Ümiddən bir çələng hörmüşəm, gülüm.
Nə vaxtdır rəfində gözləməkdədir...
Dünyamda bir dünya qurmuşam, gülüm.
Haçandır üfiqdə bəkləməkdədir...
Gəl, nazı-qəmzəni sən qoy boxçaya,
Arzu-istəyini çıxar taxçaya,
Bu nədir, dönmüsən əntiq axçaya,
Cəmalın yad nəzər süsləməkdədir...
Ustacı etmisən, özünə möhtac,
Gözünün gülməsi, üzünə möhtac,
Ruhunun dinməsi, sözünə möhtac,
Həp ruhum, ruhunu izləməkdədir...
Zaur Ustac
@seirqoxulum
Nə vaxtdır rəfində gözləməkdədir...
Dünyamda bir dünya qurmuşam, gülüm.
Haçandır üfiqdə bəkləməkdədir...
Gəl, nazı-qəmzəni sən qoy boxçaya,
Arzu-istəyini çıxar taxçaya,
Bu nədir, dönmüsən əntiq axçaya,
Cəmalın yad nəzər süsləməkdədir...
Ustacı etmisən, özünə möhtac,
Gözünün gülməsi, üzünə möhtac,
Ruhunun dinməsi, sözünə möhtac,
Həp ruhum, ruhunu izləməkdədir...
Zaur Ustac
@seirqoxulum
❤12👍5😍2
Mən ki bilməz idim nədir məhəbbət,
Bu sirri sən mənə anlatmadınmı?
Dünyaya sığmayan şair könlümü
Köksümdən çıхarıb oynatmadınmı?
Mikayıl Müşfiq
@seirqoxulum
Bu sirri sən mənə anlatmadınmı?
Dünyaya sığmayan şair könlümü
Köksümdən çıхarıb oynatmadınmı?
Mikayıl Müşfiq
@seirqoxulum
❤10👍10🕊2😍2
Eşidəndə dəyişmişəm dünyamı,
Çiçəklər də haray salsa, incimə,
Demirdinmi: “Alacaqsan canımı”
Ruhum getsə,canım qalsa, incimə.
Vahid Əziz
@seirqoxulum
Çiçəklər də haray salsa, incimə,
Demirdinmi: “Alacaqsan canımı”
Ruhum getsə,canım qalsa, incimə.
Vahid Əziz
@seirqoxulum
❤22👍11🕊2
Səni görəndə yaz səhəri idi
Bir təmiz, ətirli, xoş səhər idi
Ağlımı başımdan tamam aparmaq
Görəsən sənin çün çox çətin idi?
#izləyicimizdən Nərmin Qarayeva
@seirqoxulum
Bir təmiz, ətirli, xoş səhər idi
Ağlımı başımdan tamam aparmaq
Görəsən sənin çün çox çətin idi?
#izləyicimizdən Nərmin Qarayeva
@seirqoxulum
❤9👍8🕊2
Yenə düşüb sənsizliyin toruna,
sarılaram bir şəkilin boynuna,
yenə də bir yastıq girər qoynuma,
tərimdə yox, göz yaşımda islanar.
Bir soyuq da çökər evə-eşiyə,
evimdəki siçanlar da üşüyər.
Çevrilərəm qocaman bir kişiyə,
sağ əlim də bir çəliyə yaslanar
Orxan Bahadırsoy
@seirqoxulum
sarılaram bir şəkilin boynuna,
yenə də bir yastıq girər qoynuma,
tərimdə yox, göz yaşımda islanar.
Bir soyuq da çökər evə-eşiyə,
evimdəki siçanlar da üşüyər.
Çevrilərəm qocaman bir kişiyə,
sağ əlim də bir çəliyə yaslanar
Orxan Bahadırsoy
@seirqoxulum
👍7❤5🕊2
Baxışın qəlbimi incitmişdir;
Bu baxışdan, bu duruşdan əl çək.
Bir də baxsan mənə, iş bitmişdir;
Bir də baxsan mənə, fikrim dönəcək..
Mikayıl Müşfiq
@seirqoxulum
Bu baxışdan, bu duruşdan əl çək.
Bir də baxsan mənə, iş bitmişdir;
Bir də baxsan mənə, fikrim dönəcək..
Mikayıl Müşfiq
@seirqoxulum
❤14👍5🕊2
Mən ki bilməz idim nədir məhəbbət,
Bu sirri sən mənə anlatmadınmı?
Dünyaya sığmayan şair könlümü
Köksümdən çıхarıb oynatmadınmı?
Mən ki nəğmə dеyib bənövşələrdən
Pеşəm zövq almaqdı bir şuх dilbərdən,
Məndən uzaq gəzib, dolanıb hərdən,
Qəlbimi sıхmağa can atmadınmı?!
Min hicran könlümü alanda ələ,
Zərrəcə halıma yanmadın bеlə.
Müşfiqin qəlbini tеz alıb ələ
Onu röyalardan oyatmadınmı?!
Mikayıl Müşfiq
@seirqoxulum
Bu sirri sən mənə anlatmadınmı?
Dünyaya sığmayan şair könlümü
Köksümdən çıхarıb oynatmadınmı?
Mən ki nəğmə dеyib bənövşələrdən
Pеşəm zövq almaqdı bir şuх dilbərdən,
Məndən uzaq gəzib, dolanıb hərdən,
Qəlbimi sıхmağa can atmadınmı?!
Min hicran könlümü alanda ələ,
Zərrəcə halıma yanmadın bеlə.
Müşfiqin qəlbini tеz alıb ələ
Onu röyalardan oyatmadınmı?!
Mikayıl Müşfiq
@seirqoxulum
❤14👍5🕊1
Trendyol'u yükləyin və ilk sifarişinizdə 50% endirim qazanın.
Dəvət kodu: AZ666461881
https://ty.gl/ienyp5cc41ul0
Dəvət kodu: AZ666461881
https://ty.gl/ienyp5cc41ul0
Google Play
Trendyol - Online Alışveriş - Apps on Google Play
Shopping & Market & Food Application
Trendyol linkdindən istifadə edərək proqramı yükləyib endirimli məhsulları sifariş verə bilərsiniz. Mükəmməl yay endirimlərin qaçırmayın deyərəm🫶🏻🤌🏻
Mən o şuxa güli – rəna deməyim, bəs nə deyim?
Aşiqə bülbülü şeyda deməyim, bəs nə deyim?
Mən əgər eşqidə məcnun deyiləm, bəs nəçiyəm?
Sevdiyim dilbərə Leyla deməyim, bəs nə deyim?
Əliağa Vahid
@seirqoxulum
Aşiqə bülbülü şeyda deməyim, bəs nə deyim?
Mən əgər eşqidə məcnun deyiləm, bəs nəçiyəm?
Sevdiyim dilbərə Leyla deməyim, bəs nə deyim?
Əliağa Vahid
@seirqoxulum
❤8👍6❤🔥3
Mən ki görməmişəm sevgini susan
Məhəbbət zirvədə bəslənən qarmış.
Kim deyir, bir dəfə sevirmiş insan,
Sən demə hər dəfə sevmək olarmış.
Nüsrət Kəsəmənli
@seirqoxulum
Məhəbbət zirvədə bəslənən qarmış.
Kim deyir, bir dəfə sevirmiş insan,
Sən demə hər dəfə sevmək olarmış.
Nüsrət Kəsəmənli
@seirqoxulum
❤11👍6🕊3✍1
•Gəl ki bitir İçimdəki matəmi...
Mənim sənə deyiləsi sözüm var,
Gedişində, gəlişində gözüm var,
Elə bilmə danışmağa dözüm var,
Çarəsizlik danışdını, yar meni,
Gəl ki bitir içimdəki matəmi.
Yazaram şeirlər ləbinə sənin,
Sevinci verərəm, alaram qəmin,
Bircə bu sözümdən ol ki sən amin,
Öldürəcək bir gün intizar məni.
Gəl ki bitir içimdəki matəmi.
Gülüşün gülləri bimar edərdi,
Günəşin doğuşu sənə bənzərdi,
Ölsəm də ağlıma inan gəlməzdi.
Ağrımı alanım unudar məni,
Gəl ki bitir içimdəki matəmi
🖊Coşqun Həsənzadə
@seirqoxulum
Mənim sənə deyiləsi sözüm var,
Gedişində, gəlişində gözüm var,
Elə bilmə danışmağa dözüm var,
Çarəsizlik danışdını, yar meni,
Gəl ki bitir içimdəki matəmi.
Yazaram şeirlər ləbinə sənin,
Sevinci verərəm, alaram qəmin,
Bircə bu sözümdən ol ki sən amin,
Öldürəcək bir gün intizar məni.
Gəl ki bitir içimdəki matəmi.
Gülüşün gülləri bimar edərdi,
Günəşin doğuşu sənə bənzərdi,
Ölsəm də ağlıma inan gəlməzdi.
Ağrımı alanım unudar məni,
Gəl ki bitir içimdəki matəmi
🖊Coşqun Həsənzadə
@seirqoxulum
👍9❤4❤🔥1
Forwarded from İslamı Sevək 🕋
Qurani kərimdən ayə…📖✍️
“🌸🍃Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir.
ᴛᴇʟᴇɢʀᴀᴍ: İ S L A M I S E V Ə K
“🌸🍃Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir.
📖Ali İmran 14.
ᴛᴇʟᴇɢʀᴀᴍ: İ S L A M I S E V Ə K
🕊9👍3
Unudar fikirdə, xəyalda təkcə
Unudmaz ürəkdən sevən – sevəni
Mən özüm – özümə unut dedikcə,
Özümü unudub tapıram səni...
Bəxtiyar Vahbzadə
@seirqoxulum
Unudmaz ürəkdən sevən – sevəni
Mən özüm – özümə unut dedikcə,
Özümü unudub tapıram səni...
Bəxtiyar Vahbzadə
@seirqoxulum
❤19👍4😍1
Tale insana qarşı nə qədər qəddar olsa da, insan nə qədər tərk edilmiş və tənha olsa da, hər zaman, bəlkə də ona məlum olmayan, lakin qəlbinin harayına cavab vermək üçün açıq olan, onu sevən bir qəlb tapılar.
H.Lonqfello
@seirqoxulum
H.Lonqfello
@seirqoxulum
👍9❤5
Tez küsən sevgilim, indi hardasan?
Bu dəfə bu küslük çox çəkmədimi?
Biz axı küsəndə tez barışardıq,
Ayrılıq sənə də çox gəlmədimi?
Günəşim sən idin, sen də ki soldun...
Gündüzüm gecəyə qarışıb indi.
Bir biz barışa bilmədik əfsus,
Şeytanla mələk də barışıb indi.
Barışmaq istəsən qayıt, gəl geri
Mən də peşmanam, mən də, sevgilim.
Onsuz da hər şeyi özüm etmişəm. Yoxdur heç bir günah səndə, sevgilim.
Gələndə bir ovuc söz gətir mənə.
Və söz ver bir daha getməyəcəksən.
Adına söz qoşur yalandan hər kəs.
Sən axı xəyanət etməyəcəksən.
Coşqun Həsənzadə
@seirqoxulum
Bu dəfə bu küslük çox çəkmədimi?
Biz axı küsəndə tez barışardıq,
Ayrılıq sənə də çox gəlmədimi?
Günəşim sən idin, sen də ki soldun...
Gündüzüm gecəyə qarışıb indi.
Bir biz barışa bilmədik əfsus,
Şeytanla mələk də barışıb indi.
Barışmaq istəsən qayıt, gəl geri
Mən də peşmanam, mən də, sevgilim.
Onsuz da hər şeyi özüm etmişəm. Yoxdur heç bir günah səndə, sevgilim.
Gələndə bir ovuc söz gətir mənə.
Və söz ver bir daha getməyəcəksən.
Adına söz qoşur yalandan hər kəs.
Sən axı xəyanət etməyəcəksən.
Coşqun Həsənzadə
@seirqoxulum
❤16👍5