Tarix~Murad Əlili🔰
20.3K subscribers
426 photos
40 videos
191 files
104 links
📚 Abituriyentlər, müəllimlər və müdavimlər üçün tarix kanalı.
📖 Testlər • Konspektlər • Mövzu izahları • Metodik materiallar • MİQ və Sertifikasiya hazırlığı.
🎯 Məqsədimiz tarixi daha dərindən öyrənmək, öyrətmək və uğura birlikdə addımlamaqdır.
Download Telegram
MİQ nəticələri şəxsi səhifələrə yüklənib.
tarix_sertifikasiya_100_sual_cavab_260729_204032.pdf
101 KB
Müsahibəyə hazırlaşanlar üçün məncə idealdır.
👍5👏3
MİQ nəticələri ( sıralama, əmsallar və.s) şəxsi səhifələrə yerləşdirilib. Daxil olub baxa bilərsiniz
✅Məncə artıq sözə ehtiyac yoxdur🙂
👏8🔥3
✅MİQ vakansiya seçimi ilə bağlı düşüncələrim...

Hər il MİQ imtahanları keçirilir və təəssüf ki, hər il olduğu kimi bu il də vakansiya seçimi mərhələsi məndə böyük məyusluq yaratdı. Mənə elə gəlir ki, ildən-ilə bu proses daha da çətinləşir. Bu gün yüksək bal toplayan çox sayda müəllim və müdavim olmasına baxmayaraq, onların böyük bir hissəsi işlə təmin oluna bilmir. Düşünürəm ki, bu, artıq təsadüfi hal deyil və bu problemin ciddi şəkildə araşdırılmasına ehtiyac var.
Mən hesab edirəm ki, bunun bir neçə səbəbi var. Onlardan biri son illərdə müxtəlif şəhər və rayonlarda liseylərin, yeni təmayül tədris məktəblərin( TOM) fəaliyyətə başlamasıdır. Təbii ki, belə məktəblərin açılması təhsilin inkişafı baxımından müsbət haldır. Ancaq bunun başqa bir tərəfi də var. Şagirdlərin əhəmiyyətli hissəsi həmin məktəblərə yönəldiyi üçün digər məktəblərdə şagird sayı azalır, siniflər bağlanır, mövcud dərs saatları isə işləyən müəllimlər arasında bölüşdürülür. Nəticədə həmin məktəblərdə yeni vakansiyalar yaranmır və MİQ iştirakçılarının seçim imkanları ildən-ilə daha da azalır.
Bu vəziyyətə mütləq bir həll tapılmalıdır. Ən düzgün addımlardan biri vakansiyaların MİQ imtahanından əvvəl elan edilməsidir. Müəllim imtahana girməzdən əvvəl hansı rayonlarda, hansı məktəblərdə və neçə vakant yer olduğunu bilməlidir. Bu, həm prosesi daha şəffaf edər, həm də müəllimlərə daha real plan qurmağa imkan verər.
Bu ildən etibarən müəllim 60 manat imtahan haqqı ödəyir, aylarla hazırlaşır, böyük zəhmət çəkir və yüksək nəticə əldə edir. Amma sonda yüksək bal toplaması belə ona işlə təmin olunacağına zəmanət vermir. Məncə, bu, müəllimlərdə haqlı narazılıq yaradır. Mən hesab edirəm ki, MİQ-in əsas məqsədi sadəcə imtahan keçirmək olmamalıdır. Əsas məqsəd bilikli, bacarıqlı və ixtisaslı müəllimləri məktəblərə qazandırmaq olmalıdır. Əgər yüksək nəticə göstərən müəllimlər belə vakansiya tapa bilmirlərsə, deməli, mövcud mexanizmin təkmilləşdirilməsinə ehtiyac var.

Bu yazını kimisə tənqid etmək üçün yox, illərdir bu prosesi yaşayan bir müəllim kimi narahatlığımı bölüşmək üçün yazıram. Ümid edirəm ki, aidiyyəti qurumlar bu problemləri nəzərə alacaq və gələcək illərdə vakansiya seçimi daha şəffaf, daha ədalətli və müəllimin əməyinə dəyər verən prinsiplər əsasında təşkil olunacaq.
👏17❤2👍2
✅MİQ-də əmsal sistemi haqqında düşüncələrim

Son bir neçə ildir müəllimlərin işə qəbul müsabiqəsində əmsal sistemi tətbiq olunur. Bu sistemə əsasən, həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu məktəblərdə çalışan müəllimlərin topladığı bal müəyyən əmsalla artırılır. Üç il işləyən müəllimin balı 1,05-ə, beş il və daha çox işləyən müəllimin balı isə 1,1-ə vurulur. Mən hazırda həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu məktəbdə çalışıram. Bu il MİQ imtahanında 88,75 bal toplamışam və vakant yer seçimi zamanı mənim nəticəmə də əmsal tətbiq olunacaq. Yəni bu sistemdən faydalanacaq müəllimlərdən biri məhz özüməm. Buna baxmayaraq, düşünürəm ki, əmsal məsələsinə şəxsi maraqla deyil, ədalət prinsipi ilə yanaşmaq lazımdır.Əvvəlcədən qeyd edim ki, mən buradakı əsas məqsədi anlayıram. Kənd və ucqar məktəblərə müəllim cəlb etmək asan deyil. Bu məktəblərdə çalışan müəllimlərin zəhmətini qiymətləndirmək və başqalarını da həmin məktəblərə getməyə həvəsləndirmək lazımdır. Buna heç bir etirazım yoxdur. Amma bir sual məni daim düşündürür. Nəyə görə bu həvəsləndirmə müəllimlərin işə qəbul müsabiqəsində imtahan nəticəsini kölgədə qoymalıdır?
Təsəvvür edin ki, iki müəllim eyni imtahanda iştirak edir. Biri 85 bal toplayır, digəri isə 80 bal. Normal məntiqə görə, daha yüksək nəticə göstərən müəllim üstün olmalıdır. Amma əmsal tətbiq edildikdən sonra 80 bal toplayan müəllim 85 bal toplayan müəllimi geridə qoyur. Bu zaman istər-istəməz belə bir sual yaranır. Əgər imtahan bilik və peşəkarlığı ölçürsə, niyə daha yüksək nəticə göstərən müəllim uduzan tərəf olur?

Mən hesab etmirəm ki, kənd məktəbində çalışan müəllimlərə dəstək verilməməlidir. Əksinə, onların əməyinə böyük hörmətlə yanaşıram. Lakin bu dəstək imtahanın nəticəsini dəyişəcək səviyyədə olmamalıdır.
Əgər məqsəd həvəsləndirməkdirsə, bunun daha ədalətli yolları var:
1. Əməkhaqqına əlavələr;
2. mənzil və kommunal güzəştlər;
3. nəqliyyat dəstəyi;
4. və ya imtahan balını kökündən dəyişməyən təşviq mexanizmləri;
Unutmayaq ki, MİQ müsabiqədir. Müsabiqənin əsas prinsipi isə ədalətli rəqabətdir. İmtahanda toplanan hər bal aylarla, bəzən illərlə çəkilən zəhmətin nəticəsidir. Həmin zəhmətin dəyəri sonradan tətbiq olunan əmsal hesabına arxa plana keçməməlidir.
👏10❤3🤝1🆒1
✅Yeni tədris ilindən MİQ və Sertifikasiya test nümunələri əsasında yeni sınaqlar müəllim və müdavimlərin ixtiyarında olacaq.
✅Əsas məqsədimiz imtahanda qarşısınıza çıxa biləcək bütün test modellərini mənimsəməyinizdir. Bizim sınaqları bilənlər bilir😌
✅Sınaq qrupumuz dekabr ayından etibarən fəaliyyətə başlayacaqdır.

‼️Bəs sizcə bu testdə cavab nədir?
Yoruma qeyd edə bilərsiniz👇🏻
👍5❤2👏1
👏2
MİQ və Sertfikasiya müsahibə mövzuları.
Bu dəqiqə 100 mindən çox insan cavabların çıxmasını gözləyir😁
Həyəcanlı , eyni zamanda gözəl hislərdir.
Uğur qazanan hər kəsi indidən təbrik edirəm❤️
❤3👨‍💻1
✅
🎓 Ali məktəbə qəbul olan bütün abituriyentləri təbrik edirəm!

Uzun müddət çəkdiyiniz zəhmətin, gecə-gündüz etdiyiniz hazırlığın və göstərdiyiniz əzmin nəticəsini bu gün aldınız. ❤️
Hər birinizə tələbəlik həyatınızda uğurlar, gözəl nailiyyətlər və parlaq gələcək arzulayıram. Unutmayın, bu, yolun sonu deyil — böyük uğurların başlanğıcıdır!

📚 Tələbə adınız mübarək!
❤4
Manna dövləti (Murad Əlili).pdf
442 KB
🔰Manna dövləti
🔰Vacib qeydlər
🔰Kanal linkimiz: @tarixmiqmuradelili
❤4👍2⚡1🙏1🆒1