Hələ iqtisadçılar süni intellekt boom-unun fonunda fond bazarının mümkün “qızışmasından” danışarkən, OpenAI rəhbəri Sam Altman mətbuatla şam yeməyi zamanı kifayət qədər açıq şəkildə mövqeyini bildirib. “Hazırda biz elə bir mərhələdəyikmi ki, investorlar ümumilikdə süni intellekt haqqında həddindən artıq həvəsli davranırlar?” - deyə Altman soruşub və dərhal cavablayıb: “Mənim fikrimcə - bəli”. Jurnalistlərlə söhbət zamanı Altman bazarın süni intellektə reaksiyasını 90-cı illərdəki dotcom balonu ilə müqayisə edib. Həmin dövrdə internet startapların dəyəri kəskin artmış, 2000-ci ildə isə çökmüşdü. Altman belə hesab edir: “Balonlar yarananda ağıllı insanlar həddindən artıq coşquya qapılırlar. Tarixdəki əksər balonlara, məsələn, texnoloji balona baxsaq, onlar həqiqətən mövcud idilər. Texnologiyalar həqiqətən vacib idi. İnternet həqiqətən böyük bir hadisə idi. İnsanlar sadəcə həddindən artıq həyəcanlanmışdılar”.
https://technote.az/tech-biznes/sam-altman-suni-intellekt-sahesini-balon-adlandirib
https://technote.az/tech-biznes/sam-altman-suni-intellekt-sahesini-balon-adlandirib
O, şirkətin gələcək kursu barədə danışıb, Chrome brauzerini almağa maraq göstərib, neyrointerfeyslərdən müsbət şəkildə bəhs edib, Apple-a sevgisini etiraf edib, GPT-6-nın buraxılışını yubatmamağa söz verib və Türinq testinin keçildiyini elan edib. Altman-ın fikrincə, ChatGPT-nin hələ də böyük inkişaf potensialı var: “çox tezliklə milyardlarla insan hər gün ChatGPT ilə ünsiyyət quracaq” və daha da irəli gedərək bildirib ki, “əgər biz böyümə sürətini qoruyub saxlasaq, müəyyən bir anda ChatGPT hər gün insanların hamısından daha çox söz deyəcək”. Bu planları həyata keçirmək üçün şirkətə nəhəng, misli görünməmiş vəsaitlər lazım olacaq - OpenAI məlumat mərkəzlərinin tikintisinə trilyonlarla dollar xərcləməyi planlaşdırır. Belə vəsaiti cəlb etmək üçün şirkətə yeni maliyyə alətləri icad etmək lazım ola bilər - deyə Altman etiraf edib.
https://technote.az/suni-zeka-ve-elm/sam-altman-openai-nin-perspektivlerinden-ve-diger-movzulardan-danisib
https://technote.az/suni-zeka-ve-elm/sam-altman-openai-nin-perspektivlerinden-ve-diger-movzulardan-danisib
👍1👀1
O, hesab edir ki, yalnız daxili "analıq instinktləri" insanlığı qoruya bilər. Las-Veqasdakı Ai4 konfransında müasir süni intellektin yaradıcılarından biri narahatedici proqnozlarını və gözlənilməz həll yolunu açıqlayıb. Neyron şəbəkələrin əsaslarını qoyan Geoffrey Hinton süni intellektin idarə olunması mövzusunda tamamilə yeni yanaşma irəli sürüb. Hinton əvvəllər süni intellektin insanlığı məhv etmə ehtimalını 10-20% olaraq qiymətləndirsə də, süni intellekti “itaətkar” etmə ideyasını rədd edib. Onun fikrincə, süni intellekti tam şəkildə itaətkar etməyə çalışmaq nəticəsizdir - çünki super ağıllı sistemlər istənilən məhdudiyyətləri aşmağın yollarını tapacaq. Alim bir sıra nümunələr gətirib və qeyd edib ki, süni intellekt artıq indidən aldatma və manipulyasiya qabiliyyətini nümayiş etdirir.
https://technote.az/suni-zeka-ve-elm/suni-intellekte-analiq-instinkti-elave-etmek-teklif-edilib
https://technote.az/suni-zeka-ve-elm/suni-intellekte-analiq-instinkti-elave-etmek-teklif-edilib
👍1
Çin alimləri 600 Vt·saat/kq enerji sıxlığına malik litium-metal batareyanın yaradıldığını elan ediblər - bu, Tesla-nın ən yaxşı batareyalarının səviyyəsindən 2 dəfə, BYD-nin kütləvi istehsal etdiyi həllərdən isə təxminən 4 dəfə çoxdur. Üstəlik, batareya yanmır, -60 dərəcə Selsi temperaturda sabit işləyir və mismarla deşilməyə asanlıqla tab gətirir. Bu irəliləyiş elektromobillərin yürüş məsafəsini radikal şəkildə artırmaqla yanaşı, elektrik təyyarələri və dronları da yeni səviyyəyə qaldıra bilər. Belə ki, yeni batareya prototipi ilə dronların ilk sınaq uçuşları uçuş müddətini 2.8 dəfə artırıb. Tədqiqatçılar bildiriblər ki, onlar litium-metal batareyalarının əsas məhdudiyyətini - qeyri-sabit və təhlükəli elektroliti aradan qaldıra biliblər. Çin komandası solvasiya strukturunu dəyişdirərək onu daha seyrək hala gətirib.
https://technote.az/texnologiya-xeberleri/cinliler-elektromobillerin-yurus-mesafesini-artiran-litium-metal-batareyasini-hazirlayiblar
https://technote.az/texnologiya-xeberleri/cinliler-elektromobillerin-yurus-mesafesini-artiran-litium-metal-batareyasini-hazirlayiblar
Onlar 36 milyondan çox potensial birləşmə generasiya edib və test ediblər. Ən perspektivli birləşmələr mövcud preparatlardan struktur baxımından fərqlənirlər və görünür ki, bakteriyaların hüceyrə membranlarını dağıdan yeni təsir mexanizmləri ilə işləyirlər. Bu yanaşma səhiyyənin ən ciddi qlobal problemlərindən biri - antibiotikə qarşı müqavimətlə mübarizəyə kömək edə bilər. Təxminlərə görə, dərmanlara davamlı infeksiyalar hər il dünyada 5 milyon insanın ölümünə səbəb olur. Son onilliklər ərzində ənənəvi antibiotik hazırlama metodları əsasən mövcud preparatların modifikasiyasını təklif edib və bu, köklü yeni təsir mexanizmlərinin yaranmasına gətirib çıxarmayıb. Massaçusets Texnologiya İnstitutunun “Süni intellekt antibiotikləri” layihəsi çərçivəsində tədqiqatçılar artıq mövcud kimyəvi birləşmələrin böyük kitabxanalarını süni intellekt vasitəsilə screening etmək üçün istifadə ediblər.
https://technote.az/texnologiya-xeberleri/suni-intellekt-inqilabi-antibiotikler-yaratmaga-yardimci-olub
https://technote.az/texnologiya-xeberleri/suni-intellekt-inqilabi-antibiotikler-yaratmaga-yardimci-olub
👏1
Araşdırma göstərib ki, bitkilər artıq fotosintez proseslərinin öhdəsindən gələ bilmir. Halbuki bu proseslər iqlim, torpaqların münbitliyi və ekosistemlərin qorunması üçün həyati əhəmiyyət daşıyır. Artıq Yer səthinin 60%-i təhlükəsiz vəziyyət hüdudlarından kənara çıxıb, 38%-i isə yüksək risk zonasındadır. İnsanlığın biokütləyə artan tələbatı təbiətə düşən yükü daha da artırır. Son 125 il ərzində insanlıq, əvvəlki təxminən 300 ildə planetə vurduğu ziyanın miqdarını 2 qat artırıb. Yer biosferasının funksional bütövlüyünü araşdıran tədqiqatçıların sözlərinə görə, quru ərazilərinin əhəmiyyətli bir hissəsi “stabilliyini itirmiş vəziyyətdədir”. Bu da o deməkdir ki, bitkilər ekosistemlərin işləməsi üçün vacib olan karbon, su və azot dövriyyəsini təmin edən fotosintez prosesini artıq lazımınca yerinə yetirə bilmirlər.
https://technote.az/texnologiya-xeberleri/yer-kuresinin-biosferasi-tehluke-altindadir
https://technote.az/texnologiya-xeberleri/yer-kuresinin-biosferasi-tehluke-altindadir
❤1😱1
Bədən qoxusu sağlamlıq vəziyyəti haqqında çox şey deyə bilər. Alimlər dəri və nəfəs yolu ilə xaric olan uçucu birləşmələrdən istifadə edərək xəstəlikləri erkən mərhələdə müəyyən etməyin yollarını axtarırlar. Bizim qoxu kimi qəbul etdiyimiz şey əslində orqanizmin kimyəvi "imzasıdır". Bu imza həyat boyunca dəyişə bilər: bəzən hiss olunmayacaq qədər zəif, bəzən isə kəskin şəkildə. Alimlər bu dəyişikliklərə getdikcə daha çox diqqət yetirir və onları müəyyən xəstəliklərin inkişafı ilə əlaqələndirirlər. Britaniyalı təqaüdçü Joy Milne həyat yoldaşında qəribə bir qoxunu o, Parkinson xəstəliyinə diaqnoz qoyulmazdan xeyli əvvəl hiss etmişdi. Daha sonra o başa düşmüşdü ki, eyni müşkvari qoxu həmin xəstəlikdən əziyyət çəkən digər pasiyentlərdən də gəlir. Bu müşahidə alimlərin marağına səbəb olub.
https://technote.az/texnologiya-xeberleri/beden-qoxusu-saglamligin-diaqnostikasi-ucun-ciddi-marker-ola-biler
https://technote.az/texnologiya-xeberleri/beden-qoxusu-saglamligin-diaqnostikasi-ucun-ciddi-marker-ola-biler
👍2👀1
Əgər o vaxtlar bu süjet fantastika kimi görünürdüsə, bu gün onun süni intellektin hərbi məqsədlərlə istifadəsinə dair narahatlıqları daha real səslənir. CTV News-ə verdiyi müsahibədə "Terminator"un müəllifi James Cameron, hərbi texnologiyaların hazırkı inkişaf tendensiyalarının getdikcə onun filmindəki süjeti xatırlatdığını etiraf edib. “Mən hələ 1984-cü ildə xəbərdarlıq etmişdim, amma heç kim məni eşitmədi” - deyə rejissor avtonom silah sistemlərinin istifadəsi ilə bağlı riskləri şərh edərkən bildirib. "Terminator" filmində süni intellekt Skynet, özünü dərk etdikdən sonra nüvə müharibəsi başladır. Bir vaxtlar uydurma hesab edilən bu ssenari, bu gün müdafiə sahəsində çalışan ekspertlərdə ciddi narahatlıq doğurur: çünki avtonom döyüş sistemləri artıq demək olar ki, insan müdaxiləsi olmadan hədəfləri müəyyənləşdirib hücum edə bilirlər.
https://technote.az/suni-zeka-ve-elm/terminatorun-rejissoru-suni-intellekt-baresinde-narahatliqlarini-dile-getirib
https://technote.az/suni-zeka-ve-elm/terminatorun-rejissoru-suni-intellekt-baresinde-narahatliqlarini-dile-getirib
❤2👍1😱1
Alimlərin fikrincə, onlar ulduz kütləli 3 qara dəlikdən ibarət və cazibə qüvvəsi ilə bir-birinə bağlı olan ilk sistemi kəşf ediblər. Astronomlar qravitasiya dalğalarını analiz ediblər. Bu dalğalar qravitasiya dalğası detektorları tərəfindən qeydə alınıb və əvvəllər ulduz kütləli 2 qara dəlikdən ibarət sistemdən gəldiyi güman olunurdu. Həmin 2 qara dəlik birləşərək daha böyük bir qara dəlik yaratmışdı. Yeni raşdırma isə, sistemdə üçüncü qara dəliyin mövcudluğuna işarə edən anormal sürətlənmə əlamətlərini ortaya qoyub. Qara dəliklər birləşərkən kosmosa qravitasiya dalğaları yayılır. Qravitasiya dalğaları ilk dəfə 10 il əvvəl müşahidə olunandan bəri astronomlar artıq təxminən 300 qara dəlik birləşməsi hadisəsi qeydə alıblar. Bu hadisələr zamanı 2 qara dəlik bir-birinə yaxınlaşır və nəticədə daha böyük tək bir qara dəliyə birləşirlər, bu zaman isə güclü qravitasiya dalğaları yayılır.
https://technote.az/texnologiya-xeberleri/alimler-ilk-defe-uclu-qara-delik-sistemi-kesf-edibler
https://technote.az/texnologiya-xeberleri/alimler-ilk-defe-uclu-qara-delik-sistemi-kesf-edibler
Yəni, bəlkə də həyat yalnız suya bağlı deyil və yadplanetli həyat növü qeyri-adi duzlu maye hesabına mövcud ola bilər. Yer üzündə maye halında su bütün həyat formalarının əsasını təşkil edir. Lakin ola bilsin ki, potensial yadplanetli varlıqların mövcudluğu üçün su vacib deyil. Yeni araşdırmada qeyd olunur ki, digər mayelər də qayalı planetlərdə və onların peyklərində həyatı dəstəkləyə bilər. Alimlərin sözlərinə görə, su adətən həyatın yaranması və davam etməsi üçün əsas komponent hesab olunur, lakin bu tədqiqat göstərir ki, əsas olan metabolizmin baş verə biləcəyi maye mühitin mövcudluğudur. Alimlər ion mayeləri - yəni qayalı planetlərin və onların peyklərinin səthində əmələ gələ bilən duzlu mayeləri - öyrəniblər. İon mayeləri yüksək temperatur və aşağı təzyiqə qarşı davamlıdır, bu da onların sabit maye halında qalmasına imkan verir.
https://technote.az/texnologiya-xeberleri/yadplanetli-heyat-novu-susuz-da-movcud-ola-biler
https://technote.az/texnologiya-xeberleri/yadplanetli-heyat-novu-susuz-da-movcud-ola-biler
OpenAI Hindistanda yeni abunə tarifi olan ChatGPT Go-nu istifadəyə verib. Bu abunəlik tarifi ayda 399 rupi (təxminən 4.6$) təşkil edir ki, bu da mövcud Plus planından (23$) 5 dəfə ucuzdur. Təklif, çat, şəkil generasiyası və fayl emalı üzrə bir qədər genişləndirilmiş funksiyalara ehtiyac duyan, lakin sərfəli qiymətə üstünlük verən istifadəçilər üçün nəzərdə tutulub. Hindistanın UPI (Unified Payments Interface) adlı ödəniş sistemi ilə ödənişlər indi yeni tarif də daxil olmaqla bütün planlar üçün dəstəklənir. Məlumata görə, OpenAI-nin vitse-prezidenti və ChatGPT rəhbəri Nick Turley bildirib ki, ChatGPT Go abunəliyi pulsuz versiya ilə müqayisədə limitləri 10 dəfə artırır. İstifadəçilər daha çox mesaj göndərə, daha çox şəkil generasiya edə və daha çox fayl yükləyə biləcəklər.
https://technote.az/proqram-teminati/openai-5-deyerinde-chatgpt-go-tarifini-ise-salib
https://technote.az/proqram-teminati/openai-5-deyerinde-chatgpt-go-tarifini-ise-salib
Bu, kometanın suyunda hidrogen və oksigen izotoplarının nisbətinin Yer suyunun molekulyar tərkibi ilə üst-üstə düşməsi ilə sübut olundu. Bu kəşf, əvvəllər daha çox şübhə ilə yanaşılan Yer suyunun kometa mənşəli olması ilə bağlı nəzəriyyəni gücləndirdi. Yer üzündəki suyun mənşəyi, planetimizin geologiyası və təkamülü, eləcə də digər planet cisimləri ilə bağlı bir çox suallara cavab tapmağa imkan verir. Bu məsələ həmçinin Yer üzündə həyatın mənşəyi ilə də əlaqəlidir. Məhz buna görə alimlərin kometalara olan maraqları tamamilə başa düşüləndir. Ümumilikdə ehtimal olunurdu ki, Halley kometası kimi 20 ildən 200 ilə qədər orbit dövrlərinə malik qısamüddətli kometalar Yer üzündəki suyun əhəmiyyətli mənbəyi ola bilərdi. Lakin bunun üçün belə kometalarda Yer suyunun molekulyar tərkibi ilə üst-üstə düşən su tapılmalı idi.
https://technote.az/texnologiya-xeberleri/yer-kuresindeki-suyun-kosmosdan-geldiyi-ferziyyesine-dair-yeni-subut-elde-edilib
https://technote.az/texnologiya-xeberleri/yer-kuresindeki-suyun-kosmosdan-geldiyi-ferziyyesine-dair-yeni-subut-elde-edilib
Meta şirkəti Facebook və Instagram platformalarında Reels videoların avtomatik olaraq başqa dilə tərcüməsi üçün süni intellekt alətini tətbiq etməyə başlayıb. Yeni funksiya kontent yaradıcıları üçün dil maneələrini aradan qaldırmağa və onların auditoriyasını yalnız tərcümə vasitəsilə deyil, həm də insanın nitq orqanlarının hərəkətlərinin sinxronlaşdırılması hesabına genişləndirməyə xidmət edir. Funksiya ilkin mərhələdə ingilis və ispan dilləri arasında tərcüməni dəstəkləyir və paylaşım menyusundakı "Translate voices with Meta AI" keçidi vasitəsilə aktivləşdirilir. Süni intellekt həmçinin istifadəçinin səs tembrinə uyğun şəkildə səsləndirməni tənzimləyir.
https://technote.az/sosial-media/instagram-ve-facebook-da-reels-videolarinin-suni-intellekt-vasitesile-tercumesi-funksiyasi-istifadeye-verilib
https://technote.az/sosial-media/instagram-ve-facebook-da-reels-videolarinin-suni-intellekt-vasitesile-tercumesi-funksiyasi-istifadeye-verilib
👍2👏1
Elmi ictimaiyyətdə Çin alimlərinin cəsarətli planı barədə məlumatlar yayılıb. Söhbət, Saturnun peyki olan Enselada kosmik aparat göndərilərək onun potensial yaşama qabiliyyətinin araşdırılmasından gedir. Təşəbbüs Uzaq Kosmosun Tədqiqatı Laboratoriyası (DSEL) və Şanxay Peyk Texnologiyaları İnstitutu (SISE) mütəxəssislərindən gəlir. 2000-ci illərdə Cassini aparatı tərəfindən Enseladda su geyzerlərinin kəşfi, səthaltı okeanın mövcudluğunu təsdiqlədi və bu göy cisminə həyat üçün potensial məkan kimi marağı xeyli artırdı. Təklif olunan missiya orbit aparatının, eniş modulunun və qazma robotunun istifadəsini nəzərdə tutur. Orbital aparat Enseladı məsafədən tədqiq edəcək, buz qabığını xəritələşdirmək, maqnit sahəsini qiymətləndirmək və eniş yerlərini seçmək üçün lazer interferometri və infraqırmızı spektrometrdən istifadə edəcək. Eniş modulu məsafədən tədqiqatın nəticələrini təsdiqləmək üçün ölçmələr aparacaq.
https://technote.az/texnologiya-xeberleri/cin-saturnun-peyki-enselada-tedqiqat-missiyasi-hazirlayir
https://technote.az/texnologiya-xeberleri/cin-saturnun-peyki-enselada-tedqiqat-missiyasi-hazirlayir
James Webb öz inanılmaz həssaslığını Günəş sistemimizdə yeni kəşflə təsdiqlədi. O, Uranın əvvəllər məlum olmayan bir peykini aşkar edib və bununla da bu uzaq planetin məlum peyklərinin sayını 29-a çatdırıb. Təəccüblüdür ki, 40 il əvvəl bu peyk NASA-nın planetin yanından keçmiş Voyager-2 zondunun müşahidəsindən də yayınmışdı. Kəşf hər biri 40 dəqiqəlik ekspozisiya ilə çəkilmiş 10 şəkildən sonra edilib. Müşahidələr 2 fevral 2025-ci ildə aparılıb. Araşdırma ilə bağlı məqalə hələ rəyçidən keçməyib, lakin NASA artıq mətbuat relizi dərc edib. Müşahidələri Kolorado ştatının Boulder şəhərində yerləşən Southwest Research Institute (SwRI) mütəxəssislərinin rəhbərlik etdikləri astronomlar həyata keçiriblər. “Bu obyekt 40 dəqiqəlik ekspozisiya ilə çəkilmiş 10 şəkil seriyasında, yaxın infraqırmızı diapazon kamerası (NIRCam) vasitəsilə aşkar edilib. Bu kiçik bir peykdir, amma olduqca vacib bir kəşfdir".
https://technote.az/texnologiya-xeberleri/james-webb-uranin-daha-once-bilinmeyen-yeni-peykini-kesf-edib
https://technote.az/texnologiya-xeberleri/james-webb-uranin-daha-once-bilinmeyen-yeni-peykini-kesf-edib
Azərbaycan Hərbi Dəniz Qüvvələri ilk dəfə olaraq Xəzər dənizində keçirilmiş təlimlər zamanı Türkiyə istehsalı pilotsuz suüstü aparatı (BNA) Salvo-nu fəaliyyət üzərində nümayiş etdirib. Tədbir çərçivəsində döyüş atışları ilə təlimlər keçirildi və məqsəd dəniz enerji infrastrukturunun qorunması idi. Salvo geniş vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulub: kəşfiyyat və müşahidədən tutmuş, dənizdə döyüş əməliyyatlarına, gəmilərin müşayiət olunmasına və strateji əhəmiyyətli obyektlərin mühafizəsinə qədər. Pilotsuz kater Salvo 12.7 mm-lik sabitləşdirilmiş pulemyot və idarəolunan raket sistemi ilə təchiz edilə bilər. Aparat təxminən 111 km/saat-a qədər sürət yığa bilir və təqribən 300 dəniz mili (550 km) məsafədə fəaliyyət göstərə bilir. Salvo müasir dəniz əməliyyatlarında yüksək effektivlik nümayiş etdirir, çünki onun avtonomluğu, sürəti və manevr qabiliyyəti birləşir.
https://technote.az/texnologiya-xeberleri/azerbaycan-xezer-denizinde-turkiye-istehsali-suustu-herbi-pilotsuz-aparati-sinaqdan-kecirib
https://technote.az/texnologiya-xeberleri/azerbaycan-xezer-denizinde-turkiye-istehsali-suustu-herbi-pilotsuz-aparati-sinaqdan-kecirib
😁1
NASA-nın Dawn missiyası Mars və Yupiter arasında yerləşən əsas asteroid kəmərindəki Vesta asteroidini və Serera cırtdan planetini öyrənmək üçün həyata keçirilmişdi və 2018-ci ildə başa çatdı. Toplanmış məlumatlar artıq nəticələr verib və yeni riyazi alətlər ortaya çıxdıqca yenidən emal olunmağa davam edir. Yeni araşdırma Sereranın həyat üçün yararlılığını müəyyənləşdirməkdə həlledici rol oynayıb - orada bunun üçün bütün şərtlər mövcud olub. 2018 və 2020-ci illərdə dərc olunmuş işlər Sererada keçmişdə üzvi maddələrin və suyun mövcudluğunu göstərirdi. Əslində, su izlərini və mikroblar üçün “cazibədar” kimyəvi birləşmələri Dawn stansiyası aşkar etmişdi. Qalan sual isə belə idi: orada heç olmasa təkhüceyrəli həyatın inkişaf edə biləcəyi qədər isti şərait olubmu? Yeni araşdırma çatışmayan hissəni tamamlayır.
https://technote.az/texnologiya-xeberleri/milyardlarla-il-bundan-once-serera-cirtdan-planeti-heyat-ucun-munbit-seraite-sahib-olub
https://technote.az/texnologiya-xeberleri/milyardlarla-il-bundan-once-serera-cirtdan-planeti-heyat-ucun-munbit-seraite-sahib-olub
Google şirkəti Made by Google tədbiri çərçivəsində Pixel 10 smartfon seriyasını təqdim edib. Yeni smartfon seriyasına Pixel 10, Pixel 10 Pro, Pixel 10 Pro XL və qatlana bilən Pixel 10 Pro Fold modelləri daxil olublar. Bu xəbərdə ilk 3 model barəsində, qatlana bilən model barəsində isə növbəti xəbərda danışacağıq. Pixel 10, Pixel 10 Pro və Pixel 10 Pro XL modelləri xarici görünüşcə bir-birilərinə bənzəyirlər. Onlar öz aralarında sadəcə texniki imkanlar baxımından fərqlənirlər.
https://technote.az/mobil-cihazlar/google-pixel-10-pixel-10-pro-ve-pixel-10-pro-xl-teqdim-edilib-qiymeti
https://technote.az/mobil-cihazlar/google-pixel-10-pixel-10-pro-ve-pixel-10-pro-xl-teqdim-edilib-qiymeti
Şanxayın PLTFRM adlı marketinq şirkəti Taobao və Pinduoduo kimi Çin elektron ticarət saytlarında süni intellekt əsasında işləyən təxminən 30 virtual satıcı yerləşdirib. Bu avatarlar Baidu-nun video süni intellekt modellərini və DeepSeek-in böyük dil modellərini istifadə edərək skriptlər yaradır və printerdən tutmuş yaş salfetlərədək hər şeyi sata bilirlər. Onlar məhsullar haqqında əsas məlumat paylaşmağı, auditoriyanı salamlamağı və suallara cavab verməyi bacarırlar. 2022-ci ildən bəri Çin elektron ticarət platformaları canlı yayımlar üçün süni intellekt satıcıların axınına şahid olub, neyron şəbəkələrin son sürətli inkişafı isə bu texnologiyanı daha əlçatan edib. Satıcı avatarlar daha realistik görünür, ticarət zonalarındakı fonlar isə daha yaxşı təsvir olunur.
https://technote.az/suni-zeka-ve-elm/cinde-suni-intellekt-esasli-virtual-saticilar-suretle-meshurlasir
https://technote.az/suni-zeka-ve-elm/cinde-suni-intellekt-esasli-virtual-saticilar-suretle-meshurlasir
Süni intellektin ətraf mühitə təsiri ilə bağlı gedən gərgin mübahisələrin fonunda Google öz araşdırmasını apardı. Hesabatda bildirilir ki, səmərəliliyin artırılması sayəsində Gemini adlı süni intellekt köməkçisi hər bir sorğu üçün minimal miqdarda su və enerji istifadə edir. Lakin ekspertlər əmindirlər ki, texnologiya nəhənginin bu kimi bəyanatları ictimaiyyəti qəsdən çaşdırmağa hesablanıb. Google-un hesablamalarına görə, Gemini-nin orta mətn sorğusuna cavab verməsi üçün təxminən 0.26 millilitr su (5 damcı) və təqribən 0.24 Vt⋅saat elektrik enerjisi (televizorun 9 saniyə işləməsinə bərabər) tələb olunur. Şirkətin sözlərinə görə, bu isə təxminən 0.03 qram karbon qazı emissiyasına səbəb olur. Hesabatda həmçinin qeyd olunur ki, bu il Google özünün iqlim hədəflərindən bəzi parnik qazı emissiyası kateqoriyalarını çıxarmağa başlayıb.
https://technote.az/suni-zeka-ve-elm/google-un-suni-intellekt-modeli-her-sorguya-5-damci-su-serf-edir
https://technote.az/suni-zeka-ve-elm/google-un-suni-intellekt-modeli-her-sorguya-5-damci-su-serf-edir