DİM tərəfindən 2023-cü il noyabrın 12-də peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahanın I mərhələsi keçiriləcək.
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Namizədlər 1 noyabr saat 18:00-dək DİM-in rəsmi internet səhifəsinə daxil olub istədikləri şəhəri seçməklə qeydiyyatdan keçə bilərlər.
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Namizədlər 1 noyabr saat 18:00-dək DİM-in rəsmi internet səhifəsinə daxil olub istədikləri şəhəri seçməklə qeydiyyatdan keçə bilərlər.
İnzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin 2023-cü il noyabr ayında keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat 12 oktyabr 2023-cü il saat 12:00-dan 9 noyabr 2023-cü il saat 12:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 50 yer ayrılıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA qrupları üzrə 12 noyabr saat 10:00-da kompüter vasitəsilə, BB qrupu üzrə isə saat 11:00-da kağız daşıyıcılar vasitəsilə keçiriləcək. Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında BB qrupu üzrə 1 noyabr saat 12:00-dək, AB, AC, BA qrupları üzrə isə 9 noyabr saat 12:00-dək həyata keçiriləcək.

Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün müsabiqə elan edir. Müsabiqə iki mərhələdən – test imtahanı və söhbətdən ibarətdir. Vakant vəzifələrin tələblərinə cavab verən, ali təhsilə malik olan, müsabiqənin test imtahanı mərhələsində iştirak etmək arzusu olan namizədlərin qeydiyyatı 2023-cü il noyabr ayının 24-dək aparılacaqdır.
Ətraflı məlumat və qeydiyyat üçün saytımıza daxil ola bilərsiniz.
Ətraflı məlumat və qeydiyyat üçün saytımıza daxil ola bilərsiniz.
2023/2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
➡️ https://dim.gov.az/news/12014/
➡️ https://dim.gov.az/news/12014/
Media is too big
VIEW IN TELEGRAM
İlk Prezident təqaüdçüləri haqqında film
Filmdə Heydər Əliyevin 2001 və 2002-ci illərdə Prezident təqaüdünə layiq görülən tələbələrlə görüşü zamanı söylədiyi müdrik kəlamlar, eləcə də İlk Prezident təqaüdçülərinin həmin görüşlə bağlı müsahibələrindən fraqmentlər əks olunub.
#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Tədbirlər Planı”na uyğun olaraq 20 oktyabr tarixində Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Prezident Təqaüdçüləri: gələcəyə ünvanlanan strategiya” mövzusunda keçirilmiş tədbirin qısa video xülasəsi
Tədbirin videoyazısı ilə DİM-in “Youtube” kanalında tanış ola bilərsiniz.
www.youtube.com/stateexamcenter
#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi
Tədbirin videoyazısı ilə DİM-in “Youtube” kanalında tanış ola bilərsiniz.
www.youtube.com/stateexamcenter
#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi
✅️ CAVAB: 2024-cü ildə keçiriləcək 9 və 11-ci siniflər üzrə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları sentyabr ayında Mərkəzin saytına yerləşdirilib.
⬇️ Aşağıdakı linklərə daxil olub proqramlarla tanış ola bilərsiniz.
Buraxılış imtahanı proqramı
➡️https://dim.gov.az/news/11834/
Qəbul imtahanı proqramı
➡️https://dim.gov.az/news/11864/
⬇️ Aşağıdakı linklərə daxil olub proqramlarla tanış ola bilərsiniz.
Buraxılış imtahanı proqramı
➡️https://dim.gov.az/news/11834/
Qəbul imtahanı proqramı
➡️https://dim.gov.az/news/11864/
İmtahanlarda iştirak etmək üçün qeydiyyat 2023-cü il noyabrın 20-dək internet vasitəsilə aparılacaq.
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı 2023-cü il dekabrın 10-da, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının isə dekabrın 11-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə 2023-cü il 16-17 dekabr tarixlərində keçirilməsi planlaşdırılır.
#dövlətimtahanmərkəzi #dim #dimgovaz #imtahan #qeydiyyat #doktorantura

Xeyr, hər hansı dəyişiklik olmayacaq. 2024-cü ildə ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında builki imtahan modeli (o cümlədən xarici dil fənləri üzrə) tətbiq ediləcək.
Qeyd edək ki, bu haqda sentyabr ayında ictimaiyyətə məlumat verilib və imtahan proqramları təqdim olunub.
Qeyd edək ki, bu haqda sentyabr ayında ictimaiyyətə məlumat verilib və imtahan proqramları təqdim olunub.
Dövlət İmtahan Mərkəzi tərəfindən 17 dekabr 2023-cü il tarixində dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB altqruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.
İmtahanda iştirak etmək üçün qeydiyyat 6 dekabr saat 11:00-dək aparılacaq. Bakıda namizədlər üçün 2500, Naxçıvanda isə 500 yer ayrılıb.
İmtahanda iştirak etmək üçün qeydiyyat 6 dekabr saat 11:00-dək aparılacaq. Bakıda namizədlər üçün 2500, Naxçıvanda isə 500 yer ayrılıb.
Məlumat verildiyi kimi, növbəti ildən etibarən magistraturaya qəbul imtahanında iştirak etmək istəyən bakalavrlara yazı bacarıqlarını yoxlayan tapşırıq da təqdim olunacaq. Bakalavrlar onlara təqdim edilən iki esse mövzusundan birini seçməklə həmin mövzu ətrafında yazı işini yerinə yetirəcəklər.
Qeyd edək ki, bakalavrlar yazı işini yerinə yetirib-yetirmədiyindən və ya yazı işi üzrə topladıqları baldan asılı olmayaraq, ümumi müsabiqə şərtlərini ödədikləri halda, ixtisaslaşma seçimində iştirak edə biləcəklər.
Xatırladaq ki, magistraturaya qəbul imtahanlarında 2024-cü ildən etibarən yazı bacarıqlarının yoxlanılacağı ilə bağlı məlumat hələ 2021-ci ilin sonlarında nəşr olunan “Magistr” 1 jurnalında, həmçinin sonrakı nəşrlərdə verilmişdir.

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 12 noyabr 2023-cü il tarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilib.
İmtahan iştirakçıları DİM-in internet saytında nəticələri ilə tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Şəxsi kabinet yaratmaq üçün ekabinet.dim.gov.az internet saytının qeydiyyat bölməsinə daxil olmaq lazımdır. Açılan səhifədə şəxsiyyəti təsdiq edən sənədin seriyası siyahıdan seçilir (yeni nəsil şəxsiyyət vəsiqəsi ilə şəxsi kabinet yaratmaq üçün istifadəçi şəxsiyyətini təsdiq edən sənədin seriyası yerinə − işarəsini seçməli və sənədin nömrəsi yerinə nömrə ilə yanaşı AA hərflərini də yazmalıdır), sənədin nömrəsi və FİN kodu müvafiq sahələrə daxil edilib "Şəxsi kabinet yarat" düyməsi basılır. Qeyd olunan məlumatlar düzgün daxil edilibsə, istifadəçinin ekranında onun soyadı, adı, atasının adı və digər məlumatları əks olunur. Bundan sonra müvafiq əlaqə məlumatları qeyd olunur və şəxsi kabinetə giriş üçün parol təyin olunur. Daha sonra qeyd olunan nömrəyə smslə göndərilən kod müvafiq sahəyə daxil olunur və kabinet yaradılır. Şəxsi kabinetə giriş üçün istifadəçi adı, yəni şəxsiyyət vəsiqəsinin FİN kodu və təyin olunmuş parol istifadə edilir.
Parolu unutmayın və onu kənar şəxslərə verməyin.
Parolu unutmayın və onu kənar şəxslərə verməyin.
Müşahidələr göstərir ki, bir çox şəxslər kabineti özləri yaratmır və bunun üçün başqalarına müraciət edirlər. Həmin şəxslər də kabinet yaradan zaman əlaqə məlumatları (telefon nömrəsi və e-mail ünvanı) hissəsinə öz məlumatlarını daxil edirlər. Bu isə gələcəkdə müəyyən problemlər yaradır. Belə ki, bəzi hallarda DİM tərəfindən imtahan iştirakçılarının şəxsi kabinetlərində olan əlaqə nömrəsinə sms vasitəsilə bildiriş göndərilir. Bildiriş şəxsi kabineti yaradan şəxsin nömrəsinə getdiyi üçün imtahan iştiraçısının bildiriş barədə məlumatı olmur. Bir sıra hallarda isə DİM tərəfindən imtahan iştirakçısı ilə əlaqə saxlamaq lazım olur. Ancaq şəxsi kabinetdə olan nömrənin sahibi həmin şəxsi tanımadığını bildirir.
Şəxsi kabinet yaradan şəxslərə tövsiyə edirik ki, kabinet yaradarkən özlərinə məxsus əlaqə vasitələrini qeyd etsinlər. Bu vaxta kimi şəxsi kabinet yaratmış və orada başqa şəxsə məxsus əlaqə məlumatları qeyd olunmuş şəxslərə də tövsiyə edirik ki, əlaqə vasitələrini dəyişsinlər.

Buraxılış və qəbul imtahanı modeli əsasında hazırlanmış onlayn sınaq imtahanları otk.az portalına yerləşdirilib. Portala daxil olub onlayn sınaq imtahanlarından istifadə edə bilərsiniz. Ətraflı məlumat almaq üçün portalda qeyd olunan əlaqə vasitələrindən yararlana bilərsiniz.
✅Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il 14 yanvar tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək.
📌İmtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər 2023-cü il 25 dekabr saat 14:30-dan 2024-cü il 7 yanvar saat 12:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
Ətraflı məlumat almaq və sınaq imtahanına qeydiyyatdan keçmək üçün link:
➡️https://dim.gov.az/news/12507/