Tarix hazırlığı 📚
1.22K subscribers
2.32K photos
26 videos
594 files
312 links
TARİX HAZIRLIĞI
📌 MİQ və Sertifikasiya
🎓 Abituriyent hazırlığı
📌 Təkmilləşdirmə
📞 ƏLAQƏ: 055 827-34-60
RAMİL MÜƏLLİM.
Download Telegram
Dövlət İmtahan Mərkəzi qəbul imtahanının birinci mərhələsi və tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışını nəşr edib.
👍3
Abituriyent (Buraxılış) Jurnalı 2026 .pdf
26.1 MB
Abituriyent (Buraxılış) Jurnalı 2026
👍4
🗓 Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun doğum günüdür
Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran rayonunda anadan olub.
👍4
RƏSMİ❗️ DİM imtahan vaxtlarını açıqlayıb.

🎓Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 9 və 15 mart tarixlərində keçiriləcək.

📌Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 5, 12 və 26 aprel tarixlərində təşkil olunacaq.

📄Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) 18 fevral – 5 mart tarixlərində aparılacaq.
👍5
2026_cı_il_ərzində_keçiriləcək_müəyyən_imtahanlar_və_qeydiyyat.pdf
257.8 KB
🎓2026-cı il ərzində keçiriləcək müəyyən imtahanlar və qeydiyyat
👍3
Çağırılmasında məqsəd:
Avropa dövlətlərinin müharibədən sonrakı sərhədlərini müəyyən etmək
Qərarlar:
Rusiya, Avstriya və İngiltərə bir sıra ərazilər əldə etdi.
🇬🇪B.Britaniya – Malta, Seylon və Afrikanın cənubuna sahib oldu.
🇷🇺Rusiya – Polşanın bir hissəsini ilhaq etdi
🇩🇪Alman dövlətlərindən ibarət Almaniya İttifaqı yaradıldı.
🇫🇷Təzminat* (məğlub dövlətin qalib dövlətə verməli olduğu pul) ödəməli olan Fransa əvvəlki sərhədlərinə qaytarıldı.
📍Rusiyanın təşəbbüsü ilə Müqəddəs İttifaq yaradıldı. Bu ittifaqda Avstriya, Prussiya və Rusiya əsas rol oynayırdı. İttifaqın yaradılmasında məqsəd:
✅İnqilabları yatırmaq və Osmanlı dövlətinə qarşı mübarizə aparmaq.
#Vyana_konqresi #tarix #tarixhazırlığı
@Tarix_DimMiq
👍3❤1
I Nikolay 1846-cı ildə canişin adına imzaladığı reskriptə əsasən:
📍Ali müsəlman silkinin həm mülk, həm də tiyul torpaqları üzərində tam irsi mülkiyyət hüququ təsdiq edildi.
📝Tiyul və mülkün feodal torpaq mülkiyyətinin eyni kateqoriyasına daxil edilməsi Azərbaycan feodallarının torpaq hüquqlarının güclənməsi ilə əlaqədar yeni bir mərhələnin başlanması demək idi.
📍Çar Rusiyasının zadəganları kimi Azərbaycan feodalları da öz torpaqlarından imperiyanın ümumi qanunları əsasında “istifadə etmək, satmaq, bağışlamaq, irsən vermək” hüququ aldılar.
📝Çar hökuməti feodalların silki hüquqlarının qayğısına qalaraq qeyd edirdi ki, hüquqi sövdələşmə əsasında Azərbaycan feodalları torpağı yalnız ali müsəlman silkinə verə bilərlər.
📍Müxtəlif kəndli qrupları (rəiyyət, rəncbər, nökər) mülkədar tabelisi adlandı.
📍Mülkədarlara öz kəndliləri üzərində polis və inzibati məhkəmə hüquqları verildi.
Bu restkriptlə hökumət ali zümrənin simasında özünə bölgədə sosial dayaq yaratmaq yolunda ciddi addım atdı.
#reskript @Tarix_DimMiq
👍3❤1
Cavab.
Anonymous Quiz
69%
A
6%
B
16%
C
6%
D
4%
E
❤1👏1
Otk 25.01.2026 11.sinif.pdf
3.1 MB
📌OTK MQM
🗓25.01.2026
🎓11-ci Sinif Buraxılış Sınağı
✅ Tam Təmiz Versiya
https://chat.whatsapp.com/LdIrXAdsiMn5qRwKq7VLCt?mode=gi_t
👍4
📢MİQ və Sertifikasiya "Sınaq qrupları"na qeydiyyat davam edir!
📱Həftədə 2 dəfə Mövzu sınaqları (onlayn sınaqlar) WhatsApp-da paylaşılır.
👨‍🏫Tam MİQ formatına uyğun suallar.
📱Qoşulmaq istəyənlər 055 827 34 60 ilə (WhatsApp aktivdir) əlaqə saxlaya bilər.
Qəbul çərçivəsinə tam uyğun və düşündürücü suallarla zəngin sınaqlarla mövzularda olan boşluqları müəyyən edib imtahana tam hazır olun!
https://chat.whatsapp.com/LdIrXAdsiMn5qRwKq7VLCt?mode=gi_t
#Miq #Sertifikasiya
👍4
Cavab.
Anonymous Quiz
6%
A
3%
B
2%
C
9%
D
80%
E
xaricidil_2027_11_illik_1769509190.pdf
727.2 KB
✅ Dövlət İmtahan Mərkəzinin 2027-ci il 11-ci sinif İngilis Dili üzrə dəyişikliyi təsdiqləndi.
✅ İmtahan Modeli
👍2
DQMV-nin yaradılması:
5 iyul 1921-ci ildə Rusiya Kommunist Partiyasının Qafqaz Bürosunun qərarı ilə:
1⃣ Qarabağ Azərbaycan SSR-in tərkibində saxlanıldı.
2⃣ Dağlıq Qarabağa mərkəzi Şuşa olmaqla muxtariyyət verildi.
📌 1923-cü il iyulun 7-də Azərbaycan SSR MİK-i Dağlıq Qarabağın ermənilər yaşadığı hissəsində mərkəzi Xankəndi olmaqla “Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili haqqında” dekret verdi. Az sonra Qarabağ xanlarının əsasını qoyduğu Xankəndiyə Stepan Şaumyanın adı (Stepanakert) verildi.⤵️
👍3❤2
Naxçıvan MSSR-in yaradılması:
📌 1921-ci il martın 16-da RSFSR ilə Türkiyə arasında Moskvada imzalanmış dostluq müqaviləsinin 3-cü bəndinə əsasən Naxçıvan vilayəti “Azərbaycanın qəyyumluğu (protektoratı) altında muxtar ərazi olurdu. Bir şərtlə ki Azərbaycan bu qəyyumluğu üçüncü dövlətə güzəştə getməyəcəkdir”. Bu müqavilə sayəsində erməni fitnələrinə son qoyuldu.
📌 Naxçıvanın Azərbaycanın himayəsi altında muxtar ərazi statusu RSFSR-in iştirakı ilə Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasında 1921-ci il 13 oktyabrda Qarsda bağlanmış dostluq müqaviləsində də təsbit edildi. Hər iki müqavilə müddətsiz idi və bu günə kimi Ermənistanla Azərbaycan və Türkiyə arasında dövlət sərhədlərini tənzimləyən yeganə beynəlxalq sənəd hesab edilir.
✅ 1924-cü il fevralın 9-da Azərbaycan SSR MİK-in Rəyasət Heyəti Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması haqqında dekret verdi.
👍4❤1
MİQ və Sertifikasiya "Sınaq qrupları"na qeydiyyat davam edir.
👍3