Dövlət İmtahan Mərkəzi
✔
46K subscribers
1.42K photos
133 videos
813 links
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Download Telegram
İxtisas seçimi 28 sentyabr saat 23:59-dək in­ter­net vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituri­yentlər qəbul olmaq istədikləri ixtisasları seçib on­ların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Ətraflı: https://shorturl.at/Zx9tG
2026-cı ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış ola bilərsiniz.

https://shorturl.at/sjF3h
Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Nəticələr saytımıza da yerləşdirilib.
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Namizədlər 7 oktyabr saat 10:00-dan 22 oktyabr saat 10:00-dək DİM-in internet səhifəsinə daxil olub qeydiyyatdan keçə bilərlər.

İmtahanda iştirak etmək istəyən namizədlər aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
2. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

Ətraflı: https://shorturl.at/ir223
“Könüllülər layihəsi”nin məqsədi gənclərin peşəkar vərdişlərinin formalaşmasına dəstək vermək, onları Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış etmək və gələcəkdə karyera planlamasında təkan verməkdir.

Layihənin müddəti 3 aydır.

Layihədə iştirak etmək üçün 16 – 25 yaşlı, ali və ya orta ixtisas təhsili olan və ya hazırda təhsil alan Azərbaycan vətəndaşları qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki: https://portal.dim.gov.az/volunteer/

Layihədə iştirak etmək üçün qeydiyyat 10 oktyabr – 1 noyabr 2025-ci il tarixləri arasında aparılacaq. Hər bir mərhələ haqqında ətraflı məlumat Mərkəzin saytı və sosial şəbəkə hesabları vasitəsilə təqdim olunacaq.
Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi üzrə imtahana qeydiyyat elan edilib.

İmtahan 23 noyabr 2025-ci il tarixində Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Namizədlər 23 oktyabr saat 18:00-dan 12 noyabr saat 11:00-dək DİM-in rəsmi internet səhifəsinə daxil olub istədikləri şəhəri seçməklə qeydiyyatdan keçə bilərlər.
İmtahanın I mərhələsi - muhasibat uçotu üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda göstərilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

Ətraflı məlumat və qeydiyyat üçün https://shorturl.at/MDrHN linkinə daxil ola bilərsiniz.
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi sentyabr ayından etibarən şagirdlər, abituriyentlər, müəllimlər və ümumiyyətlə, qəbul kampaniyasının gedişi ilə maraqlananlar üçün yeni layihəyə start verib. Belə ki, Dövlət İmtahan Mərkəzində ayda bir dəfə olmaqla Mərkəzin rəhbərliyinin iştirakı ilə aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələr təşkil edilir.

Növbəti görüş 31 oktyabr saat 15:00-da DİM-in elektron imtahanlar korpusunda olacaq və “Peşə istiqamətinin müəyyən edilməsi”nə həsr olunacaq.

Görüşdə şagirdlər, abituriyentlər və onların valideynləri, həmçinin təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak edərək peşə və ixtisas seçimi ilə bağlı suallarını Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri və mütəxəssislərinə verə bilərlər.

Ətraflı: https://shorturl.at/bYLV2
Dövlət İmtahan Mərkəzi 2025-ci il noyabrın 10-dək doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edir.

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı 2025-ci il noyabrın 23-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının isə dekabrın 1-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə 24 noyabr 2025-ci il tarixində keçirilməsi planlaşdırılır.

Ətraflı: https://shorturl.at/ppHbR
Görüş 31 oktyabr saat 15:00-da DİM-in elektron imtahanlar korpusunda olacaq və “Peşə istiqamətinin müəyyən edilməsi”nə həsr olunacaq.

Görüşdə şagirdlər, abituriyentlər və onların valideynləri, həmçinin təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak edərək peşə və ixtisas seçimi ilə bağlı suallarını Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri və mütəxəssislərinə verə bilərlər.

Görüşdən sonra şagirdlər və abituriyentlər peşə seçimi testləri və dərslik materialları əsasında bilik səviyyəsinin yoxlanılması üzrə testlərdən ödənişsiz formada yararlanmaq imkanına malik olacaqlar. Bunun üçün iştirakçılar qeydiyyat linkində müvafiq istəklərini əvvəlcədən seçməlidirlər.

Qeydiyyat üçün https://portal.dim.gov.az/gorush2025/ linkinə daxil ola bilərsiniz.
Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili, ingilis dili, rus dili və informatika fənlərindən hazırlıq kurslarına qeydiyyat başlanıb. Hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqoji yönlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və həmin istiqamətdə təhsilini davam etdirən magistrlər də iştirak edə bilərlər.
Qeydiyyat 1 fevral 2026-cı il saat 23:59-dək aparılır.

Ətraflı məlumat və qeydiyyat üçün https://shorturl.at/DW2TW linkinə daxil ola bilərsiniz.
Doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat davam edir.

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarında doktorantura və ya dissertanturada, həmçinin hərbi təhsil müəssisələrində adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar noyabrın 10-dək DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı 2025-ci il noyabrın 23-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının dekabrın 1-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə 24 noyabr 2025-ci il tarixində keçirilməsi planlaşdırılır.
Dövlət İmtahan Mərkəzi sentyabr ayından etibarən şagirdlər, abituriyentlər, müəllimlər və ümumiyyətlə, qəbul kampaniyasının gedişi ilə maraqlananlar üçün yeni layihəyə start verib. Belə ki, Mərkəzin rəhbərliyinin iştirakı ilə ayda bir dəfə olmaqla aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələr təşkil edilir. Bu görüşlərdə iştirakçıların sualları cavablandırılır, onların təklif və rəyləri dinlənilir.

Növbəti görüş 5 dekabr saat 14:00-da DİM-in elektron imtahanlar korpusunda olacaq və “Buraxılış və qəbul imtahanlarında ətraflı həll və ya cavab yazılması tələb olunan tapşırıqların yoxlanılması prosesi” mövzusuna həsr olunacaq.

Görüşdə şagirdlər, abituriyentlər və onların valideynləri, həmçinin təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak edərək mövzu ilə bağlı suallarını Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri və mütəxəssislərinə verə bilərlər.

Ətraflı: https://shorturl.at/LBsO8
✅ Şəxsi kabinet yaratdıqdan sonra onun şifrəsini unutmuş şəxslər ekabinet.dim.gov.az internet ünvanında “Giriş” bölməsinə daxil olub “Şifrəni unutmuşam” düyməsini sıxmaqla istifadəçi adını (şəxsiyyət vəsiqəsinin FİN kodunu) və qeydiyyat zamanı daxil etdiyi təsdiq olunmuş telefon nömrəsini müvafiq sahələrə daxil edirlər. Bundan sonra sistem tərəfindən istifadəçiyə kod göndərilir. İstifadəçi həmin kodu müvafiq sahəyə daxil edib şəxsi kabinetə giriş üçün yeni şifrə təyin edir. Qeydiyyatdan keçən zamanı telefon nömrəsini təsdiq etməyən şəxslər isə DİM-ə və ya onun regional bölmələrindən birinə gəlib şəxsiyyət vəsiqəsini təqdim edərək şifrəni bərpa edə bilərlər.
Sınaq nəticələrinin emalı artıq tamamlanıb və hər bir iştirakçının fərdi nəticəsi qeydiyyat zamanı təqdim etdiyi elektron poçt ünvanına göndərilib. İştirakçılar şəxsi hesablarına daxil olaraq nəticələri ilə tanış ola bilərlər.

Ətraflı: https://shorturl.at/ZkhIz
Bu alət aşağıdakı üç əsas istiqaməti əhatə edir:

1. Təfəkkür növləri üzrə test
2. Şəxsi xüsusiyyətlər testi
3. Peşə maraqları testi

Qeyd edək ki, bu testlər artıq Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.

Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir.

Tədbirdə iştirak etmək və testlərdən yararlanmaq üçün sadəcə qeydiyyat formasını doldurmağınız kifayətdir.
Qeydiyyat bu gün saat 11:00-da aktiv olacaq.

İmtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunacaq. Tarixlər barədə əlavə məlumat veriləcək.

Gələcəyinizi tanımaq və doğru peşə yolunu seçmək üçün ilk addımı bizim alətlə birlikdə atın!
DİM 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi" alətindən yararlanma imkanı təqdim edir.

“Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarını müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır.

Bu alət aşağıdakı üç əsas istiqaməti əhatə edir:
1. Təfəkkür növləri üzrə test
2. Şəxsi xüsusiyyətlər testi
3. Peşə maraqları testi
Qeyd edək ki, bu testlər artıq Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.
Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir.

İlk imtahan dekabrın 10-da DİM-in elektron imtahanlar korpusunda saat 10:00 və 14:00 olmaqla iki növbədə təşkil olunacaq. İştirak etmək üçün qeydiyyat 9 dekabr saat 18:00-dək davam edəcək.

https://exidmet.dim.gov.az/elimt/peshe
2026/2027-ci tədris ilindən etibarən Təsviri sənət istiqamətinin 14-cü komissiyasına aid dizayn ixtisasına qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanlarının nəticəsi balla deyil, məqbulla qiymətləndiriləcək. Qabiliyyət imtahanından məqbul almaq üçün abituriyentin (subbakalavrın) imtahan nəticəsi 10 ballıq şkala üzrə 6 bal və daha yuxarı olmalıdır. İxtisas üzrə müsabiqə abituriyentin V ixtisas qrupu üzrə qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi test balı əsasında aparılacaq.

Ətraflı: https://shorturl.at/Dlhht
Peşələrin zəngin və rəngarəng dünyasını yaxından tanımaq üçün hazırladığımız "Peşə seçimi" alətindən keçə bilərsiniz. Bu alət sizi öz maraqlarınıza, şəxsi xüsusiyyətlərinizə və bacarıqlarınıza uyğun peşə istiqamətlərinə yönləndirməyə kömək edəcək.

Qeydiyyat linki: https://exidmet.dim.gov.az/elimt/peshe
Dövlət İmtahan Mərkəzi 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi" alətindən yararlanmaq imkanı təqdim edir.

Qeyd edək ki, “Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarına uyğun peşələri müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır.
Bu alət aşağıdakı üç əsas istiqaməti əhatə edir:
1. Təfəkkür növləri üzrə test
2. Şəxsi xüsusiyyətlər testi
3. Peşə maraqları testi
Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına göndərilir.

İmtahan dekabrın 10-da DİM-in elektron imtahanlar korpusunda saat 10:00 və 14:00 olmaqla iki növbədə təşkil olunacaq.
Testdə iştirak etmək üçün qeydiyyat 9 dekabr saat 18:00-dək davam edəcək.

https://exidmet.dim.gov.az/elimt/peshe
 
Bu testlər artıq Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.