Dövlət İmtahan Mərkəzi
✔
45.5K subscribers
1.42K photos
133 videos
816 links
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Tədbirlər Planına uyğun olaraq, Dövlət İmtahan Mərkəzi Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “İlk Prezident təqaüdçüləri” layihəsini təqdim edir.

Layihə çərçivəsində 2001 və 2002-ci illərdə Prezident təqaüdünə layiq görülmüş şəxslərdən bəziləri ilə ünsiyyət saxlayıb onlardan ulu öndərimizlə keçirilən görüşü necə xatırladıqlarını, həmin görüşün təhsil və karyeralarındakı rolu, bir şəxsiyyət və dövlət xadimi kimi Heydər Əliyev haqqında düşüncələrini bildirməyi xahiş etmişik.

#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi
Media is too big
VIEW IN TELEGRAM
Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsi

Layihə çərçivəsində 2001 və 2002-ci illərdə Prezident təqaüdünə layiq görülmüş şəxslərdən bəziləri ilə ünsiyyət saxlayıb onlardan ulu öndərimizlə keçirilən görüşü necə xatırladıqlarını, həmin görüşün təhsil və karyeralarındakı rolu, bir şəxsiyyət və dövlət xadimi kimi Heydər Əliyev haqqında düşüncələrini bildirməyi xahiş etmişik.

Növbəti qonağımız həkim – kardioloq Aysel İslamlıdır.

#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi
✅ Şagirdlər https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov linkinə daxil olub buraxılış vərəqəsini çap edə bilərlər. Buraxılış vərəqəsi məktəb tərəfindən də çap olunub şagirdlərə təqdim oluna bilər.
Xocalı soyqırımı qurbanlarını dərin hüznlə yad edirik!

#JusticeforKhojaly
#XocalıyaƏdalət
#KhojalyGenocide
#26february1992
#dontforget
⌨ Hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.

📱Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Hər il olduğu kimi bu il də Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərir. Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlər martın 15-dək “Abituriyentin elektron ərizəsi”nin doldurulması və təsdiqi üçün ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.

Məsləhət mərkəzləri Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində, Bakı şəhəri üzrə isə Qərbi Kaspi, Azərbaycan, Bakı Avrasiya, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat Universitetində həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərirlər.
Əziz şagirdlər!

Məlumdur ki, tam (11 illik) orta və ümumi (9 illik) orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında hər fənn üzrə müəyyən sayda tapşırıq yazı işi (ətraflı həll və ya cavab yazılması tələb olunan) tapşırıqlarıdır. Qarşıdan gələn bu imtahanlarda daha rahat və effektiv nəticə əldə etməyinizə faydalı ola biləcək bir neçə tövsiyəni diqqətinizə çatdırırıq. Burada əvvəlcə imtahanda davranış qaydaları və imtahan sənədlərinə aid bir neçə tövsiyə qeyd edilib. Sonra isə konkret fənlər üzrə yazı işi tapşırıqlarını yerinə yetirərkən diqqət edilməli məqamlar yazılıb.

Tövsiyələrlə tanış olmaq üçün https://dim.gov.az/news/10494/ linkinə daxil ola bilərsiniz.

Hər birinizə uğurlar arzu edirik!

#dövlətimtahanmərkəzi #dim #dimgovaz #imtahan #buraxılışimtahanı
İmtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (ali və ya orta ixtisas təhsili alanlar istisna olmaqla) qəbul imtahanında (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdində) iştirakı ödənişsiz olur. Bu abituriyentlər “İnformatika”, “Coğrafiya” fənni üzrə əlavə imtahanda iştirak etdikləri halda ödəniş (10 AZN) edəcəklər.

Aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (ali və ya orta ixtisas təhsili alanlar istisna olmaqla) qəbul imtahanında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:
✅ Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

✅ şəhid ailəsinin üzvləri;

✅ valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

✅ məcburi köçkün statusu olan şəxslər;

✅ I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
XI sinif şagirdləri saytımıza daxil olub buraxılış vərəqəsini çap edə bilərlər. Buraxılış vərəqəsi məktəb tərəfindən də çap olunub şagirdlərə təqdim oluna bilər.
Media is too big
VIEW IN TELEGRAM
Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsi

Növbəti qonağımız süni intellekt üzrə mütəxəssis Rauf Fətullayevdir.
DİM martın 5-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulur.