Reaksiya TV
✔
5.28K subscribers
10.6K photos
4.21K videos
24 files
4.92K links
Müstəqil Azərbaycanın milli reaksiyası!
HƏR ŞEY AZƏRBAYCAN ÜÇÜN, HƏR ŞEY VƏTƏN ÜÇÜN!
📝Reklam və iş birliyi üçün @tvreaksiya
Download Telegram
❗️ Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.

“Reaksiya” xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4🤣1
❗️ Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümüdür.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri erməni işğalından azad edilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
R.T.Ərdoğan: Rəcəb Tayyib Ərdoğan: Dost ve kardeş Azerbaycan’ın Bağımsızlığın Yeniden Sağlanması Günü’nü ülkem ve milletim adına gönülden tebrik ediyorum.

Azerbaycan Cumhurbaşkanı gardaşım İlham Aliyev'e, tasa ve sevinçte her zaman bir olduğumuz Azerbaycan Türkü kardeşlerime selamlarımı iletiyorum. 🇹🇷🇦🇿
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤11🤣1
❗️Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.
"Reaksiya" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Digər Sərəncamla, Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunub.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
❗️Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.
"Reaksiya" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❗️ İqtisadi təhlükəsizliyə təxribat və mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin cari həbs müddəti başa çatıb.

“Reaksiya TV”nin əldə etdiyi məlumata görə, bununla bağlı ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokuror və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqi məhkəməyə müraciət edib.

🔺Təqdimat və vəsatətdə xüsusilə ağır cinayət işi üzrə 13 aylıq istintaq müddətinin kifayət etmədiyi, irihəcmli iş üzrə əlavə sübutların toplanmasının zəruri olduğu bildirilib. İstintaq uzadıldığından təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin də artırılması xahiş olunub.

📌Səbail Rayon Məhkəməsi vəsatəti əsaslı sayaraq təmin edib. Hakimin qərarı ilə Adnan Əhmədzadənin həbs müddəti son həddə qədər-6 ay uzadılıb.

🔹Qanuna əsasən, xüsusilə ağır cinayət işləri üzrə ibtidai istintaq ərzində həbsdə saxlanılmanın son həddi 13 aydır. Müstəsna hallarda isə bu müddət 19 aya qədər uzadıla bilər.

Qeyd edək ki, Adnan Əhmədzadə əvvəllər SOCAR-da yüksək vəzifədə çalışıb. Sonradan dünyada neft maqnatı kimi tanınan Əhmədzadə ötən ilin sentyabrında DTX tərəfindən həbs olunub.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❗️Oktyabrın 10-da Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıran şəxslərdən daha biri saxlanılıb.
"Reaksiya"ın məlumatına görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycana gətirilib və həbs edilib.
Qeyd edək ki, hadisənin videoları mediada geniş rezonansa səbəb olub. Cinayətin bütün iştirakçıları DTX əməliyyatçıları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək tutulublar.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır.
Həbs edilən şəxslərin adları və cinayətin motivi açıqlanmır.
Qeyd edək ki, qəsdən törədilən yanğın nəticəsində “Mercedes”, “Lada”, “Hyundai”, “Renault” markalı minik avtomobilləri yanıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6❤2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️ İstanbulda Azərbaycan Baş Konsulluğunun yerləşdiyi küçə silahlı polis qüvvələri tərəfindən mühafizəyə götürülüb.
Son günlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğu qarşısında keçirilən etiraz aksiyalarından sonra təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu dəqiqələrdə Baş Konsulluğun yerləşdiyi küçədə silahlı polis dəstələrinin yerləşdirilib və ərazi ciddi mühafizə altına alınıb.
👏5🤬2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿🇹🇷 Türkiyənin Yeni Yol Partiyasından millət vəkili Səlcuq Özdağ Azərbaycanla bağlı TBMM-də nələr dedi?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍15🔥3🤣1
❗️Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib.
“Reaksiya” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥2❤1👍1
Türkiyənin Zonquldak bölgəsindəki mədəndə baş verən partlayışda ölənlərin sayı artıb. 
"Reaksiya" xəbər verir ki, partlayış nəticəsində 3 nəfər həlak olub. 
🤣1
❗️ 55 Azərbaycan QHT-sindən Pezeşkiana açıq məktub: “İranda Azərbaycan dilində məktəblər yaradılmasının vaxtıdır”

Azərbaycanın 55 qeyri-hökumət təşkilatı İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb.

📚 QHT-lər məktubda İranda yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil almaq imkanlarının təmin olunması ilə bağlı çağırış ediblər.

Müraciətdə qeyd olunub ki, Məsud Pezeşkianın Azərbaycan dilinə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə və ədəbi irsinə münasibəti təqdirəlayiqdir. QHT-lər hesab edir ki, ana dilinin əhəmiyyətini yüksək qiymətləndirən dövlət başçısı kimi Pezeşkian İranda yaşayan azərbaycanlıların doğma dilində təhsil almaq istəyinə də xüsusi həssaslıqla yanaşa bilər.

Məktubda İranın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayan azərbaycanlıların ana dilində təhsil imkanlarının təmin edilməsi istiqamətində tarixi addım atmağın vaxtının çatdığı vurğulanıb.

QHT-lər Pezeşkiana müraciət edərək:
🔹 Azərbaycan dilinin məktəblərdə sistemli şəkildə tədris olunmasını;
🔹 Azərbaycan dilində təhsil verən orta və ali təhsil müəssisələrinin yaradılmasını;
🔹 müvafiq pedaqoji kadrların hazırlanmasını;
🔹 dərslik və tədris proqramlarının hazırlanmasını;
🔹 bu istiqamətdə hüquqi və institusional mexanizmlərin formalaşdırılmasını təklif ediblər.

📖 “Ana dilində təhsil almaq imkanı yaratmaq bir xalqın keçmişinə göstərilən ehtiram, bu gününə verilən dəyər və gələcəyinə qoyulan ən qiymətli sərmayədir”, – deyə məktubda bildirilib.

QHT-lər qeyd ediblər ki, belə bir addım yalnız milyonlarla azərbaycanlının çoxdankı arzusunun gerçəkləşməsinə deyil, həm də İranın mədəni müxtəlifliyinə, ədalət və bərabərlik prinsiplərinə verilən dəyərin göstəricisinə çevrilə bilər.

55 QHT bu istiqamətdə ana dilində təhsilin inkişafına, elmi-pedaqoji və mədəni əməkdaşlığın genişləndirilməsinə dəstək verməyə hazır olduğunu açıqlayıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍3
🇦🇿🇹🇷 Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb.

“Reaksiya” xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qardaş Türkiyə Respublikasının milli bayramı – 29 Oktyabr Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azərbaycan ilə Türkiyəni tarixin sınaqlarından çıxmış əsl dostluq və qardaşlıq telləri bağlayır. 2021-ci ildə Sizinlə birgə imzaladığımız Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında münasibətlər ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə çataraq keyfiyyətcə yeni məzmun və mahiyyət kəsb etmişdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə Respublikasına və xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4👍3
❗️”Səbinə xanım Azərbaycanın ictimai-siyasi həyatında çox fəal görünən dövlət məmurlarından biridir. Halbuki çoxları var ki, onlar da görünməli, xalqın içərisində olmalı, xalqın dərdinə yanmalıdırlar və s.”.
“Reaksiya” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında məsələnin müzakirəsi zamanı deputat Səyyad Aran deyib.
“Dəfələrlə eşitmişəm ki, Səbinə xanımın yanına gedən şikayətçi əliboş qayıtmayıb. Bu ən əsas məsələdir. Məmurun, nazirin yanına gedəsən, oradan əliboş qayıdasan, bu, biabırçılıqdır”, - deyə deputat bildirib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❗️ TƏCİLİ: Ərdoğan Ceyhun Bayramovla görüşdü - NƏLƏR DANIŞILDI? - CANLI YAYIM⤵️

https://www.youtube.com/live/MdhxwdHElgM?si=QLXnOiT_yNfhGssE
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥1
❗️ Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Ankara sammiti çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.

Qəbul zamanı, Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub. İki ölkə arasında müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, türk dünyasının birliyinin və həmrəyliyinin gücləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3❤2
Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda sərhəd pozuntusu ilə bağlı əməliyyatda güllə yarası alan əsgər Yusuf Sair Ünlü şəhid olub.

Xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, hərbçinin həyatını xilas etmək mümkün olmayıb.

Türkiyənin Milli Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:

"Oktyabrın 31-də 7-ci Sərhəd Briqadasının Hakkarinin Yüksekova rayonunda sərhəd pozuntusu hadisəsinə müdaxilə zamanı açılan atəşdən yaralanan silahdaşımız, müqaviləli piyada əsgər Yusuf Sait Ünlü helikopterlə Hakkari xəstəxanasına çatdırılıb. Lakin həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, şəhid olub. Bizləri dərin kədər və hüznə boğan bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və nəcib xalqımıza başsağlığı və səbir diləyirik".
😢6❤3🤣1
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü Azərbaycanın alqışladığını bildirib.

"Reaksiya" xəbər verir ki, bu barədə A.Hacızadə medianın sualına cavabında şərhində qeyd edib.

"Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxalq və diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında konsensusun formalaşdırılması bacarığına əsaslanan, BMT Nizamnaməsinin prinsip və məqsədlərinin rəhbər tutulduğu seçim prosesinin vacibliyini bir daha vurğulayırıq.

İnanırıq ki, davam edən məsləhətləşmələr və üzv dövlətlər arasında konstruktiv dialoq nəticəsində BMT-nin müasir qlobal çağırışlara daha səmərəli cavab vermək imkanlarını gücləndirəcək müvafiq qərar qəbul olunacaq", - məlumatda vurğulanıb.
👍3🤣1
🇦🇿🇹🇷 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤18👎1
❗️ Bu gün, 6 noyabr 2026-cı ildə, Azərbaycan Premyer Liqasının XI turunda keçirilən qarşılaşma başa çatıb.
Turan Tovuz” səfərdə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib. Bu qələbədən sonra Tovuz klubu 21 xalla ikinci pilləyə yüksəlib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM