Dövlət İmtahan Mərkəzi
✔
45.9K subscribers
1.42K photos
133 videos
814 links
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Download Telegram
DİM bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı, həmçinin abituriyentlər üçün coğrafiya və informatika fənləri üzrə sınaq imtahanı keçirib.

Magistraturaya qəbul imtahanının nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.

Coğrafiya və informatika fənləri üzrə imtahanın nəticəsi fevralın 18-də keçirilən sınaq imtahanının nəticələri ilə bir yerdə elan olunacaq.
İş nömrənizi smslə 7727-ə göndərməklə və ya saytımıza daxil olub nəticələrlə tanış ola bilərsiniz.
Media is too big
VIEW IN TELEGRAM
Xarici dil fənni üzrә fәlsәfә doktoru imtahanının strukturu necədir?
Verilmiş linkə daxil olub imtahan və qeydiyyat tarixləri ilə tanış ola bilərsiniz.

https://dim.gov.az/upload/iblock/0c8/0c8a6131833bf542cb66aa9098f7217c.pdf
Magistraturaya qəbul imtahanına qeydiyyat 28 mart – 8 aprel, rezidenturaya qəbul imtahanına qeydiyyat isə 1 – 11 aprel tarixlərində aparılacaq.

Digər imtahanların da tarixləri və qeydiyyat vaxtları barədə saytımızda və bu kanalda məlumat verilib.
IX və XI sinfi cari ildə bitirənlər buraxılış imtahanının nəticələri əsasında kolleclərin müsabiqəsində iştirak edirlər. Ancaq həmin abituriyentlər də qeyd olunan tarixlərdə elektron ərizələrini təsdiq etməlidirlər. 2023-cü ildə buraxılış imtahanından topladıqları bal əsasında kolleclərin müsabiqəsində iştirak etmək istəyənlər də qeyd olunan tarixlərdə qeydiyyatdan keçməlidirlər.

Digər imtahanların da tarixləri və qeydiyyat vaxtları barədə saytımızda və bu kanalda məlumat verilib.
İmtahan vermədən müvafiq ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavrlar 11 may – 31 iyul tarixlərində qeydiyyatdan keçməlidirlər. Ümumi qaydada imtahanlarda iştirak edərək ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar isə 1 – 15 mart tarixlərində qeydiyyatdan keçə bilərlər.
Media is too big
VIEW IN TELEGRAM
Xarici dil fənni üzrə fəlsəfə doktoru imtahanında vizual məlumatın təsviri və danışıq bloku üzrə cavabların qiymətləndirilmə meyarları
Dövlət İmtahan Mərkəzi tərəfindən 17 mart 2024-cü il tarixində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati rəhbər (A növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanları keçiriləcək.

İnzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat 14 mart saat 10:00-dək, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı BB qrupu üzrə 29 fevral saat 23:59-dək, AB, AC, BA qrupları üzrə isə 14 mart saat 10:00-dək həyata keçiriləcək.

Ətraflı məlumat və qeydiyyat üçün link https://dim.gov.az/news/12819/
Media is too big
VIEW IN TELEGRAM
Buraxılış imtahanı iştirakçılarının nəzərinə!
Media is too big
VIEW IN TELEGRAM
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin diqqət yetirməli olduqları məsələlər..
Xeyr, buraxılış imtahanında iştirak etmək üçün şagirdin özünün qeydiyyatdan keçməsi tələb olunmur. Məlumatlar məktəb tərəfindən “Şagird-məzun” sisteminə daxil olunur. Şagirdlər imtahana bir neçə gün qalmış buraxılış vərəqəsini çap etməli və elan olunan vaxtda imtahanda iştirak etməlidirlər. Buraxılış vərəqəsi məktəb tərəfindən də çap olunub şagirdə təqdim oluna bilər.
#dövlətimtahanmərkəzi #dim #dimgovaz #imtahan #buraxılışimtahanı
Buraxılış vərəqəsini çap etmək üçün https://dim.gov.az/news/12847/ linkinə daxil ola bilərsiniz. Buraxılış vərəqəsi məktəb tərəfindən də şagirdə təqdim oluna bilər.
Bəli, həm 9, həm də 11-ci sinif üzrə buraxılış (eləcə də əvvəlki illərin məzunları üçün qəbul) imtahanında imtahanın sonuna kimi qalan iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə veriləcək.
Media is too big
VIEW IN TELEGRAM
Mart ayından etibarən buraxılış imtahanlarının keçirilməsinə başlanılır. Şagirdlərin bilik və bacarıqları imtahan vaxtına qədər tədris olunan mövzular əsasında qiymətləndirilir.