Dövlət İmtahan Mərkəzi
✔
45.5K subscribers
1.42K photos
133 videos
816 links
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Download Telegram
Xüsusi Məktəbin V sinfinə qəbul imtahanında 2023-cü il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan, fiziki cəhətdən sağlam Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

İmtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in saytında “Şəxsi kabinet” yaratmalı və pul hesabına 40 AZN əlavə etməlidirlər. Daha sonra 16 yanvar – 15 mart tarixlərində dim.gov.az saytının baş səhifəsində yerləşdirilən keçid vasitəsilə elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər.

Qəbul imtahanı 2 aprel 2023-cü il tarixində test üsulu ilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni imtahan gününə 5 gün qalmış DİM-in saytından əldə edə biləcəklər.

Əlavə məlumat almaq üçün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə müraciət edilə bilər.

Ünvan: Mərdəkan qəsəbəsi, Ramil Qasımov küçəsi 5.

Əlaqə telefonu: 012-554-92-44

İmtahana qeydiyyat linki: https://eservices.dim.gov.az/erizesxm/erize/
Buraxılış imtahanlarına hazırlaşan 9 və 11-ci sinif Azərbaycan bölməsinin şagirdləri “Sual kitabçaları”ından istifadə etməklə öz hazırlıq səviyyələrini yoxlaya bilərlər.

“Sual kitabçaları”nı (№1) şəhərin bütün kitab mağazalarından əldə etmək mümkündür.

Kitabçanı əldə edənlər “Cavab kartı”ndakı “QR” kodu mobil telefon vasitəsilə oxutmaqla otk.az portalında kitabçanın onlayn imtahan versiyasına ÖDƏNİŞSİZ keçid edib tapşırıqların cavablarını daxil etməklə nəticəni (toplanılan balı) öyrənə bilərlər. Kitabçanı əldə edə bilməyənlər otk.az portalında kitabçanın onlayn imtahan versiyasına da yazıla bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız orijinal sual kitabçalarından istifadə etdikdə kitabçanın onlayn versiyasına daxil olmaq və sual kitabçası üzrə nəticəni əldə etmək mümkündür. Kitabçaların qiyməti 5 manatdır.
Dövlət İmtahan Mərkəzinin e-psixoloq.az saytının mütəxəssisləri tərəfindən “Yetkin yaşlı şəxslərin imtahan prosesində həyəcanı” mövzusunda vebinar keçirilməsi nəzərdə tutulub.

Vebinarda yetkinlik yaşının xüsusiyyətləri, imtahanda emosional vəziyyətə təsir edə biləcək faktorlar, həyəcanla mübarizə texnikaları və tövsiyələr müzakirə olunacaq.

Bu görüş yetkinlik yaşına çatmış imtahan iştirakçıları üçün nəzərdə tutulub.

Vebinar 19 yanvar saat 17:00-da “Zoom” platforması vasitəsilə ödənişsiz keçiriləcək.

Vebinara qeydiyyat üçün keçid:
https://bit.ly/3kfRGil

Görüşün “Zoom” linki yanvarın 19-da qeydiyyatdan keçmiş şəxslərin elektron poçtuna göndəriləcək.
Magistratura səviyyəsi üzrə sınaq imtahanında iştirak edəcək bakalavrların nəzərinə!

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanında iştirak edəcək bakalavrlar dim.gov.az saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Məlum olduğu kimi, sınaq imtahanı 2023-cü il yanvarın 29-da keçiriləcək.

Bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

Qeyd: Bu sınaq imtahanında iştirakçılara sual kitabçalarını imtahanın sonunda özləri ilə aparmağa icazə veriləcək. Ancaq nəzərə almaq lazımdır ki, 19 fevral 2023-cü ildə keçiriləcək qəbul imtahanında sual kitabçaları sonda nəzarətçilərə təhvil verilməlidir.
DİM 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edir.

İmtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Bakalavr 2023-cü il yanvarın 24-dən fevralın 9-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan (şəxsi kabineti olmayanlar) sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 24 yanvar 2023‑cü il saat 10:00-dan 9 fevral saat 23.59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurub və təsdiq etməlidir.
✅ Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu yanvarın 24-dən başlayıb və 9 fevral saat 23:59-dək davam edəcək.

📍İmtahan 2023-cü il fevralın 19-da keçiriləcək.
✅ Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib.

📍Kitabları "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

#dövlətimtahanmərkəzi #dim #dimgovaz #imtahan #jurnal #rezidentura
✅ Dövlət İmtahan Mərkəzinin e-psixoloq.az saytının mütəxəssisləri tərəfindən "Yeniyetmənin imtahan həyəcanı" mövzusunda vebinarın keçirilməsi nəzərdə tutulub. Vebinarda yeniyetmə yaşın xüsusiyyətləri, nəsillər fərqi, imtahanda emosional vəziyyətə təsir edə biləcək faktorlar, imtahan öncəsi və sonrası valideyn tərəfindən düzgün dəstək formaları haqqında danışılacaq. Bu görüş valideynlər üçün nəzərdə tutulub.

Vebinar Zoom platforması vasitəsilə ödənişsiz keçiriləcək.

Qeydiyyat linki: https://e-psixoloq.az/#banner
✅ Dövlət İmtahan Mərkəzi tərəfindən 12 fevral 2023-cü il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı keçiriləcək. Fevralın 19-da isə I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupı üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər müvafiq olaraq informatika və coğrafiyadan əlavə imtahan verəcəklər.

Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

➡️ https://eservices.dim.gov.az/brxv
Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki
İmtahan 2023-cü il fevralın 19-da keçiriləcək.

#dövlətimtahanmərkəzi #dim #dimgovaz #qəbul #imtahan #magistratura
Şagirdlərə iki və ya daha çox xarici dil tədris olunursa, həmin şagirdlər buraxılış imtahanında əsas xarici dil fənnindən imtahan verirlər. Ali təhsil müəssisələrinin və kolleclərin müsabiqəsi zamanı şagirdlərin həmin xarici dil fənnindən topladıqları bal nəzərə alınır.

Ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və XI sinfi cari ildə bitirən abituriyentlər istənilən digər xarici dil fənnindən əlavə imtahan vermək istəyərlərsə, həmin abituriyentlərə xarici dil fənnindən əlavə imtahan vermək imkanı da yaradılır. Həmin abituriyentlərin buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal təhsil sənədinə yazılır, xarici dil fənni üzrə əlavə verdikləri imtahandan topladıqları bal isə ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı nəzərə alınır.

Əlavə xarici dil fənnindən imtahan vermək istəyən abituriyentlər sənəd qəbulu zamanı öz elektron ərizəsində imtahan vermək istədiyi xarici dili seçirlər.

Əlavə xarici dil imtahanı 2 apreldə olacaq.
Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu yanvarın 24-dən başlayıb və bu gün saat 23:59-dək davam edəcək.

İmtahan 2023-cü il fevralın 19-da keçiriləcək.

#dövlətimtahanmərkəzi #dim #dimgovaz #qəbul #imtahan #magistratura
Buraxılış imtahanlarına hazırlaşan 9 və 11-ci sinif Azərbaycan və rus bölməsinin şagirdləri üçün yeni sınaq “Sual kitabçaları” dərc olunub.

“Sual kitabçaları”nı (№2) şəhərin bütün kitab mağazalarından əldə etmək mümkündür.

#dövlətimtahanmərkəzi #dim #dimgovaz #qəbul #imtahan #buraxılışimtahanı #sınaq #otk
Məlum olduğu kimi, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA‑nın magistraturalarına  qəbul imtahanı (I cəhd) 19 fevral 2023-cü il tarixində keçiriləcək.

Bakalavrlar saytımıza daxil olub buraxılış vərəqəsini çap edə bilərlər.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) müvafiq təlimatına əsasən keçən il orta məktəbi bitirən və cari il aprelin 30-dək 18 yaşı tamam olan oğlan abituriyentlərin (həmçinin bu il kolleci bitirən və ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən, lakin 18 yaşı cari il aprelin 30-dək tamam olan kollec məzunlarının) elektron ərziələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilməsi barədə məlumat SHXÇDX-nin elektron məlumat bazasında əks olunmalıdır.

18 yaşı bu il aprelin 30-dan sonra tamam olan oğlan abituriyentlər və subbakalavrlar isə özləri qeydiyyatdan keçərək qəbul imtahanlarında iştirak edə bilərlər. Onlardan hərbi xidmətə çağırışdan möhlətlə bağlı məlumat tələb olunmur.
✅ 2023-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan növbəti dövlət qulluğu, peşəkar mühasib sertifikatı və doktoranturaya qəbul imtahanlarının tarixləri elan olunub.

➡️ https://dim.gov.az/news/10356/
⏰ İmtahan saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

📝 İmtahan başa çatdıqda və ya iştirakçı tərəfindən yekunlaşdırıldıqda cavab kartı ilə yanaşı, sual kitabçası da nəzarətçiyə təhvil verilir.

❗Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:
✅ Şəxsiyyəti təsdiqləyən sənədin əslini;
✅ “İmtahana buraxılış vərəqəsi”ni.
Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.

Bütün iştirakçılara uğurlar arzu edirik!
#dövlətimtahanmərkəzi #dim #dimgovaz #qəbul #imtahan #magistratura