Ən Gözəl Dualar😍🤲🏻
18.4K subscribers
389 photos
96 videos
6 files
213 links
🌹İmam Əli (əleyhissəlam) buyurub:

“Əgər Allah bir şəxsə dua etmək nemətini əta edərsə, onu bu duasının cavabından məhrum etməz.”

📖Mənbə: Uddətud-Dai kitabı
Download Telegram
İMTAHANDA YAXŞI NƏTİCƏ ALMAQ ÜÇÜN TƏSİRLİ DUA

🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨

(Rabbi ədxilni mudxalə sidqin va əxricni muxracə sidqin vəc’al li min lədunkə sultanən nəsira.)

 “Ey Rəbbim! Məni daxil olacağım yerə yaxşılıqla daxil et; məni çıxacağım yerdən də yaxşılıqla çıxart. Öz tərəfindən mənə yardım edən bir dəlil ver”. (İsra, 17/80)
👍25❤6🥰1
YADDAŞIN ARTMASI ÜÇÜN SINANMIŞ DUA

🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹
"Əllahummərzuqni fəhmən-nəbiyyinə və hifzəl-mursəlinə və ilhaməl-məlaikətil-muqərrəbinə aminə ya Rəbbəl-aləmin."
👍30❤7
ZEHNİ GÜCLƏNDİRƏN BEŞ QİDA

✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹

Həzrət Peyğəmbər(s)-dan nəql olunmuşdur ki, beş şey zehni gücləndirir:

1) Şirniyat.
2) (Heyvanın) boynunun yaxınlığında yerləşən ət.
3) Mərci.
4) Soyuq çörək.
5) "Ayətəl-kürsi"ni oxumaq.
👍35❤12
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🤲🏻 Kumeyl duası

Allahım! Günahlarımı bağışlamaq, qəbahətlərimin üstünü örtmək, pis əməllərimi yaxşı əməllərlə əvəzləmək yalnız Sənin əlindədir. Səndən başqa ilah yoxdur! Sən bütün nöqsanlardan uzaqsan! Sənə həmd edirəm! Mən özümə zülm etdim. Məni heç vaxt kömksiz qoymadığını, lütf və ehsanını da kəsmədiyini düşünüb qəflətə düşdüm. Sənin əmrlərini pozub günah işlədim.
Allahım! Mövlam! İndiyə kimi neçə-neçə çirkin əməllərimin üstünü örtdün, neçə-neçə bəlaları sovuşdurdun, məni neçə-neçə xətalardan qorudun. Xoşagəlməz şeyləri məndən uzaqlaşdırdın. Layiq olmasam da, məni insanlara sevdirdin.
❤21👍6🥰1
✨ Təvəssül duasından

Ey Əbəlhəsən, ey möminlərin ağası, ey Əbu Talibin oğlu Əli! Ey Allahın Öz yaratdıqları üzərində höccət və dəlili! Ey bizim ağamız və mövlamız! Həqiqətən, biz sənə üz tutub, səni Allah dərgahında şəfaətçi seçir, sənin vasitənlə Allahın dərgahına üz tutur və hacətlərimizi sənə təqdim edirik. Ey Allah yanında uca məqam və hörmət sahibi! Allah yanında bizə şəfaətçi ol!
❤27👍4🥰2😍1
ℹXülasə:

Rəvayətdə deyilir ki, bir gün bir şəxs gəlir İmam Əlinin (ə) hüzuruna ki, ya Əli işimin çox olduğu üçün duaların hamısını oxuya bilmirəm. Nə edim?

İmam buyurdu: bütün duaların xülasəsini sənə deyirəm, hər səhər evdən çıxanda oxu, elə bil ki bütün duaları oxumuş kimisən.


1 الحمدلله علی کل نعمه
2 و اسئل لله من کل خیر
3 و استغفر الله من کل ذنب
4 واعوذ بالله من کل شر

1. Əlhəmdülillahi alə kulli ne'məh.
2. Və as'əluhu min kulli xeyr.
3. Və əstəğfürullah min kulli zənb.
4. Və əuzu billahi min kulli şərr.

Tərcüməsi:

1. Allaha həmd olsun bütün nemətlərinə görə.
2. Bütün xeyrləri Allahdan istəyirəm.
3. Bütün günahlardan istiğfar edirəm.
4. Bütün şərlərdən Allaha sığınıram.

Biharul-ənvar, c. 91, s. 242
❤22👍8🥰4
ℹӘziz Quran aşiqləri! Quran haqqında olan bəzi ümumi məsələləri əldə etmək istədikdə aşağıdakı verilmiş sualların cavabına diqqət yetirə bilərsiz.

41) Sual: Hansı surənin adı Üsuli-dinin birinin adı ilə bağlıdır?
Cavab: “Tohid” (əl-İxlas) surəsi. (112-ci surə).

42) Sual: Hansı surənin adı Fürui-dinin birinin adı ilə bağlıdır?
Cavab: “əl-Həcc” surəsi (22-ci surə).

43) Sual: O hansı surələrdir ki, onların ayələrinin sayı Məsum İmamların sayı qədərdir?
Cavab:
1) “ət-Təlaq” surəsi (65-ci surə).
2) “ət-Təhrim” surəsi (66-cı surə).

44) Sual: Həftənin günlərinin adı ilə bağlı olan surə hansıdır?
Cavab: “əl-Cumuə” surəsi (62-ci surə).

45) Sual: Fe hərfi olmayan surə hansıdır?
Cavab: “əl-Fatihə” surəsi (1-ci surə).

46) Sual: Alimin silahı adı ilə bağlı olan surə hansıdır?
Cavab: “Qələm” (Nun) surəsi (68-ci surə).

47) Sual: Bismillahir-Rəhmanir-Rəhim-siz surə hansıdır?
Cavab: “ət-Tovbə” surəsi (9-cu surə).

48) Sual: Quranın hansı surəsində iki dəfə “Bismillahir-Rəhmanir-Rəhim” cümləsi gəlmişdir?
Cavab: “ən-Nəml” surəsi (27-ci surə).

49) Sual: O hansı surədir ki, onda bir ayə 31 dəfə təkrar olunub?
Cavab: “ər-Rəhman” surəsi (55-ci surə).

50) Sual: Allahın sifətləri ilə adlanan surələr hansılardır?
Cavab:
1) “ən-Nur” surəsi (24-cü surə).
2) “Fatir” surəsi (35-ci surə).
3) “ər-Rəhman” surəsi (55-ci surə).
4) “əl-Әla” surəsi (87-ci surə).
👍17❤4🥰2
🌺HACƏT NAMAZI 🌺

Ayətullah Behcət öz tələbələrinə və yaxınlarına cümə axşamı günü qılınan bu namazı çox tövsiyə edər və buyurardı: “Ayətullah Seyyid Murtəza Kəşmiri nə zaman bu namazı qılardı, ona hədiyyə çatardı”.
Bu namazı qılmağın qaydası:

Dörd rükətli namazdır ki, iki rükət-iki rükət qılınar.

Birinci rükətdə “Həmd”dən sonra 11 dəfə “Tövhid” ("İxlas”) surəsini oxumaq.

İkinci rükətdə “Həmd”dən sonra 21 dəfə “Tövhid” ("İxlas”) surəsini oxumaq.

Üçüncü rükətdə “Həmd”dən sonra 31 dəfə “Tövhid” ("İxlas”) surəsini oxumaq.

Dördüncü rükətdə “Həmd”dən sonra 41 dəfə “Tövhid” ("İxlas”) surəsini oxumaq.

♻️Namazı bitirəndən sonra 51 dəfə “Tövhid” ("İxlas”) surəsini oxumaq və 51 dəfə salavat demək  lazımdır.

Sonra səcdəyə gedib, 100 dəfə “Ya Allah” demək. Sonra Allahdan hacəti istəmək.

Qeyd: Bütün müstəhəb namazlar 2 rükət 2 rükət qılınır .
👍14❤5
~Qəlbinizin halı yaxşı, gözəl qış gününüz uğurlu, ömrünüz Allahın ətri ilə dolub xoş keçsin İnşallah.

💛اللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ
"Allah yaxşı iş görənləri sevir".
☘️Ali İmran;134
❤33👍3
🏴20 Yanvar🏴
Qanlı Tarix🏴🥀


Unutmadıq,unutmarıq,unutdurmarıq!

Torpaq su ilə qarışanda, palçıq olur.
Qan ilə qarışanda vətən!

Allah Şəhidlərimizə rəhmət nəzərilə baxıb, Kərbəla şəhidlərilə məhşur etsin inşəAllah🤲🏻
🏴Cəmi Azərbaycan Xalqımıza dərin hüznlə başsalığı veririk🏴
😢12👍2
🔷Mübarək Rəcəb ayı🔷

23 Yanvar fəzilətli Rəcəb ayının biridir.

Hz.Əli (ə) bu ay haqda buyurur: “Rəcəb mənim ayım, Şəban Peyğəmbərin(s) ayı, Ramazan ayı isə Allah-taalanın ayıdır”.

Gözəl olar ki, insan bu aya yaxşı hazırlaşsın. Çünki bu ay Allah qonağlığına hazırlığın ilk ayıdır. Bu ay həmdə səfərə hazırlıq ayının birincisibdir.

Fəziləti haqqında: İmam Cəfər Sadiq (ə) buyurur: "Qiyamət günü nida edən ərşin bətnindən bir fəryad çəkər: Eynərracəbiyyun? (haradadır rəcəb ayının əhli?) Və insanlardan bir qrup ayağa qalxar və onlar işıqlıq və nuraniyyət verər. Bu insanların başlarının üzərinə dürr və yaqutla zinətlənmiş sultanlıq tacları qoyular. Onların hər birinin sağ tərəfində min mələk və sol tərəfində min mələk olar. Mələklər söyləyərlər: Ey Allahın bəndəsi! Xoş gəlmisən! Allahın sənə əta etdiyi sənin üzərinə mübarək olsun! Bu zaman Allah tərəfindən nida gələr: Ey mənim bəndələrim! İzzət və cəlalıma and olsun ki, sizin mübarək məqamınızı əziz tutacağam və sizə çoxlu sayda ətalar bəxş edəcəyəm və sizə behiştdə saraylar verəcəyəm ki, orada çaylar axır. Orada əbədi qalacaqsınız. Bu nə gözəl mükafatdır o kəslər üçün ki, dünyada qazanıblar. Siz ixtiyari halda Mənim xatirimə bu ayı uca tutduz və oruc tutdunuz. Məndə sizə "Cənnəti" verəcəm. Ey mənim mələklərim! bəndələrimi behiştə aparınız!".

🔹Rəcəb ayının əməlləri;🔹

1.Rəcəbin ilk gecəsi bu duanı oxumaq yaxşıdır: "Əllahummə barik ləna fi rəcəbin və şəbanə və bəlliğna şəhrə Rəməzan"


2.Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq müstəhəbdir və bu əməl günahların bağışlanmasına səbəb olar.

3.Rəcəb ayının əvvəlində, ortasında və axrınfa üç gün oruc tutmaq müstəhəbdir və günahların bağışlanmasına səbəb olar. Hər kəs bir gündə olsa belə tutsa, ayın fəzilətindən bəhrələnə bilər.

4.Rəcəb ayında tövbə və istiğfar etmək və təhlil (yəni "la ilahə illəllah") demək.

5.Rəcab ayının ilk cüməsinin gecəsi (yəni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə) "leylətul-rəğayib" adlanır. Bu gecəni ibadət və dualarla keçirmək zəruridir və bu neməti əldən buraxmayın.

6.1000 dəfə “La ilahə illəllah” demək.

7. Rəcəb ayının səhəri və axşamı 70 dəfə "Əstəğfirullahə və ətubu iləyh” demək və zikr qurtardıqdan sonra əlini göyə qaldırıb desin: “Əllahumməğfirli və tub ələyyə”

8.“İxlas” surəsini çox oxumaq.

9. 100 dəfə “Əstəğfirullahəlləzi la ilahə illa huvə, vəhdəhu la şərikə ləhu və ətubu iləyh” demək.

10. Rəcəbin 15-nin gecəsində 12 rükət namaz qılmaq. Namazın qaydası belədir: Niyyət 2-rükətli namaz kimi qılınır(Sübh namazı kimi); Hər rükətdə "Fatihə"dən sonra "İxlas", "Fələq", "Nəs" surələrini və "Ayətül-kursi"ni hər birini 1 dəfə, "Qədr" surəsini isə 4 dəfə oxumaq; Namazı bitirdikdən sonra 4 dəfə demək: "Əllahu Əllahu Rabbi la uşriku bihi şəyən, və la əttəxizu min dunihi vəliyyə".

11.Rəcəb ayının 15-də qüsl almaq, oruc tutmaq, İmam Hüseyni (ə) ziyarət etmək.
👍11❤6
MÜBARƏK RƏCƏB AYI🌛
Bu dua Rəcəb ayının bütün günlərində oxunur. Bu dua, İmam Zeynulabidindən(ə) nəql olunub ki, həzrət onu Hicri-İsmaildə bütün ay boyu oxuyardı:
Ey möhtacların istəklərinə sahib və ey sakit olanların sirlərini bilən, hər bir istəyi həmin anda eşidən və cavab verənsən! İlahi, Sənin vədlərinin hamısı doğru, nemətlərin çox və rəhmətin genişdir! İlahi, Səndən istəyirəm ki, Məhəmməd və onun Əhli-beytinə salam yetirəsən, mənim istəklərimi dünya və axirətdə verəsən. Çünki, Sən hər şeyə qadirsən!

🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃

✍🏻 Mənbə: "Məfatihul-cinan"

#Paylaşaq @subhanAllah_313
👍11❤3
🤲🏻 B Ü T Ü N İ Ş L Ə R Ü Ç Ü N D U A 🤲🏻

Ayətullah Kəşmiri belə deyib:

Rəcəb ayında 10000 dəfə Tövhid (İxlas) surəsini oxumaq bütün işlər üçün yaxşıdır. Təqribən hər günə 333 dəfə edir.

📚Mənbə: Ariflərin sınanmış zikrləri

©Dualar Aləmi

#Paylaşaq @SubhanAllah_313
❤11
#Qur'an ألقرآن Allah'ın kəlamıdır


┊⇣❀
❀ Quran'i Kərimin 36 -cı surəsi olan "Yəsin" (Yə sin), 83 ayədən ibarətdir, Məkkədə nazil olmuşdur.

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ


قُلْ يُحْيِيهَا ٱلَّذِىٓ أَنشَأَهَآ أَوَّلَ مَرَّةٍ ۖ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ [٣٦:٧٩
]

79. De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir.
❤27👍4🥰2
GÜNDƏLİK İŞLƏNƏN DUA ..

İmam Sadiq (ə) buyurmuşdur: Kim gündə 2⃣5⃣ dəfə

💢«ƏLLAHUMMƏĞFİR LİL MU'MİNİNƏ VƏL MU'MİNAT VƏL MUSLİMİNƏ VƏL MUSLİMAT»

desə Allah dünyadan getmiş və qiyamətədək olan mö'minlərin sayı qədər onun üçün savab yazar, günahından keçər və dərəcəsini yuxarı qaldırar..
👍21❤14❤‍🔥1
- İnsan fanidir unudar, Allah əsla 🕊
❤36👍2
"Xoşbəxt o qəlb'dir ki, hərdaim Allah'ı anır və zikr edir"

"Allah hər bir bəndəsinə hüzurunda ibadət etməyi nəsib etsin və imanımızı kamil etsin İn Şə Allah."❣️🕊
❤26👍2
‼️ Diqqət Diqqət ‼️

Bugün axşam şam azanından sonra rəcəb ayı daxil olur Allah bu ayı mübarək eləsin bizlərə❤️🌹
❤28👍2
💫 Rəcəb ayına saylı saatlar qaldı.

Rəcəb ayı gəlməzdən əvvəl, bu namazı qılaq!

İlahi övliyalar Rəcəb ayı gəlməmişdən əvvəl ona hazırlaşardılar. Bu aya daxil olmaq üçün bəzi ədəb qaydaları tövsiyə edilmişdir.
O cümlədən:
1. Tövbə.
2. Allahdan tövfiq istəmək.
3. Haqqun-nası əda etmək.
4. Qəlb kinini və xəstəliklərini aradan qaldırmaq.

Din alimlərimiz məsləhət görürlər ki, Rəcəb ayı daxil olmazdan əvvəl yaxşı olardı ki, mömin və möminələr tövbə namazını əda edərdilər. Ondan əvvəl “Kəsa” hədisini və ya “Aşura” ziyarətini oxuyardılar.
 
Əvvəl tövbə qüslü almaq lazımdır. Sonra dəstəmaz. Sonra bu aya məxsus olan xüsusi tövbə namazını qılmaq lazımdır.
Bu, 4-rükətli namazdır (2 ədəd 2-rükətli namaz). Hər rükətdə “Həmd”dən (Yə'ni “Fatihə”dən) sonra 3 “Tövhid” (“İxlas”), bir “Fələq” və bir “Nas” surəsi oxunur.
 
Birinci namazın qunutunda 70 dəfə istiğfar oxunur.
İkinci namazın qunutunda 300 dəfə “Əl-əfv” zikri deyilir.
 
Salamdan sonra səcdədə 70 dəfə “Əstəğfirullah” və 1 dəfə “Lə həulə va lə quvvatə illə billəh” zikri deyilir.
 
Bu namazın fəziləti barəsində deyilir ki, hər kim bu namazı qılarsa, tövbəsi qəbul olunar.
Günahları bağışlanar.
Namazqılan və ailəsi üçün bərəkət mənbəyi olar.
Qiyamət günü kiminsə ondan alacağı vardırsa, ondan razı qalar.
Dünyadan imanlı gedər.
Qəbir onun üçün geniş və nurani olar.
Ata və anası ondan razı olar.
Allah onları da bağışlayar.
Ruzisi artar.
Ölən zaman, Ölüm mələyi onunla mehriban olar. Canını asan şəkildə alar.
❤9👍2🥰2
☘️🕋Mübarək Rəcəb ayı

23 Yanvar fəzilətli Rəcəb ayının biridir.

Hz.Əli (ə) bu ay haqda buyurur: “Rəcəb mənim ayım, Şəban Peyğəmbərin(s) ayı, Ramazan ayı isə Allah-taalanın ayıdır”.

Gözəl olar ki, insan bu aya yaxşı hazırlaşsın. Çünki bu ay Allah qonağlığına hazırlığın ilk ayıdır. Bu ay həmdə səfərə hazırlıq ayının birincisibdir.

Fəziləti haqqında: İmam Cəfər Sadiq (ə) buyurur: "Qiyamət günü nida edən ərşin bətnindən bir fəryad çəkər: Eynərracəbiyyun? (haradadır rəcəb ayının əhli?) Və insanlardan bir qrup ayağa qalxar və onlar işıqlıq və nuraniyyət verər. Bu insanların başlarının üzərinə dürr və yaqutla zinətlənmiş sultanlıq tacları qoyular. Onların hər birinin sağ tərəfində min mələk və sol tərəfində min mələk olar. Mələklər söyləyərlər: Ey Allahın bəndəsi! Xoş gəlmisən! Allahın sənə əta etdiyi sənin üzərinə mübarək olsun! Bu zaman Allah tərəfindən nida gələr: Ey mənim bəndələrim! İzzət və cəlalıma and olsun ki, sizin mübarək məqamınızı əziz tutacağam və sizə çoxlu sayda ətalar bəxş edəcəyəm və sizə behiştdə saraylar verəcəyəm ki, orada çaylar axır. Orada əbədi qalacaqsınız. Bu nə gözəl mükafatdır o kəslər üçün ki, dünyada qazanıblar. Siz ixtiyari halda Mənim xatirimə bu ayı uca tutduz və oruc tutdunuz. Məndə sizə "Cənnəti" verəcəm. Ey mənim mələklərim! bəndələrimi behiştə aparınız!".

☘️ Rəcəb ayının əməlləri :

1📍.Rəcəbin ilk gecəsi bu duanı oxumaq yaxşıdır: "Əllahummə bərik ləna fi Racəbin və Şəbənə və bəlliğna şəhrə Raməzan"


2📍.Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq müstəhəbdir və bu əməl günahların bağışlanmasına səbəb olar.

3📍Rəcəb ayının əvvəlində, ortasında və axrınfa üç gün oruc tutmaq müstəhəbdir və günahların bağışlanmasına səbəb olar. Hər kəs bir gündə olsa belə tutsa, ayın fəzilətindən bəhrələnə bilər.

4📍Rəcəb ayında tövbə və istiğfar etmək və təhlil (yəni "lə ilahə illəllah") demək.

5📍Rəcab ayının ilk cüməsinin gecəsi (yəni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə) "Ləylətul-Rağayib" adlanır. Bu gecəni ibadət və dualarla keçirmək zəruridir və bu neməti əldən buraxmayın.

6📍1000 dəfə “Lə ilahə illəllah” demək.

7📍 Rəcəb ayının səhəri və axşamı 70 dəfə "Əstəğfirullahə və ətubu iləyh” demək və zikr qurtardıqdan sonra əlini göyə qaldırıb desin: “Əllahumməğfirli və tub ələyyə”

8📍“İxlas” surəsini çox oxumaq.

9📍. 100 dəfə “Əstəğfirullahəlləzi lə ilahə illa huvə, vəhdəhu la şərikə ləhu və ətubu iləyh” demək.

10📍. Rəcəbin 15-nin gecəsində 12 rükət namaz qılmaq. Namazın qaydası belədir: Niyyət 2-rükətli namaz kimi qılınır(Sübh namazı kimi); Hər rükətdə "Fətihə"dən sonra "İxlas", "Fələq", "Nəs" surələrini və "Ayətül-kursi"ni hər birini 1 dəfə, "Qadr" surəsini isə 4 dəfə oxumaq; Namazı bitirdikdən sonra 4 dəfə demək: "Əllahu Əllahu Rabbi la uşriku bihi şəyən, və la əttəxizu min dunihi vəliyyə".

11📍.Rəcəb ayının 15-də qüsl almaq, oruc tutmaq, İmam Hüseyni (ə) ziyarət etmək.
❤13👍8