Dövlət İmtahan Mərkəzi
✔
45.9K subscribers
1.42K photos
133 videos
814 links
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Download Telegram
DİM aprelin 21-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. 

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) 28 aprel 2024-cü il tarixində keçiriləcək.

Bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

Buraxılış vərəqəsini çap etmək üçün link https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=145
Dövlət İmtahan Mərkəzi tərəfindən 28 aprel 2024-cü il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək.

İmtahan respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 78 binada təşkil olunacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

- “İmtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.

Ətraflı məlumat üçün link https://dim.gov.az/news/13144/
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir.

Abituriyentlər 2024-cü il 6 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

26 aprel saat 09:15-ə olan məlumata əsasən I ixtisas qrupu üzrə 19671, II qrup üzrə 16904, III qrup üzrə 17093, IV qrup üzrə isə 4440 abituriyent elektron ərizəsini təsdiq edib.
✅️ Mayın 5-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə əvvəlki illərin məzunları üçün kolleclərə qəbul imtahanı, kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli xarici dil və tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart və aprel aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı və buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş əvvəlki illərin IX sinif məzunları üçün imtahan keçiriləcək.

➡️ Qeyd olunan imtahanlarda iştirak edəcək şəxslər https://dim.gov.az/news/13158/ linkinə daxil olub buraxılış vərəqəsini çap edə bilərlər.

❗️İmtahanlar saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İmtahan iştirakçılarının nəzərinə çatdırmaq istəyirik ki, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 5-də və daha sonrakı tarixlərdə (dövlət qulluğu ilə bağlı 12 mayda olan imtahanlar istisna olmaqla), eləcə də iyun, iyul və avqust aylarında keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq.

İştirakçılar nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar.

Bundan əlavə, kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də, imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Hər hansı bir imtahan üçün buraxılış vərəqələri imtahandan 5-7 gün öncə DİM-in saytına yerləşdirilir.
Nəticələr saytımıza yerləşdirilib. Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Nəticələr saytımıza yerləşdirilib. Bakalavrlar imtahan nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanı verəcək abituriyentlər 6 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatır.

Abituriyentlər bu gün 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

6 may saat 09:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 29230, II qrup üzrə 23163, III qrup üzrə 24499, IV qrup üzrə isə 5804 abituriyent elektron ərizəsini təsdiq edib.
Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna mediatur təşkil olunub.

Ətraflı məlumat üçün https://dim.gov.az/news/13274/ linkinə daxil ola bilərsiniz.
Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı 19 may saat 23:59-dək internet vasitəsilə aparılır.

Ətraflı məlumat və qeydiyyat üçün link https://dim.gov.az/news/13281/
Dövlət İmtahan Mərkəzinin əməkdaşları Xanlar Xanlarzadə və Röyal Qulusoy ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Böyük Qafqaz dağ silsiləsinin Qızılqaya massivində yerləşən Heydər Əliyev zirvəsinə yürüş ediblər.

İştirakçılar təcrübəli bələdçilərin müşayiəti ilə zirvə düşərgəsindən start götürərək çətin relyefə malik daşlıq ərazidən keçməklə saat 07:04-də dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsinə qalxıblar.

Zirvədə ulu öndərin xatirəsi ehtiramla yad edilərək ümummilli liderin barelyefinin qarşısında Azərbaycanın Dövlət Bayrağı, üzərində “Heydər Əliyev – 101” və Dövlət İmtahan Mərkəzinin loqosu əks olunmuş plakat ucaldılıb.
Elektron ərizələrin qəbulu 31 iyul 2024-cü il tarixinədək internet vasitəsilə aparılır.

Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar 28 may saat 23:59-dək ərizələrini təsdiq etməlidirlər. Çünki qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat yaxın vaxtlarda başlayacaq və mayın 28-dək davam edəcək. Subbakalavrlar qeyd olunan tarixədək müvafiq komissiya üzrə də qeydiyyatdan keçib qabiliyyət imtahanında iştirak etməlidirlər.

Ətraflı məlumat və qeydiyyat üçün https://dim.gov.az/news/13289/ linkinə daxil ola bilərsiniz.
Nəticələr saytımıza yerləşdirilib. İştirakçılar imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.