Dövlət İmtahan Mərkəzi
✔
45.9K subscribers
1.42K photos
133 videos
814 links
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Download Telegram
Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu yanvarın 13-dən başlayıb və 27 yanvar saat 23:59-dək davam edəcək.

21 yanvar saat 09:30-a olan məlumata əsasən 7902 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 7143; rus bölməsi - 759).

Qeyd edək ki, imtahan 2025-ci il fevralın 16-da keçiriləcək.
Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün sənəd qəbulu bu gün saat 23:59-dək davam edəcək.

İmtahanda iştirak etmək istəyənlər qeyd olunan vaxta kimi saytımıza daxil olub qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, imtahan 2025-ci il fevralın 16-da keçiriləcək. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni imtahana 4-5 gün qalmış çap edə biləcəklər.
Dövlət İmtahan Mərkəzi ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı, ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi və tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışlarını nəşr edib.

Bu jurnallarda fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri, qiymətləndirmə meyarları və balların hesablanma qaydası dərc edilib.

Jurnallarda həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, www.abiturient.az saytında müvafiq audiofayllar yerləşdirilib. Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib dinləməklə jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.

Jurnalları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Dövlət İmtahan Mərkəzi tərəfindən 9 mart 2025-ci il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.

İmtahanlar iki növbə olmaqla elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq.

BB vəzifə qruplarına uyğun imtahan saat 11:00-da, AB, AC və BA vəzifə qruplarına uyğun imtahan isə saat 16:00-da başlanır.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 2025-ci il 5 fevral saat 15:00-dan 25 fevral saat 15:00-dək aparılacaq.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə şagirdlərin qəbulu elan edilir. Ətraflı: https://shorturl.at/IinQc
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) 16 fevral 2025-ci il tarixində keçiriləcək.
Bakalavrlar “İmtahana buraxılış vərəqəsi” və "Yaddaş kitabçası"nı çap etmək üçün aşağıdakı linkə daxil olmalıdırlar.

https://shorturl.at/qUAtS

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.
Dövlət İmtahan Mərkəzi martın 16-da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.

Bu imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üzrə keçiriləcək yeganə sınaq imtahanıdır. İmtahanın məzmunu və təşkilati forması qəbul imtahanlarının modelinə tam uyğundur. Dövlət İmtahan Mərkəzi digər özəl qurumların keçirdikləri sınaq imtahanlarının məzmunu və təşkilinə cavadehlik daşımır və abituriyentlərə yalnız Mərkəzin rəsmi sınaq imtahanında iştirak etmələrini tövsiyə edirik.

Sınaq imtahanına qeydiyyat 26 fevral saat 23:59-dək aparılacaq.

Ətraflı məlumat və qeydiyyat üçün https://shorturl.at/RpUCa linkinə daxil ola bilərsiniz.
https://shorturl.at/hLm5e linkinə daxil olub qrafiklə tanış ola bilərsiniz.
Dövlət İmtahan Mərkəzi 16 fevral 2025-ci il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) keçirəcək.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

- “İmtahana buraxılış vərəqəsi”ni.

Ətraflı məlumat üçün https://shorturl.at/cvNN5 linkinə daxil ola bilərsiniz. İmtahanda iştirak edəcək şəxslərə linkə daxil olub xəbərlə tanış olmağı tövsiyə edirik.

Bütün iştirakçılara uğurlar arzu edirik!
https://shorturl.at/748XQ linkinə daxil olub cavablarla tanış ola bilərsiniz.

Test tapşırıqlarının izahları isə gün ərzində DİM-in internet saytına yerləşdiriləcək.

Xatırladaq ki, imtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.
Magistraturaya qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının izahı

https://shorturl.at/yqYEs
Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələr saytımıza da yerləşdirilib.

https://eservices.dim.gov.az/2025/netmag1/
Media is too big
VIEW IN TELEGRAM
“Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq olunma qaydası
#dövlətimtahanmərkəzi #dim #dimgovaz #bakalavriat #kollec #qeydiyyat
Media is too big
VIEW IN TELEGRAM
“Abituriyent” verilişinin növbəti qonağı Dövlət İmtahan Mərkəzinin İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentinin müdiri Nigar Hüseynovadır. O, ali təhsil müəssisələrinə və kolleclərə sənəd qəbulu ilə bağlı Mərkəzə daxil olan suallara aydınlıq gətirir.

Ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən şəxslərə videonu izləməyi tövsiyə edirik.

Qeyd edək ki, ali təhsil müəssisələrinə, həmçinin 9 və 11 illik təhsil bazasında kolleclərə sənəd qəbulu başlanıb və martın 5-dək davam edəcək.

#dövlətimtahanmərkəzi #dim #dimgovaz #bakalavriat #kollec #qeydiyyat #abituriyentverilişi
Məlum olduğu kimi, fevralın 20-də ali təhsil müəssisələrinə, həmçinin 9 və 11 illik təhsil bazasında kolleclərə sənəd qəbulu başlayıb. Hər il olduğu kimi bu il də Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərir. Abituriyentlər martın 5-dək “Abituriyentin elektron ərizəsi”nin doldurulması və təsdiqi üçün ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.

Məsləhət mərkəzləri Bakı şəhəri üzrə Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Avrasiya, Memarlıq və İnşaat, Texniki Universitet, Bakı Mühəndislik Universitetlərində, Sumqayıt şəhəri üzrə Sumqayıt Dövlət Universitetində, Gəncə şəhəri üzrə Azərbaycan Dövlət Aqrar Universitetində və Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə, Şəmkir regional bölmələrində həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərirlər.

Ünvanlarla tanış olmaq üçün https://shorturl.at/5fGsR linkinə daxil ola bilərsiniz.
Media is too big
VIEW IN TELEGRAM
"Şəxsi kabinet"in yaradılma qaydası ilə bağlı videotəlimat