Dövlət İmtahan Mərkəzi
✔
45.4K subscribers
1.42K photos
134 videos
816 links
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Download Telegram
22 avqust saat 09:30-a olan məlumata əsasən 39110 ixtisas seçimi ərizəsi təsdiq edilib.

Abituriyentlərin (subbakalavrların) nəzərinə bir daha çatdırırıq ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.

https://dim.gov.az/news/9218/
24 avqust saat 09:30-a olan məlumata əsasən 49793 ixtisas seçimi ərizəsi təsdiq edilib.

Abituriyentlərin (subbakalavrların) nəzərinə bir daha çatdırırıq ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.
Namizədlər müsabiqədə iştirak etmək üçün 30 avqust saat 23:59‑dək eservices.dim.gov.az/erizerez/ixtisas1 internet səhifəsinə daxil olaraq ixtisas seçimi etməlidirlər.
İxtisas seçimi 28 avqust saat 23:59-dək davam edəcək.
⏰ İxtisas seçimi sabah səhər saat 9:00-dək davam edəcək.

✅ Müsabiqənin nəticələri 4-5 gün ərzində elan olunacaq.
✅ DİM “Abituriyent” jurnalının 5-ci nömrəsini və və “Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2021-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları”nı nəşr edib.

📢 Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 2-dən 7-dək aparılacaq.
Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında 1 sentyabr saat 17:00-dək davam edəcək.
Mötərizədə qeyd olunan rəqəmlər dövlət sifarişi əsasında qəbul sayıdır.

#dövlətimtahanmərkəzi #dim #dimgovaz #qəbul #bakalavriat #müsabiqə
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin (o cümlədən subbakalavrların) ixtisas seçimi 7 sentyabr saat 23:59-dək aparılacaq.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin (subbakalavrların) boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

Abituriyentlər (subbakalavrlar) elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər (subbakalavrlar) müsabiqəyə buraxılmayacaqlar.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin (o cümlədən subbakalavrların) ixtisas seçimi bu gün saat 23:59-dək aparılacaq.