Dövlət İmtahan Mərkəzi
✔
46K subscribers
1.42K photos
133 videos
813 links
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Download Telegram
İmtahan prosesinin bütün mərhələlərində şəffaflığın və bərabərliyin təmin edilməsi məqsədilə sistemli və obyektiv nəzarət həyata keçirilir.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda vacib məqamlardan biri də imtahan prosesinin qaydalara uyğun, obyektiv və şəffaf şəkildə təşkil olunmasıdır. Bütün imtahan iştirakçılarının bərabər şərtlər altında imtahanlarda iştirakı, davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan iştirakçılarının bilikləri qiymətləndirilərkən ədalətli seçimin təmin edilməsinə yönəldilir.

Mərkəz imtahan iştirakçılarını maarifləndirmək, onları pozuntu hallarını törətməkdən çəkindirmək məqsədilə mütəmadi olaraq imtahanlardan dərhal sonra hər hansı qayda pozuntusu baş veribsə, bununla bağlı məlumat verir. Bundan əlavə, hüquqi məsuliyyət yaradan və qanunvericiliklə adekvat tədbirlər həyata keçirilən məlumatları ictimaiyyətin diqqətinə çatdırır.

Ətraflı: https://shorturl.at/aR4tw
Tam orta (11 illik) təhsil bazasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin rəngkarlıq (sahələr üzrə), qrafika üzrə texnik, teatr dekor sənəti, dekorativ – tətbiqi sənət (sahələr üzrə) və dizayn (sahələr üzrə) ixtisasları üzrə qabiliyyət imtahanı fənlərinin sayı azaldılıb. Qeyd olunan ixtisasların daxil olduğu 1601 kodlu qabiliyyət imtahanı komissiyası üzrə qeydiyyatdan keçmiş abituriyentlər 2026-cı ildə yalnız rəsm fənnindən imtahan verəcəklər.

Heykəltəraşlıq ixtisasının daxil olduğu 1701 kodlu qabiliyyət imtahanı komissiyası üzrə fənlərin sayında dəyişiklik olmayıb. Abituriyentlər tam orta (11 illik) təhsil bazasında heykəltəraşlıq ixtisasına daxil olmaq üçün rəsm və yapma fənlərindən qabiliyyət imtahanı verəcəklər.
Dövlət İmtahan Mərkəzi tərəfindən 18 yanvar 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək.

İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında təşkil olunacaq.

Sınaq imtahanında iştirak etmək istəyənlər 2025-ci il 24 dekabr saat 17:00-dan 2026-cı il 7 yanvar saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

Qeyd: Magistratura səviyyəsinə qəbul imtahanının (I cəhd) 2026-cı il fevral ayında keçirilməsi nəzərdə tutulur. Tarix müəyyən olunan kimi məlumat veriləcək.
İmtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Bakalavr 2026-cı il yanvarın 14-dən 26-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.
Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə qəbulu müddətində Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize) daxil olub, “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
Qəbul imtahanının (I cəhd) 2026-cı il fevralın 15-də keçirilməsi nəzərdə tutulur.
Daha ətraflı: https://shorturl.at/RQrMm
Dövlət İmtahan Mərkəzi 2026-cı il yanvarın 29-dək doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edir.

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı 2026-cı il fevralın 15-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının isə fevralın 16-da keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə 19 fevral 2026-cı il tarixində keçirilməsi planlaşdırılır.
Daha ətraflı məlumat və qeydiyyat linki: https://shorturl.at/7vBdr
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 9 və 15 mart tarixlərində keçiriləcək.

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 5, 12 və 26 aprel tarixlərində təşkil olunacaq.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) 18 fevral – 5 mart tarixlərində aparılacaq.
Daha ətraflı: https://shorturl.at/L6GvI
Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün sənəd qəbulu bu gün saat 23:59-dək davam edəcək.

26 yanvar saat 09:00-a olan məlumata əsasən, 20346 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 18542; rus bölməsi - 1804).

İmtahan 2026-cı il fevralın 15-də keçiriləcək. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni imtahana 4-5 gün qalmış çap edə biləcəklər.
Xeyr, buraxılış imtahanında iştirak etmək üçün şagirdin özünün qeydiyyatdan keçməsi tələb olunmur. Məlumatlar məktəb tərəfindən “Şagird-məzun” dövlət elektron informasiya sisteminə daxil olunur. Şagirdlər imtahana bir neçə gün qalmış DİM-in saytından buraxılış vərəqəsini çap etməli və elan olunan vaxtda imtahanda iştirak etməlidirlər. Buraxılış vərəqəsi məktəb tərəfindən də çap olunub şagirdə təqdim oluna bilər. Qeyd edək ki, hər hansı bir imtahan üçün buraxılış vərəqəsi yerləşdirilən kimi bu haqda saytımızda və sosial şəbəkə hesablarımızda məlumat verilir.
Media is too big
VIEW IN TELEGRAM
2027-ci ildən etibarən tam (11 illik) orta təhsil səviyyəsində təhsilalanların yekun attestasiyası zamanı xarici dil fənləri üzrə istifadə olunacaq imtahan modeli barədə məlumat
Dövlət İmtahan Mərkəzi 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi" alətindən yararlanmaq imkanı təqdim edir.

Fevralın 20-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda “Peşə seçimi” testi keçiriləcək. Xatırladaq ki, “Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarını müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır. Siz bu testlərdən keçməklə gələcək ixtisasınızı müəyyən edə bilərsiniz.

Bu alət aşağıdakı üç əsas istiqaməti əhatə edir:

1. Təfəkkür növləri üzrə test

2. Şəxsi xüsusiyyətlər testi

3. Peşə maraqları testi

Bu testlər Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.

Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir.

Testdə iştirak etmək üçün qeydiyyat 19 fevral saat 15:00-dək davam edəcək.

Gələcəyinizi qurmaq və doğru peşə yolunu seçmək üçün ilk addımı bizim alətlə birlikdə atın!
✅️ Dövlət İmtahan Mərkəzi 15 fevral 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) keçirəcək.

⏰️ İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

📑 Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

✅ Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

✅️ “İmtahana buraxılış vərəqəsi”ni.

📌 Ətraflı məlumat üçün https://shorturl.at/1NLkB linkinə daxil ola bilərsiniz.

📍İmtahanda iştirak edəcək şəxslərə linkə daxil olub xəbərlə tanış olmağı tövsiyə edirik.

Bütün iştirakçılara uğurlar arzu edirik!
Məlum olduğu kimi, 15 fevral tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən magistraturaya qəbul imtahanı keçiriləcək. İmtahandan sonra saat 15:00-da DİM-in “Youtube” kanalında canlı yayımda Mərkəzin məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Bakalavrlar suallarını canlı yayım zamanı müvafiq postun altına yaza bilərlər.

https://www.youtube.com/stateexamcenter