Dövlət İmtahan Mərkəzi
✔
46K subscribers
1.42K photos
133 videos
813 links
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçmək üçün video təlimat
#dövlətimtahanmərkəzi #dim #dimgovaz #qəbul #imtahan #qeydiyyat #qabiliyyətimtahanı
DİM doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul, iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak etmələri üçün qeydiyyat elan edib.

Ətraflı məlumat və qeydiyyat üçün saytımıza daxil ola bilərsiniz.

#dövlətimtahanmərkəzi #dim #dimgovaz #qəbul #imtahan #qeydiyyat #doktorantura #dissertantura
İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu mayın 15-dən başlayıb və 25 may saat 23:59-dək davam edəcək.

İmtahan 2023-cü il iyunun 11-də keçiriləcək.

#dövlətimtahanmərkəzi #dim #dimgovaz #qəbul #imtahan #qeydiyyat #magistratura
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

#dövlətimtahanmərkəzi #dim #dimgovaz #qəbul #imtahan #bakalavriat #buraxılışvərəqəsi
Namizədlərin doktoranturaya xarici dillər üzrə qəbul imtahanı, həmçinin doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanında iştirak etmələri üçün qeydiyyatı bu gün saat 23:59-dək davam edəcək.

Xatırladaq ki, xarici dillər üzrə qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanı 2023-cü il iyunun 11-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının iyunun 12-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə iyunun 16-dan etibarən bir neçə gün ərzində keçirilməsi planlaşdırılır.

#dövlətimtahanmərkəzi #dim #dimgovaz #qəbul #imtahan #qeydiyyat #doktorantura #dissertantura
Məlum olduğu kimi, ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin və subbakalavrların ixtisas seçimi 16-28 avqust tarixlərində internet vasitəsilə aparılacaq. Abituriyentlər və subbakalavrlar elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiqi üçün ödənişsiz fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzlərinə də müraciət edə bilərlər.

Məsləhət mərkəzləri Qərbi Kaspi, Azərbaycan, Bakı Avrasiya, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat, Azərbaycan Dövlət Aqrar Universitetində, Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərirlər.

#dövlətimtahanmərkəzi #dim #dimgovaz #qəbul #qeydiyyat #müsabiqə #ixtisasseçimi
Bildiyiniz kimi, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi 28 avqust tarixinə kimi internet vasitəsilə aparılacaq.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin “Youtube” kanalı vasitəsilə I, IV və V ixtisas qrupları üzrə ixtisas seçimi edəcək abituriyentlərə statistik məlumatlar əsasında diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək.

Canlı yayım 18 avqust saat 11:00-da təşkil olunacaq. Mövzu ilə bağlı suallarınızı canlı yayım zamanı şərh bölməsinə yaza bilərsiniz.
Qeyd edək ki, I, IV və V qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar da nəşr olunub.

#dövlətimtahanmərkəzi #dim #dimgovaz #müsabiqə #bakalavriat #ixtisasseçimi
✅2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış ola bilərsiniz.

➡️https://dim.gov.az/news/11864/

#dövlətimtahanmərkəzi #dim #dimgovaz #imtahan #qəbul #abituriyent
İmtahanlarda iştirak etmək üçün qeydiyyat 2023-cü il noyabrın 20-dək internet vasitəsilə aparılacaq.

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı 2023-cü il dekabrın 10-da, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının isə dekabrın 11-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə 2023-cü il 16-17 dekabr tarixlərində keçirilməsi planlaşdırılır.

#dövlətimtahanmərkəzi #dim #dimgovaz #imtahan #qeydiyyat #doktorantura
Media is too big
VIEW IN TELEGRAM
Magistraturaya qəbul üzrə müsabiqə şərtlərində dəyişiklik edilməsi nəzərdə tutulmur.

#dövlətimtahanmərkəzi #dim #dimgovaz #imtahan #magistratura
Xeyr, buraxılış imtahanında iştirak etmək üçün şagirdin özünün qeydiyyatdan keçməsi tələb olunmur. Məlumatlar məktəb tərəfindən “Şagird-məzun” sisteminə daxil olunur. Şagirdlər imtahana bir neçə gün qalmış buraxılış vərəqəsini çap etməli və elan olunan vaxtda imtahanda iştirak etməlidirlər. Buraxılış vərəqəsi məktəb tərəfindən də çap olunub şagirdə təqdim oluna bilər.
#dövlətimtahanmərkəzi #dim #dimgovaz #imtahan #buraxılışimtahanı
Media is too big
VIEW IN TELEGRAM
DİM-in elektron imtahanlar korpusunda "Yüksəliş" müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi keçirilir.

#dimgovaz #dim #dövlətimtahanmərkəzi #elektronimtahanlarkorpusu #Yüksəliş2024 #YüksəlişMüsabiqəsi
Media is too big
VIEW IN TELEGRAM
“Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq olunma qaydası
#dövlətimtahanmərkəzi #dim #dimgovaz #bakalavriat #kollec #qeydiyyat
Media is too big
VIEW IN TELEGRAM
“Abituriyent” verilişinin növbəti qonağı Dövlət İmtahan Mərkəzinin İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentinin müdiri Nigar Hüseynovadır. O, ali təhsil müəssisələrinə və kolleclərə sənəd qəbulu ilə bağlı Mərkəzə daxil olan suallara aydınlıq gətirir.

Ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən şəxslərə videonu izləməyi tövsiyə edirik.

Qeyd edək ki, ali təhsil müəssisələrinə, həmçinin 9 və 11 illik təhsil bazasında kolleclərə sənəd qəbulu başlanıb və martın 5-dək davam edəcək.

#dövlətimtahanmərkəzi #dim #dimgovaz #bakalavriat #kollec #qeydiyyat #abituriyentverilişi
Media is too big
VIEW IN TELEGRAM
DİM-in informasiya sistemlərində məlumatları yetərli olmayan abituriyentlərin elektron ərizələrinin təsdiq olunması, Sənəd Qəbulu Komissiyalarının ünvanları və tələb olunan sənədlər

Qeyd edək ki, ali təhsil müəssisələrinə, həmçinin 9 və 11 illik təhsil bazasında kolleclərə sənəd qəbulu martın 5-dək davam edəcək.

#dimgovaz #dövlətimtahanmərkəzi #dim #imtahan #qeydiyyat #abituriyent #kollec #bakalavriat
Media is too big
VIEW IN TELEGRAM
DİM-in 10 illik yubileyinə həsr olunmuş konfrans öncəsi praktik məşğələlər (Pre-Conference Workshops) keçirilib.

Vörkşoplar Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən keçirilib. Məşğələlərdə öncədən qeydiyyat keçmiş 100-dən artıq mütəxəssis iştirak edib.

#DİM10İL #DövlətİmtahanMərkəzi #DİM #dimgovaz #stateexamcenter #stateexamcenter10year