•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊
11.8K subscribers
1.1K photos
794 videos
96 links
Kimin canında sevgi varsa, Tanrı onun qəlbindədir. Çünki Tanrı — elə sevgi deməkdir.
Sevgisini şeirlərlə ifadə edənlərin kanalı.♡

📅 𝓓𝓪𝓽𝓪: 13.10.2020.
Download Telegram
Bulud kimi ölmək
bir yaz yağışında.
Ümid kimi ölmək,
bir qız baxışında.
Bir yel qanadında
yarpaq kimi ölmək
Bir qəbir altında,
torpaq kimi ölmək.
Bir gül kimi ölmək,
bir güldan içində.
Bülbül kimi ölmək
bir hicran içində.
Bir səs kimi ölmək
bir kar qulağında.
Bir söz kimi ölmək,
bir lal dodağında.
Gündən günə ölmək,
Dönə-dönə ölmək.
Öldükcə dirilmək,
Sonra yenə ölmək..

Ramiz Rövşən

@seirqoxulum 🕊
❤3👍1😍1
Hər kəsə salam. Axşamınız xeyir olsun. Yeni izləyicilərimiz var. Hər biriniz xoş gəlmisiniz. Xoş izləmələr sizə. Şeirlə, sevgiylə qalın..🕊
❤‍🔥3🙏2❤1
Mən sənin ömrünə gələn qonağam.
Adımı qəlbinə yazıb gedirəm.
Qara gözlərinə hey baxa-baxa.
O qara gözlərdə azıb gedirəm.
                                       
Mən səni görəndə tutulur dilim.
O saat tərpənir qəlbimin simi.
Denən ki ömrümün qonağı olma.
Yaşa ürəyimdə öz evin kimi.
                                   
Qəlbini müqqədəs bir ev bilərəm.
Bir ömür etmərəm günah evində.
Gəl gedək bu günü rəsmiləşdirək.
Səninlə birlikdə nigah evində.
                                   
Sevgi dünyasını səfərə çıxaq.
Gəl həyat yolunda yoldaşlıq edək.
Sən mənim bu yolda,yol yoldaşım ol.
Bu uzun yolda biz sirdaşlıq edək.
                                   
Birinci hörmətlə başlayır bu yol.
Çoxları bu yolda naşıdır,naşı.
Enişli yoxuşlu həyat yolunda,
Hər adam olammır həyat yoldaşı.

Sərxan Gəncəli

@seirqoxulum 🕊
👍5❤‍🔥4
Kim məni qurtarar görən özümdən,
Dərdi-dərdim oldu nədən özgənin.
Mənim bədənimdə kimin ruhudu,
Bəlkə ruh mənimdi, bədən özgənin?

🖊Rüstəm Behrudi

@seirqoxulum 🕊
👍10❤‍🔥1
Mən axı neynədim günahım nədi?
Sənin yoxluğunla barışmaq çətin.
Axı nə edim ki alım könlünü
De ölsəm keçərmi kinin, nifrətin?

Bəlkə gerçəkləşər niyyətim, arzum,
Göylərə əl açıb səni diləsəm,
Sənin yoxluğunnan ölüm yaxşıdı
Yaş axar gözünnən, ölüb eləsəm?

🖊Orxan Qafarov(cənab Şair)

@seirqoxulum 🕊
👍5❤2
Yenə nə dolmusan , nə çağlayırsan,
A mənim sevdalı, havalı könlüm?
Yenə gizli-gizli nə ağlayırsan,
Kimdən öyrənmisən bu halı könlüm?

De, hansı həsrətdən belə darıxdın,
Dönüb göz yaşına üzümə axdın
Hicrana rast gəldi bu dönük baxtın,
Sinəmdə gəzdirdin məlalı, könlüm.

Mənim həmaxşamım, həmsəhərmisən,
Xəyal yollarında həmsəfərimsən .
Mənim dağılmayan bir şəhərimsən,
Ay mənə özümdən vəfalı könlüm.

Demə vida etdi ilk bahar bizə,
Ömrün payız fəsli yar olar bizə.
Darıxma tapılar havadar bizə,
Ay böyük arxalı, obalı könlüm.

Mənim əhdim sənsən, ilqarım sənsən,
Varlı sayılsam da, o varım sənsən.
Mənim dinim də sən, tanrım da sənsən,
Bu Gülgün nəğməmin cəlalı könlüm.


Mədinə Gülgün

@seirqoxulum 🕊
❤8👍1
Nə var Allahdan yuxarı?
Nə var qəbirdən aşağı?
Çəkdiyim ahdan yuxarı?
Bildiyim sirdən aşağı?

Niyə günün gündüzündə
Quşlar azır göy üzündə?
Göz yaşları quş gözündən
Tökülür dən-dən aşağı.

Demə, biz ki quş deyilik,
Allaha tanış deyilik...
Ruhum, dur, yığış, gedirik,
Sən yuxarı, mən aşağı...

Ramiz Rövşən

@seirqoxulum
❤9👍1
Məndə günah arama,
Özün küsdürdün məni.
Ürəyimə toxunan,
Sözün küsdürdü məni.

Hərdən süzülüb axan,
Məni yalnız buraxan,
Dönüb yadlara baxan,
Gözün küsdürdü məni...

Nüsrət Kəsəmənli

@seirqoxulum
❤10👍2
Qənirə Paşayeva - Sevgidən Eşqə.

"Zaman hər şeyin dərmanıdır" deyənlər
Ya yanılır, ya da özlərini aldadırlar.
Zaman hər şeyin dərmanı deyil...
"Zaman hər şeyi unutdurur" deyənlər
Ya aldanır,
ya da özlərini aldadırlar.
Zaman heç nəyi unutdurmur...
Yaralara məlhəm olur,
amma sağaltmır
Göz yaşlarını silir, amma azaltmır.
Acılarını azaldır, amma bitirmir
Səni ovudur,
amma sevdiklərini geri gətirmir...
Zaman ədalətli deyil,
Bir az xeyirxahdır, vəssalam....

Zaman unutdura bilməz
Heç nəyi,
Ürək unutdura bilər
Hər şeyi,
Amma
Unutdurmaz sevgini ...
Unutdurmaz ağrını...
Unutdurmaz göz yaşını..."

@seirqoxulum
❤7👍5⚡1
Olan oldu keçdi deyib,
Səni yenə bağışladım.
Sevdim səni bircə kərə,
Dönə-dönə bağışladım.

Bağışladım səni yenə,
Bağışladım dönə-dönə.
Tanrı səni verən günə,
Sevən günə bağışladım.

Səninlə bir keçdiyimiz,
Dilləndi hər cığır,hər iz.
Bir yerdə and içdiyimiz,
Aya-günə bağışladım.

Doğma əziz bir küçəyə,
Sənsiz ötən hər gecəyə.
Boynu bükük bir çiçəyə,
Solan günə bağışladım.

Bu dünyada onu bilki,
Sən eşqimin sonu,ilki.
Səndən başqa kimim varki ?
Səni sənə bağışladım.

🖊Baba Vəziroğlu

@seirqoxulum
❤‍🔥6❤4👍3
Gecə gündüz çiraqla sən,
Hələ məni gəzəcəksən.
Axtarmaqdan bezəcəksən,
Məndən birdə olmayacaq.

Başqa yaz bahar gələcək,
Yağiş yağib qar gələcək.
Dünya sənə dar gələcək,
Məndən bir də olmayacaq.

Düz qəddini əyəcəksən,
"hayif ondan"deyəcəksən.
Dizlərinə döyəcəksən,
Məndən bi də olmayacaq

Yatma belə hələ oyan,
Getmə belə hələ dayan.
Səni sevən səni duyan,
Məndən bir də olmayacaq


🖊Baba Vəziroğlu

@seirqoxulum
👍11❤‍🔥1
Alican & Miro - Utanmaz 2024 (Official Music Video)
Alican Hemid
Eşqin də dirildə bilərmi ki hər gecə sənsiz ölən birini..🖤

@seirqoxulum
👍3😢1
İndi düşünürsən qəlbimdən çıxıb,
Dahа ürəyimi ağrıtmır adın?
Bu nankor dünyada bir pillə qalxıb,
Sən məni özünə sığışdırmadın?

Bilmirdinmi dünya çərxi fələkdir?
Bu gün mən qışamsa, sabah baharam?
Bilmirdinmi bir gün keçib yanından,
Mən səni özümə sığışdırmaram?

Mən onda məhv olan sevgiyə deyil,
Taleyin verdiyi qəmə əyildim.
Haqlısan, sevgilim, sənə sığmadım.
Sənə sığmaq üçün kiçilməliydim.

@seirqoxulum
👍9❤1
Sənə heyran,
Neçə gözdən, baxışlardan yoruldun?
Sənə heç vaxt baxmayacaq bir adama vuruldun...🍂


@seirqoxulum
💔7👍2❤‍🔥1
Forwarded from •𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊 (Səma Rəhimzadə🇦🇿👑)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əfəndilər, yarın Cümhuriyyəti ilan ediyoruz..

23 ay müddətində çətinliklərə, təziqlərə rəğmən 3 İmperiya arasında bir dövlət qurdunuz. Bir dövlət ki Ordusuyla Xalqıyla qurur duyduğumuz, bir dövlət ki yüzillərdir şanı, şöhrəti ilk günkü kimidir. Azərbaycanımızı quran və onu 23 ay müddətində qoruyan və hal hazırda onun 105 illiyini qeyd etdiyimiz üçün M.Ə.Rəsulzadələrə minnətdarıq, sizlərin mirasıdır müasir Azərbaycan...
Hörmət, minnət və sevgiylə anırıq...🖤
28 May Respublika Günümüz Mübarək!🇦🇿❤🙏🏻

@seirqoxulum 🕊
❤9❤‍🔥4👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azərbaycan, hər zaman var olasan. Sənə azadlıq, müstəqillik, sülh, əmin-amanlıq yaraşır. Azərbaycan xalqı sizləri unutmayacaq. Sizin miras qoyduğunuz Azərbaycan'ım günü-gündən inkişaf edir, böyüyür və böyüməkdə davam edəcək. Əbədi olsun müstəqilliyimiz. Azərbaycan xalqı bu günü hər zaman candan bayram edəcək və sizlərə minnətdar olacaq.
Respublika Günümüz mübarək🇦🇿🤍

@seirqoxulum
❤8👍3✍1💯1
Sev səni sevəni, yerlə yeksan olsa da,
Sevmə səni sevməyəni, misirdə sultan olsa da.


Nizami Gəncəvi

@seirqoxulum 🕊
❤9👍8❤‍🔥1🕊1