəhbər və yüksək vəzifəli nümayəndələri, habelə üç müşahidəçi dövlətin təmsilçiləri yer alır.

Əvvəllər də Azərbaycan Prokurorluğu tərəfindən bu kimi mötəbər tədbirlərin yüksək səviyyədə keçirildiyinə toxunan Heydər Məmmədov bildirib ki, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Bakıda keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı, COP29 çərçivəsində yüksək səviyyəli sessiya və GlobE Şəbəkəsinin Altıncı Plenar İclası və digər mötəbər beynəlxalq tədbirlər Azərbaycanın beynəlxalq əməkdaşlığa sadiqliyinin bariz göstəricisidir.
❤6
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan ekstradisiya ediləcək

Azərbaycan Respublikası Baş Prokurorluğunun Almaniya Federativ Respublikasının Federal Ədliyyə İdarəsinə müraciəti və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Nuriyev Elmir Elxan oğlunun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Elmir Nuriyevin özünü şirkət rəhbəri kimi təqdim edərək müxtəlif şəxsləri aldatmaqla və onların etibarından sui-istifadə etməklə, onlara məxsus mənzilləri təmir edəcəyinə dair yalan vədlər verməsi və bu yolla xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmin şəxs barəsində cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar müvafiq qərar qəbul edilib, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan olunub. Keçirilmiş tədbirlər nəticəsində onun Almaniya Federativ Respublikasının ərazisində yeri müəyyən edilərək saxlanılması təmin edilib.

Hazırda Elmir Nuriyevin Azərbaycan Respublikasına gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək.
👏2
Veteran prokurorluq işçisi təbrik edilib

Azərbaycan Prokurorluğunun veteranı Bəylərov Adil Cabbar oğlunun 70 illik yubileyinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından təbrik məktubu təqdim edilib.

Görüş zamanı veteran prokuror xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd edib.

Adil Bəylərov 1979-cu ildə prokurorluq orqanlarında qulluğa qəbul olub, əvvəllər Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi, Azərbaycan Respublikası Nəqliyyat Prokurorluğunun İstintaq şöbəsinin İstintaq hissəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, Azərbaycan Respublikası Nəqliyyat Prokurorluğunun İstintaq şöbəsinin prokuroru, Azərbaycan Respublikası Nəqliyyat Prokurorluğunun Ümumi nəzarət şöbəsinin böyük prokuroru, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru, Azərbaycan Respublikası Baş prokurorunun köməkçisi, Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuroru və digər vəzifələrdə işləyib.

Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçmiş, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatı

25 il əvvəl törədilmiş qətlin üstü açılıb

Prokurorluq və daxili işlər orqanları tərəfindən əvvəlki illərdə törədilmiş daha bir xüsusilə ağır cinayətin üstü açılıb.

Belə ki, 1961-ci il təvəllüdlü Həqiqət Məmmədovanın 30 iyun 2001-ci il tarixdə Bakı şəhərinin Nəsimi rayonu ərazisində qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi üzrə icraat təzələnərək Nəsimi rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri icra olunub.

Həyata keçirilən çoxsaylı tədbirlər, o cümlədən aparılmış dindirmələr, müasir ekspertiza tədqiqatlarının nəticələrinin təhlili və uzlaşdırılması nəticəsində hadisənin təfərrüatları müəyyənləşdirilib və cinayətin açılması təmin edilib.

Toplanmış sübutlarla 1976-cı il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuş Rövşən Zeynalovun aşkar surətdə köməksiz vəziyyətdə olan Həqiqət Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Zeynalov 20 oktyabr 2026-cı ildə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.

Oktyabrın 22-də R.Zeynalov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilib.

Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda Nəsimi rayon prokurorluğunda cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Əvvəlki illərdə törədilmiş və bağlı qalmış cinayətlərin açılması, həmin əməlləri törətmiş şəxslərin müəyyən edilərək qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə prokurorluq tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlər davam etdirilir.
❤1
Gələcəyin hüquqşünasları ilə maarifləndirici görüş keçirilib

22 oktyabr 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Akademiyasının hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olublar.

Gələcək hüquqşünasların nəzəri biliklərinin praktiki təcrübə ilə zənginləşdirilməsi və prokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanış olmaları məqsədilə təşkil edilən görüşdə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər, Baş İdarənin strukturu və fəaliyyət istiqamətləri, eləcə də korrupsiya hüquqpozmalarının qarşısının alınması və hüquqi maarifləndirmə sahəsində görülən işlər barədə məlumat verilib.

Tələbələr Baş İdarədə yaradılmış müasir iş şəraiti, istintaq və dindirmə otaqları, elektron informasiya resurslarına çıxış imkanları olan kitabxana, “161 – Qaynar xətt” əlaqə mərkəzi, eləcə də digər struktur bölmələrin fəaliyyəti ilə yaxından tanış olublar.

İnteraktiv şəraitdə keçən görüşdə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.
❤2
İnsan alverinə qarşı mübarizə sahəsində maarifləndirici tədbir keçirilib

Cari ilin 23 oktyabr tarixində Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə “İnsan alverinin qarşısının alınması məsələləri” mövzusunda qarışıq formatda təlim keçirilib.

Təlimdə prokurorluq, daxili işlər və miqrasiya orqanlarının 200-ə yaxın əməkdaşı iştirak edib.

Tədbirdə Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən insan alveri hallarının aşkar edilməsi və qarşısının alınmasında daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətləri, bu kateqoriyadan olan cinayətlərin araşdırılmasının praktiki xüsusiyyətləri, miqrasiya proseslərində insan alveri qurbanlarının müəyyən edilməsi və onların hüquqlarının müdafiəsi, insan alverinə qarşı mübarizənin milli və beynəlxalq-hüquqi əsasları, eləcə də rəqəmsal mühitdə insan alveri, internet və sosial şəbəkələr vasitəsilə qurbanların cəlb edilməsi, uşaqların cinsi istismar və zorakılığa məruz qalması hallarının aşkar edilməsi və araşdırılması mövzularında çıxışlar edilib.

Təlim zamanı mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilib.
Media is too big
VIEW IN TELEGRAM
Baş Prokurorluğun Mətbuat xidməti 17.10.2026-cı il tarixdən 24.10.2026-cı il tarixədək olan həftəlik icmalı təqdim edir