Tarix və MiQ - Tərlan Dadaşov
13.5K subscribers
3.13K photos
145 videos
1.65K files
1.42K links
❤️Ödənişli vatsap qrupumuz var
⏩Əlaqə: @Terlan_Dadasov
⏩Kimlər izləməlidir?👇
✅2 və 3-cü qruplar
✅MiQ və Sertifikasiyaya hazırlaşan tarix müəllimləri
✅Və xoşu gələn hər kəs))))
İxtisas seçimi əlaqə: 070 337 72 97
🔴Müzakirə qrupu: @miqvetarixxx
Download Telegram
Təhsil Nazirliyinin məlumatı

Yeni tədris ilində ənənəvi təhsilə qayıdışın əsas şərti təhsil işçilərinin vaksinasiyası ilə bağlıdır. Təhsil işçiləri cari ilin yanvar ayından həyata keçirilən vaksinasiya prosesinə ilk qoşulanlardandır.

Hazırda təhsil işçilərinin 80 faizdən çoxu COVID-19 əleyhinə vaksinasiyadan keçib. Bununla belə yeni tədris ilinin başlanmasınadək təhsil işçilərinin daha çox sayda vaksinasiya prosesinə qoşulması vacib məsələdir. Vaksin olunmayan təhsil işçilərinin təhsil müəssisələrinə girişinə icazə verilməyəcək. Bütün təhsil müəssisələrində çalışan işçilər özlərinin və ətrafdakıların sağlamlığı üçün vaksinasiya prosesində aktiv iştirak etməlidirlər.

Həmçinin vaksin əleyhinə əks göstəriş arayışı təqdim edən təhsil işçiləri rəsmi qaydada “Əks göstəriş sertifikatı”nı təqdim etməlidirlər. Təhsil Nazirliyi olaraq bütün təhsil işçilərini virusdan qorunmaq üçün peyvənd olunmağa və sanitar-gigiyenik normalara əməl etməyə çağırırıq.

#TəhsilNazirliyi #EduAz
​12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür.

#HeydərƏliyev #AnımGünü #12Dekabr #TəhsilNazirliyi #EduAz
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) ümumi təhsil müəssisələrində fəaliyyət göstərən və ya göstərmək istəyən müəllimlər üçün müəllimlərin işə qəbulu müsabiqəsinin və sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini hazırlayıb.

20 fənn, metodika ve pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə edən məlumat kitabçası ilə aşağıda tanış ola bilərsiniz: https://bit.ly/3uEk4xL

#ARTİ #EduAz #TəhsilNazirliyi #MİQ #Sertifikasiya
Aprelin 25-də Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbuluna start verilir.

#TəhsilNazirliyi #EduAz #Müəllim #Yerdəyişmə

Ətraflı: https://bit.ly/3rQmuap
👍1
Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri elan edilib.

#TəhsilNazirliyi #EduAz #RFO #Olimpiada

Ətraflı: https://bit.ly/3L20DUn
❤2
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

Növbəti vebinar 24 iyun tarixində saat 17:00-da tarix fənnindən MİQ sual tiplərinin izahına həsr olunacaq.

Vebinarda spiker qismində AMEA Tarix İnstitutunun doktorantı, Bakı şəhəri 161 saylı orta məktəbin tarix müəllimi Sərvər Rüstəmov çıxış edəcək.

Vebinarın keçirilməsində əsas məqsəd MİQ imtahanında istifadə edilən sual formaları, testlərin həllində diqqət ediləcək məqamların izah olunmasıdır.

Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

#ARTİ #EduAz #TəhsilNazirliyi #MİQ #Sertifikasiya #Vebinar

⏩Ürəkdən təbrik edirəm. Dünənə qədər abituriyentlərə tarixdən məsləhətlər verib, tarix dərsləri çəkirdi. Bu gün isə Tarix MiQ imtahanı haqqında vebinarı Təhsil Nazirliyi ona tapşırdı
👍11❤6
TƏHSİL İNSTİTUTUNUN AÇIQLAMASI❗️❗️❗️

ARTİ MİQ müsabiqəsinin imtahan mərhələsində riyaziyyat fənni üzrə test tapşırıqlarına dair sosial mediada yayılan iddialarla bağlı araşdırma aparıb.

Həmin iddialarda 14 iyul 2022-ci il tarixində keçirilən riyaziyyat fənni üzrə imtahanda istifadə edilmiş 3 sualın bundan əvvəl bəzi namizədlərə videoformatda izah edilməsi əks olunur.

Məlumat üçün bildiririk ki, ARTİ beynəlxalq təcrübəyə uyğun olaraq test bankına daxil edilməsi üçün fənn mütəxəssislərinə orijinal sualların hazırlanması sifarişini verir. Sualların (və ya onların analoqlarının) məxfiliyinin qorunmasına, üçüncü tərəflə paylaşılmamasına və müəlliflər tərəfindən təlim mərkəzlərində bu istiqamətdə hazırlıq aparılmamasına dair sual müəllifləri ilə məxfilik müqaviləsi bağlanılır.

Araşdırma nəticəsində məlum olub ki, cəlb edilən müəlliflərdən Siracəddin Quluzadə onunla bağlanmış məxfilik müqaviləsinin şərtlərini pozaraq ARTİ-yə təhvil verdiyi orijinal test tapşırıqlarını müəllim hazırlıq mərkəzlərindən birinin test bankına da təqdim edib. Bu suallar həmin hazırlıq mərkəzi tərəfindən imtahandan əvvəl yayımlanan videodərs zamanı çoxsaylı suallar arasında müzakirə üçün istifadə olunub. 14 iyul 2022-ci il tarixində keçirilən riyaziyyat fənni üzrə imtahanda istifadə edilmiş 3 sualın (S.Quluzadə tərəfindən MİQ sual bankına təqdim edilmiş) imtahandan əvvəl bəzi namizədlərə videoformatda izah olunması iddiası öz təsdiqini tapıb.

ARTİ bildirir ki, bağlanmış xidməti müqavilənin şərtlərini kobud surətdə pozduğuna görə, S.Quluzadə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq hüquqi addımlar atılacaq.

Hazırda ARTİ bu hadisənin imtahan nəticələrinə olan təsirləri ilə bağlı elmi-statistik təhlil aparır.Yekun nəticələrə dair qərar barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

#ARTİ #EduAz #TəhsilNazirliyi #MİQ #Sertifikasiya #Açıqlama
👍13😢1
Müddətli müqavilə ilə növbəti vakansiya seçiminə start verilir

16 sentyabr saat 11:00-dan etibarən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimlərinə start verilir. Vakansiya seçimi 19 sentyabr saat 11:00-dək davam edəcək. Müddətli müqavilə ilə işə qəbul üçün vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər.

Müsabiqənin hazırkı vakansiya seçimlərində iştirak etmək istəyən namizədlər yuxarıda qeyd olunan tarixədək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Qeyd edək ki, vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

Namizədlərə uğurlar arzulayırıq!

#ElmVəTəhsilNazirliyi #EduAz #ARTİ #İRM
👍4
Müddətli müqavilə ilə vakansiya seçimi

Bu gün saat 11:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimlərinə start verildi. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi 19 sentyabr saat 11:00-da başa çatacaq.

Xatırladaq ki, müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

Namizədlərə uğurlar arzulayırıq!

#ElmVəTəhsilNazirliyi #EduAz #ARTİ #İRM
👍2
Müddətli müqavilə ilə növbəti vakansiya seçimlərinin nəticələri şəxsi səhifələrə göndərildi

16-19 sentyabr tarixlərində keçirilən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimlərinin nəticələri elan olundu. Vakansiya seçimlərində iştirak edən namizədlərdən 713 nəfər seçdiyi vakant yerə yerləşdirilərək müddətli müqavilə ilə çalışmaq imkanı qazanıb.

Vakansiya seçimində uğur qazanan namizədlər 21 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərdən sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tələb olunur.

Xatırladaq ki, müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

#ElmVəTəhsilNazirliyi #EduAz #ARTİ #İRM
❗️ Şagirdlərin nəzərinə!

- - -

Müxtəlif səbəblərdən X siniflərə qeydiyyat üçün gecikən şagirdlər 17-31 oktyabr 2022-ci il tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər. Qəbul şagird yerdəyişməsi (https://sy.edu.az) elektron sistemi vasitəsilə aparılacaq.

Qeyd edək ki, 17 oktyabr saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start veriləcək.

#ElmVəTəhsilNazirliyi #EduAz #ÜmumiTəhsil
👍2
Respublika fənn olimpiadalarında iştirak üçün qeydiyyat prosesinin yekunlaşmasına son 3 gün!

Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.

Qeyd edək ki, RFO-nun rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 24-də onlayn qaydada, digər fənlər üzrə isə dekabrın 25-də əyani qaydada əvvəlcədən müəyyənləşdirilən mərkəzlərdə keçiriləcək.

#ARTİ #EduAz #ElmVəTəhsilNazirliyi #Olimpiada #RFO #Müsabiqə
👍4
Respublika Fənn Olimpiadalarının (RFO) rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.

Şagirdlər nəticələri ilə www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumtəhsil müəssisələri vasitəsilə tanış ola bilərlər.

Olimpiada iştirakçılarına uğurlar arzulayırıq!

Ətraflı: https://bit.ly/3VRY1Od

#ARTİ #EduAz #ElmVəTəhsilNazirliyi #KapitalBank #Olimpiada #RFO
👍16
Bu gündən etibarən Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu üzrə şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən buraxılış vərəqələrini çap edə bilərlər.

Ətraflı: https://bit.ly/3RoFHf0

#ARTİ #EduAz #ElmVəTəhsilNazirliyi #KapitalBank #RFO #Olimpiada
👍3🥰2❤1
Forwarded from Vüsət Əzizov
✅️Respublika fənn olimpiadalarının yarımfinal turunun nəticələri açıqlanıb.

#ElmVəTəhsilNazirliyi #EduAz #RFO

Ətraflı: http://bit.ly/3kL9SRO
👍6
‼️Mayın 22-də 2023-2024-cü tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.

#ElmVəTəhsilNazirliyi #EduAz #MİQ

Ətraflı: https://bit.ly/3IsJ2q4

✅MiQ üzrə qeydiyyat başladı, MiQə hazırlaşanlar paylaşılan testləri sizdə işləyə bilərsiz
👍5❤1
👹👹👹👹👹👹👹

Universitetimizdə bu ixtisaslar üzrə tədris aparılacaq:

✓ İbtidai sinif müəllimliyi,
✓ Məktəbəqədər təhsil,
✓ Riyaziyyat müəllimliyi,
✓ İnformatika müəllimliyi,
✓ Korreksiyaedici təlim,
✓ Təhsildə sosial-psixoloji xidmət,
✓ İnformasiya texnologiyaları,
✓ Kompüter elmləri,
✓ Kompüter mühəndisliyi,
✓ Qida mühəndisliyi,
✓ Şəhərsalma,
✓ İnşaat mühəndisliyi,
✓ Beynəlxalq münasibətlər,
✓ Regionşünaslıq,
✓ Tarix,
✓ Kommunikasiya və rəqəmsal media,
✓ Beynəlxalq ticarət və logistika,
✓ Biznesin idarə edilməsi,
✓ İqtisadiyyat,
✓ Maliyyə-marketinq,
✓ Menecment,
✓ Mühasibat,
✓ Turizm işinin təşkili
✓ Turizm bələdçiliyi

#Garabagheduaz #Azeuni #eduaz

✅Qarabağda oxumaq istəyən varmı ? Düşünürəm ki, Qarabağlı abituriyentlər bu məsələdə daha həssas olmalıdırlar. Bakı əvəzinə oranın gələcəyi üçün seçim etməlidirlər əsas da. Digər tələbələr də həmçinin.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍22🥰5❤2😢1
🔊 Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin informatika fənni üzrə yarımfinal turu VIII-IX siniflər üçün 17 fevral tarixində, X-XI siniflər üçün 18 fevral tarixində, digər fənlər üzrə isə 24 fevral tarixində keçiriləcək.

2023-2024-cü tədris ili üçün Respublika Fənn Olimpiadalarının müvafiq fənlərə uyğun proqramını əldə etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: https://rb.gy/5sfc77

#ARTİ #EduAz #ElmVəTəhsilNazirliyi #RFO #Yarımfinal
👍7❤3🥰1
📚 Bilik Gününüz mübarək!

#ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #BilikGünü
❤3👍2🙏1