Dövlət İmtahan Mərkəzi
✔
45.6K subscribers
1.42K photos
133 videos
816 links
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin şöbə müdiri Ruslan Fərəcovdur.
#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi
Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı 4 iyul saat 23:59-dək internet vasitəsilə aparılacaq.
Xarici İşlər Nazirliyi diplomatik xidmətə qəbulla bağlı müsabiqə elan edir.

Ətraflı: https://dim.gov.az/news/11264/
İmtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə saytımızda tanış ola bilərlər. 
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil nömrələri (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (maksimal olan 400 bal) 2 nəfər – Bakı şəhər 147 saylı Texniki-humanitar təmayüllü liseyin və Bakı şəhər 299 saylı orta məktəbin məzunları göstəriblər.
Dövlət İmtahan Mərkəzi tərəfindən 30 iyul 2023-cü il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçiriləcək.

Namizədlərin sınaq imtahanı üçün qeydiyyatı 21 iyul saat 18:00-dək saytımızda həyata keçiriləcək.
Media is too big
VIEW IN TELEGRAM
Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin birinci katibi İslam Quliyevdir.

#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi
İmtahanda iştirak etmək istəyən dövlət qulluqçuları DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA qrupları üzrə kompüter, BB qrupu üzrə isə kağız daşıyıcılar vasitəsilə 13 avqust tarixində keçiriləcək. İmtahanlar saat 10:00-da başlanır.

Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında BB qrupu üzrə 1 avqust saat 11:00-dək, AB, AC, BA qrupları üzrə isə 9 avqust saat 11:00-dək həyata keçiriləcək.
Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinləri və müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirəcək.

İmtahan 16 iyul 2023-cü il tarixində təşkil olunacaq.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında 24 iyun saat 15:00-dan 6 iyul saat 17:00-dək həyata keçirilir.

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri və test mərhələsi üzrə proqramla tanış ola və imtahanda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

https://exidmet.dim.gov.az/elimt/MusiqiTest/elan
Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 8-də III ixtisas qrupu, iyulun 9-da isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. İyulun 9-da III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək.

Abituriyentlər saytımızdan "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Dövlət İmtahan Mərkəzi tərəfindən 17 sentyabr 2023-cü il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün imtahan keçiriləcək.

Namizədlərin imtahana qeydiyyatı DİM-in saytı vasitəsilə 15 avqust saat 18:00‑dək həyata keçiriləcək.
Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatır.

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı bu gün saat 23:59-dək davam edəcək.

Namizədlər Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

4 iyul saat 14:00-a olan məlumata əsasən 926 namizəd (Azərbaycan bölməsi - 700; rus bölməsi - 226) imtahana yazılıb.

Məlumat üçün qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının 2-ci cəhdi iyulun 16-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə avqustun 13-də keçiriləcək.
İxtisaslaşma seçiminə magistraturaya 19 fevral və 11 iyun 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

Həmin bakalavrlar 2023-cü il iyulun 6-dan iyulun 13-dək (saat 23:59-dək) ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar. Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlər. Hər iki imtahan nəticəsi müsabiqə şərtini ödəyən bakalavrlar müsabiqədə iştirak etmək istədikləri imtahan nəticəsini seçə bilərlər.
⏰İmtahan saat 10:00‑da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

🗒Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Media is too big
VIEW IN TELEGRAM
Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı Səudiyyə Ərəbistanının STC (Saudi Telecom Company) şirkətində biznesin təhlili üzrə supervayzer Orxan Quliyevdir.

#HeydərƏliyev100 #HeydarAliyev100 #ilkprezidenttəqaüdçüləri #dövlətimtahanmərkəzi #ElmVəTəhsilNazirliyi
8 iyul 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin “Teleqram” kanalına (https://t.me/stateexamcenter), digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.

Növbəti qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, sənədlərlə (şəxsiyyət vəsiqəsinin əsli və buraxılış vərəqi) bağlı diqqətli olsunlar.

Bundan əlavə, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.