✅ Dövlət İmtahan Mərkəzi tərəfindən 15 yanvar 2023-cü il tarixində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati rəhbər (A növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.
📍Ətraflı məlumat və qeydiyyat üçün link https://dim.gov.az/news/9906/
#dövlətimtahanmərkəzi #dim #dimgovaz #qəbul #dövlətqulluğu #imtahan

✅ Şəxsi kabinet yaratdıqdan sonra onun parolunu unutmuş şəxslər ekabinet.dim.gov.az saytında “Parolu unutmuşam” linkinə daxil olub istifadəçi adını (Şəxsiyyət vəsiqəsinin FİN kodunu) və qeydiyyat zamanı daxil etdiyi elektron poçt ünvanını və ya təsdiq olunmuş telefon nömrəsini müvafiq sahələrə daxil edirlər. Bundan sonra sistem tərəfindən istifadəçiyə kod göndərilir. İstifadəçi həmin kodu müvafiq sahəyə daxil edib şəxsi kabinetə giriş üçün yeni parol təyin edir.
Qeydiyyatdan keçən zaman elektron poçt ünvanı yazmayan və telefon nömrəsini təsdiq etməyən şəxslər isə şəxsiyyət vəsiqəsini gətirməklə DİM-ə və ya onun regional bölmələrindən birinə gəlib parolu əldə edə bilərlər.

✅ Sınaq imtahanı yanvarın 29-da keçiriləcək.
Qeydiyyat üçün link: https://eservices.dim.gov.az/sinaqmag/?frm=egov

Dövlət İmtahan Mərkəzi tərəfindən 12 fevral 2023-cü il tarixində dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB altqruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.
İmtahanda iştirak etmək üçün qeydiyyat 12 yanvar saat 11:00-dan 1 fevral saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb.
İmtahan yeri (binası) barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək "İmtahana buraxılış vərəqəsi"ndə qeyd olunacaq.
Qeydiyyat linki:
https://exidmet.dim.gov.az/dqq/ImtQeyd

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi fevralın 12-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi – I, II, III və IV ixtisas qrupları üzrə sınaq imtahanı keçirəcək.
Sınaq imtahanına qeydiyyat 29 yanvar saat 23:59-dək aparılacaq.
Sınaq imtahanında iştirak etmək üçün DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolu ilə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır.
İmtahan yeri (binası) barədə məlumat imtahandan bir həftə əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.
İmtahana qeydiyyat linki:
https://eservices.dim.gov.az/sinaqbak/?frm=egov

Xüsusi Məktəbin V sinfinə qəbul imtahanında 2023-cü il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan, fiziki cəhətdən sağlam Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
İmtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in saytında “Şəxsi kabinet” yaratmalı və pul hesabına 40 AZN əlavə etməlidirlər. Daha sonra 16 yanvar – 15 mart tarixlərində dim.gov.az saytının baş səhifəsində yerləşdirilən keçid vasitəsilə elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər.
Qəbul imtahanı 2 aprel 2023-cü il tarixində test üsulu ilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni imtahan gününə 5 gün qalmış DİM-in saytından əldə edə biləcəklər.
Əlavə məlumat almaq üçün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə müraciət edilə bilər.
Ünvan: Mərdəkan qəsəbəsi, Ramil Qasımov küçəsi 5.
Əlaqə telefonu: 012-554-92-44
İmtahana qeydiyyat linki: https://eservices.dim.gov.az/erizesxm/erize/

Buraxılış imtahanlarına hazırlaşan 9 və 11-ci sinif Azərbaycan bölməsinin şagirdləri “Sual kitabçaları”ından istifadə etməklə öz hazırlıq səviyyələrini yoxlaya bilərlər.
“Sual kitabçaları”nı (№1) şəhərin bütün kitab mağazalarından əldə etmək mümkündür.
Kitabçanı əldə edənlər “Cavab kartı”ndakı “QR” kodu mobil telefon vasitəsilə oxutmaqla otk.az portalında kitabçanın onlayn imtahan versiyasına ÖDƏNİŞSİZ keçid edib tapşırıqların cavablarını daxil etməklə nəticəni (toplanılan balı) öyrənə bilərlər. Kitabçanı əldə edə bilməyənlər otk.az portalında kitabçanın onlayn imtahan versiyasına da yazıla bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız orijinal sual kitabçalarından istifadə etdikdə kitabçanın onlayn versiyasına daxil olmaq və sual kitabçası üzrə nəticəni əldə etmək mümkündür. Kitabçaların qiyməti 5 manatdır.

Dövlət İmtahan Mərkəzinin e-psixoloq.az saytının mütəxəssisləri tərəfindən “Yetkin yaşlı şəxslərin imtahan prosesində həyəcanı” mövzusunda vebinar keçirilməsi nəzərdə tutulub.
Vebinarda yetkinlik yaşının xüsusiyyətləri, imtahanda emosional vəziyyətə təsir edə biləcək faktorlar, həyəcanla mübarizə texnikaları və tövsiyələr müzakirə olunacaq.
Bu görüş yetkinlik yaşına çatmış imtahan iştirakçıları üçün nəzərdə tutulub.
Vebinar 19 yanvar saat 17:00-da “Zoom” platforması vasitəsilə ödənişsiz keçiriləcək.
Vebinara qeydiyyat üçün keçid:
https://bit.ly/3kfRGil
Görüşün “Zoom” linki yanvarın 19-da qeydiyyatdan keçmiş şəxslərin elektron poçtuna göndəriləcək.

Magistratura səviyyəsi üzrə sınaq imtahanında iştirak edəcək bakalavrların nəzərinə!
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanında iştirak edəcək bakalavrlar dim.gov.az saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
Məlum olduğu kimi, sınaq imtahanı 2023-cü il yanvarın 29-da keçiriləcək.
Bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.
Qeyd: Bu sınaq imtahanında iştirakçılara sual kitabçalarını imtahanın sonunda özləri ilə aparmağa icazə veriləcək. Ancaq nəzərə almaq lazımdır ki, 19 fevral 2023-cü ildə keçiriləcək qəbul imtahanında sual kitabçaları sonda nəzarətçilərə təhvil verilməlidir.

DİM 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edir.
İmtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Bakalavr 2023-cü il yanvarın 24-dən fevralın 9-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan (şəxsi kabineti olmayanlar) sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.
Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 24 yanvar 2023‑cü il saat 10:00-dan 9 fevral saat 23.59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurub və təsdiq etməlidir.