•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊
11.8K subscribers
1.1K photos
794 videos
96 links
Kimin canında sevgi varsa, Tanrı onun qəlbindədir. Çünki Tanrı — elə sevgi deməkdir.
Sevgisini şeirlərlə ifadə edənlərin kanalı.♡

📅 𝓓𝓪𝓽𝓪: 13.10.2020.
Download Telegram
İllər boyu həsrətimi duymaz oldun,
İllər boyu kədərimi bölmədin də...
Çox vaxt güldüm, ağlayaraq için için,
Bircə sözlə göz yaşımı silmədin də.
Soyuqluğun buz olanda yanağımda,
Nəfəsinlə başqasını isitmisən.
Sənsizliklə yaşadıqca otağımda,
Sən də məni bir otaqda itirmisen.
Yad baxışlar dikilibdi gözlərinə,
Sənsə mənə peşiman qəlb gətirmisən.
Necə verim sabahımı, necə sənə?
Sən ki, mənim dünənimi itirmisən.
Nə deyim, nədir ümmanın mənim üçün?
Heç xəbərin olubmu, de, ürəyimdən?
Damla kimi yaşadıqca özgə qəlbdə,
Gözlərimdən damla damla süzülmüsən....

Aygün Bəylər🤎

@seirqoxulum
👍6❤3🕊3
•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊
Mirələm Mirələmov – Mirələm Mirələmov - Yaşa Məni
Gör nece dinc dayanmışam
Di gəl, özün oxşa məni
Bəlkə qaya, bəlkə daşam
Döndər qızılquşa məni.

Sən tam arzu, mən tam arzu
Mən acam, sən dadlı duzlu
Sən məcrasan, mən axar su
Çırp qayaya, daşa məni.

Sən yazsan, mən qarlı qışam
Yazı qışa daşımışam
Bəlkə mən pis yaşamışam
Sən ömrüm ol, yaşa məni.

Xəlil Rza Ulutürk

@seirqoxulum
❤8🤔2
"Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm evə,
Düz öz qaydasınca küçələri sən"


Əli Kərim🤍

@seirqoxulum
❤‍🔥3❤3👍2
Hərə öz dərdini apardı, getdi,
Bəs niyə dərdimiz azalmadı heç?

Ramiz Rövşən 🖤

@seirqoxulum
👍8❤2🕊2💔1
Pozmaram bir evin birliyini mən.
Görsəm ev yıxılır, gedib quraram.
Əl-əldən soyusa, ürək- ürəkdən
Sizi eşqinizə qovuşduraram.


Tofiq Bayram✨

@seirqoxulum
👍6❤1🙏1
Şeir-azadlığım, şeir-həyatım,
Ömrüm, səadətim, müqəddəratım!
Şeirsiz bir dünya kədər,qəm kimi,
Şeirsiz cənnət də cəhənnəm kimi.


🖊M. Şəhriyar

@seirqoxulum
❤6🕊2👍1
"𝙎𝙤𝙣𝙪𝙢𝙪𝙯"

Hər dəfə vicdanından gələn bir səsdim,
Hər dəfə dinləməyib, etdin lağ-lağa,
Səni səndən daha çox, sevən o kəsdim,
İndi könlüm bənzəyir dağılmış dağa...

Keçsə də neçə aylar keçsə neçə il,
Məhəbbətin qəlbimdə yenə qalacaq,
Sənsizlik darıxdırır, ey cananım bil,
Məni, Mənə verdiyin, həsrət yıxacaq...

Kölgən kimi, sürünüb, arxanca sənin,
hey Səni sorağlayıb səni aradım,
dəyərin gec anladım, ötmüş dünənin,
Ona görə qırılıb qolum, qanadım...

Bəlkə də, bu deyildi, bizim sonumuz,
öz xoşbəxt sonumuzu bizlər bitirdik,
Nədir ki, yanlışımız nədir doğrumuz?,
Bax gör, nələr qazanıb, nələr itirdik...


#izləyicimizdən 𝐂ə𝐛𝐢𝐲𝐞𝐯 𝐘𝐮𝐬𝐢𝐟

@seirqoxulum
👍4❤‍🔥2
Mən uşaq olanda uşaqlığımdan,
Tezcə sıxılardım, tezcə bezərdim.
İstərdim tezcənə böyüyüb mən də,
Böyük adamlartək rahat gəzərdim.
Mədinə Gülgün

Uşaqlar günümüz mübarək, əzizlərim.
Arzu edirəm ki içinizdə gözləri xoşbəxtlikdən parlayan, qəlbi quştək çırpınan, danışmağa, əylənməyə doymayan uşaq heç vaxt yetkin, susqun insana çevrilməsin.
Həyat daima sizə al-əlvan görünsün.


@seirqoxulum
❤6👍4❤‍🔥1😍1
Biz uşaq olanda belə deyildi
Hamını, hər şeyi sevə bilirdik
Ağzımızdan çıxan güllə səsinə
Yumub gözümüzü ölə bilirdik
Biz elə ölümü belə bilirdik
Böyüdük nənələr, babalar öldü
Böyüdük doğmalar, əzizlər öldü
Böyük ürəklilər, təmizlər öldü

Biz uşaq olanda belə deyildik
Ağlasaq üzümüz təmiz olardı
Qışıqırıb ağlamaq çağırış idi
Böyüdük ağlamaq yalvarış oldu
Biz uşaq olanda bahardı hər gün
Nə tez soyuq düşdü, nə tez qış oldu

Biz uşaq olanda Allah babaydı
Onu da bir quru ada çevirdik
Ən böyük doğmanı yada çevirdik
Böyüdük sevgimiz qorxuya döndü
Biz axı Allahı baba sevirdik

🖊Rəşad Nağı Mustafa

@seirqoxulum 🕊
❤‍🔥9👍6❤1
Təbriklər Madridista🫶🏻
#HalaMadrid 🤍👑
❤4🏆2👍1
•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊
Təbriklər Madridista🫶🏻 #HalaMadrid 🤍👑
Futbolu mənə sevdirən komandamın uğurlarını sizinlə də bölüşmək istədim😁
Var mı aramızda madridista?
❤1😍1
Mən səni neynirəm ki,
Sən olsan da sevirəm, olmasan da sevirəm
Ey dodağı yasəmən, yanaqları qızılgül
Qorxma payız gələndə,
Sən solsan da sevirəm, solmasan da sevirəm
Sən sev deyə sevmirəm, mən səbəbsiz sevirəm, qarşılıqsız sevirəm.
Sizin sevgiləriniz bu gün olur, sabah yox
Mən sevəndə bir ömür ayrılıqsız sevirəm.
Mən səni neynirəm ki,
Sən olmayan günlərin hər günü bir şeirdir, hər günü bir qəzəldir,
Səndən gözəl olmasın, sənsizlik də gözəldir..

Səddam Laçın 🤎

@seirqoxulum
👍6❤‍🔥2
#izləyicimizdən
Hər gecə sənsizliy çox yordu məni,
Həsrət hökm eləyir öyrəşim ona.
Qəlbimi yandırıb yaxsada mənim,
Elə hey istəyir öyrəşim ona.

Gecənində mənlə ədavəti var,
Gündüzlə işim yox gecəylədi bir.
Nə qədər gecəyə şeirlər yazım,
Bəzən qələmdə məndən artığ bezir.

Artığ fəsillər ilə dostlaşmışam,
Qış üşüdüb yay isidir məni.
Bəharla yoxdu nəsə qəti aram,
Bir tək qəmli payız istiyir məni.

M.Rüstəmli

@seirqoxulum
❤7👍4❤‍🔥3👏1
Mən özüm ölsəm də, sevgim ölmədi,
Doldun bulud kimi, üzün gülmədi.
Xəyanət yükünü çəkə bilmədi,
Dağları çiynində aparan qadın.

🖊Vüqar Biləcəri

@seirqoxulum
❤‍🔥15👍5❤4👏2😍1
Kanalda kimlər çoxdur?
Anonymous Poll
80%
Qadın
20%
Kişi
👍6❤2
Oxunmamış kitab kimi
Maraqlısan sətir-sətir,
Güli-behiştdə naz edər,
Saçından aldığım ətir,
Gülümsə ruhumun gülü,
Gülüşlərinlə yaz gətir,
Gülüşlərin çiçəkləsin
Bahar gələndə bağlara..


🖊Vüqar Biləcəri

@seirqoxulum
❤15👍5👏2🕊2😍1
Bu kadar yürekten çağırma beni
Bir gece ansızın gelebilirim
Beni bekliyorsan, uyumamışsan
Sevinçten kapında ölebilirim
Belki de hayata yeni başlarım
İçimde küllenen kor alevlenir
Bakarsın hiç gitmem kölen olurum
Belki de seversin beni kimbilir
Kal dersen, dağlarca severim seni
Bir deniz olurum ayaklarında
Aşk bu özleyiş bu, hiç belli olmaz
Kalbim duruverir dudaklarında.
Ya da unuturum kim olduğumu
Hatırlamam belki adımı bile
Belki de çıldırır, deli olurum
Sana kavuşmanın heycanıyle
Aşk bu, bilinir mi nereye varır
Ne durdurur özlemini, seveni
Bakarsın ansızın gelebilirim
Bu kadar yürekten çağırma beni.

🖊Ümit Yaşar Oğuzcan

@seirqoxulum
👍6❤3👏1