Tarix hazırlığı 📚
1.21K subscribers
2.32K photos
26 videos
594 files
312 links
TARİX HAZIRLIĞI
📌 MİQ və Sertifikasiya
🎓 Abituriyent hazırlığı
📌 Təkmilləşdirmə
📞 ƏLAQƏ: 055 827-34-60
RAMİL MÜƏLLİM.
Download Telegram
I Nikolay 1846-cı ildə canişin adına imzaladığı reskriptə əsasən:
📍Ali müsəlman silkinin həm mülk, həm də tiyul torpaqları üzərində tam irsi mülkiyyət hüququ təsdiq edildi.
📝Tiyul və mülkün feodal torpaq mülkiyyətinin eyni kateqoriyasına daxil edilməsi Azərbaycan feodallarının torpaq hüquqlarının güclənməsi ilə əlaqədar yeni bir mərhələnin başlanması demək idi.
📍Çar Rusiyasının zadəganları kimi Azərbaycan feodalları da öz torpaqlarından imperiyanın ümumi qanunları əsasında “istifadə etmək, satmaq, bağışlamaq, irsən vermək” hüququ aldılar.
📝Çar hökuməti feodalların silki hüquqlarının qayğısına qalaraq qeyd edirdi ki, hüquqi sövdələşmə əsasında Azərbaycan feodalları torpağı yalnız ali müsəlman silkinə verə bilərlər.
📍Müxtəlif kəndli qrupları (rəiyyət, rəncbər, nökər) mülkədar tabelisi adlandı.
📍Mülkədarlara öz kəndliləri üzərində polis və inzibati məhkəmə hüquqları verildi.
Bu restkriptlə hökumət ali zümrənin simasında özünə bölgədə sosial dayaq yaratmaq yolunda ciddi addım atdı.
#reskript @Tarix_DimMiq
👍3❤1