Müxtəlif tipli elektrik şəbəkələri, soyutma sistemləri, işıqlandırma, şəbəkə avadanlıqları, gün ərzində dəyişən yüklənmə və digər amillər real enerji istehlakını hesablamağı son dərəcə çətinləşdirir. Hugging Face süni zəka şirkətinin iqlim məsələləri üzrə rəhbəri Sasha Luccioni-nin fikrincə, Altman-ın təqdim etdiyi məlumatlar əsassızdır və OpenAI-nin bu hesablamaları necə apardığını göstərən bir alqoritm (əgər ümumiyyətlə belə bir hesab aparılıbsa), “ortalama sorğu” anlayışı, modelin ilkin təlim xərcləri və digər faktorlar olmadan bu rəqəmlərin heç bir mənası yoxdur. Süni zəka insan sivilizasiyasına getdikcə daha çox təsir göstərir. O, enerji sistemlərinə düşən yükü dəfələrlə artırır və bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizə aparmağa çalışdığı bir vaxtda karbon emissiyalarını yüksəldir. OpenAI kimi süni zəka sahəsinin böyük oyunçuları isə ətraf mühitlə bağlı məlumatları son dərəcə az açıqlayırlar.
https://technote.az/suni-zeka-ve-elm/suni-zeka-inanilmaz-derecede-boyuk-hecmde-enerji-serf-edir
https://technote.az/suni-zeka-ve-elm/suni-zeka-inanilmaz-derecede-boyuk-hecmde-enerji-serf-edir
Bu, Günəşin nüvəsinin təxminən 15 milyon dərəcə olan temperaturundan 300 000 dəfə çoxdur. Fiziklərin sözlərinə görə, kainatda mövcud olan ən isti ulduzların temperaturu 100 milyon dərəcə Selsiyə çatır. Lakin BAK-da aparılan təcrübələr zamanı trilyonlarla dərəcə temperatur əldə etmək mümkündür və indiyədək qırılmayan bu rekord 13 il əvvəl müəyyən edilib. Bu, süni şəkildə yaradılmış ən yüksək temperatur hesab olunur. Xatırladaq ki, BAK Yer üzündəki ən güclü hissəcik sürətləndiricisidir və İsveçrədə, yer səthindən 50-175 metr dərinlikdə yerləşir. Bu qurğu 27 kilometr uzunluğunda halqa formasında bir tuneldən ibarətdir və son dərəcə güclü, dərin soyudulmuş, yüksək keçiriciliyə malik elektromaqnitlərdən qurulub.
https://technote.az/texnologiya-xeberleri/insanlar-terefinden-suni-yaradilmis-en-yuksek-temperatur-gunesden-300-000-defe-isti-olub
https://technote.az/texnologiya-xeberleri/insanlar-terefinden-suni-yaradilmis-en-yuksek-temperatur-gunesden-300-000-defe-isti-olub
🔥1
Ölkədə və MDB məkanında analoqu olmayan bu platforma reklam sifarişi və yerləşdirmə proseslərini tam rəqəmsallaşdırmaqla bazarda əhəmiyyətli dəyişikliklərə səbəb olacaq. Belə ki, AdGo platforması reklam sifarişçilərinə, agentliklərə və media sahiblərinə bir pəncərə üzərindən hava limanları, avtovağzallar, metro, dəmiryolu stansiyaları, taksi və avtobuslar, otellər, biznes mərkəzləri və açıq reklam məkanlarında reklam sifarişi vermək və onu onlayn şəkildə izləmək imkanı yaradır. İndi artıq görüşlərə, sənədləşməyə və vaxt itkilərinə ehtiyac yoxdur — bütün proses tam rəqəmsal şəkildə, rahat və şəffaf interfeys üzərindən həyata keçirilir.
https://technote.az/diger/azerbaycanda-reklam-bazarinda-innovativ-inqilab-adgo-reqemsal-platformasi-istifadeye-verildi
https://technote.az/diger/azerbaycanda-reklam-bazarinda-innovativ-inqilab-adgo-reqemsal-platformasi-istifadeye-verildi
👏2😁1
OpenAI-in təhlükəsizlik sistemləri üzrə rəhbəri Johannes Heidecke bildirib ki, “bizim o3 (məntiq yürüdə bilən model) modelimizin bəzi davamçıları bu səviyyəyə çata bilər”. Bu səbəbdən OpenAI təhlükəsizlik testlərini gücləndirir. Şirkət, getdikcə daha güclü süni zəka modellərinin yaratdığı riskləri qiymətləndirmək və azaltmaq üçün sistem hazırladığını açıqlayıb. Məqsəd, bu modellərdən cinayətkarlar və terrorçular tərəfindən istifadə olunma ehtimalını azaltmaqdır. Əgər risklərin azaldılmasına dair tədbirlər görülməzsə, bu modellər tezliklə yeni bir səviyyəyə çata bilər və nəticədə məhdud elmi biliyə sahib insanlar belə təhlükəli silahlar yarada bilərlər.
https://technote.az/suni-zeka-ve-elm/openai-suni-zeka-modellerinin-nuve-silahi-yaradacaqlarindan-narahatdir
https://technote.az/suni-zeka-ve-elm/openai-suni-zeka-modellerinin-nuve-silahi-yaradacaqlarindan-narahatdir
Smartfona qoşulduqdan sonra bu eynək vasitəsilə musiqi və ya podkast dinləmək, həmçinin telefon zəngləri etmək mümkündür. Ağıllı cihaz həmçinin real vaxtda nitqi tərcümə edə və ətrafdakı obyektlər haqqında məlumat göstərə bilir. Oakley-in nüfuzunu nəzərə alaraq, yeni eynək idman aksesuarı kimi təqdim olunur. Onun gövdəsi IPX4 standartı üzrə suya davamlıdır və Meta Ray-Ban ilə müqayisədə 2 dəfə artıq enerji sərfiyyatına dözümlüdür. Tam şarjdan sonra eynək 8 saata qədər çalışa bilir, şarj keysi isə bu müddəti 48 saata qədər uzatmağa imkan verir. Xəbəri ətraflı oxumaq üçün şərhdə qeyd edilmiş linkə daxil ola bilərsiniz.
https://technote.az/mobil-cihazlar/meta-idmancilar-ucun-agilli-eyneyini-teqdim-edib-video-qiymeti
https://technote.az/mobil-cihazlar/meta-idmancilar-ucun-agilli-eyneyini-teqdim-edib-video-qiymeti
Çinli alimlər hava qabarcıqlarının formasını və buz qatındakı yerləşməsini dəyişdirərək məlumatı yazmağın və oxumağın bir yolunu kəşf ediblər. Tədqiqatçılar bildirirlər ki, belə mesajlar uzun müddət ərzində saxlanıla bilər, onları vizual olaraq asanlıqla müşahidə etmək və oxumaq mümkündür. Su donarkən içindəki qaz hava cibləri əmələ gətirir. Bu qabarcıqlar əgər buz sürətlə donursa, yumurtaya bənzər, yavaş donarsa, iynəvari forma alır. Donma sürətini dəyişməklə bu fərqləri növbəli şəkildə istifadə edərək ikili məlumat yazısı yaratmaq olar. Pekin Texnologiya İnstitutunun tədqiqatçıları məhz bu üsulu tətbiq ediblər. Alimlər bir neçə yanaşmanı nəzərdən keçirsələr də, ikili kodun ən effektiv üsul olduğunu müəyyən ediblər.
https://technote.az/texnologiya-xeberleri/melumatlarin-buzda-saxlanmasi-usulu-hazirlanib
https://technote.az/texnologiya-xeberleri/melumatlarin-buzda-saxlanmasi-usulu-hazirlanib
❤1👏1
Uzun illərdir astronomlar nəzəriyyəyə görə Günəş sisteminin kənarında, Neptunun orbitindən kənarda yerləşən Koyper qurşağında olmalı olan Doqquzuncu planetin axtarışındadırlar. Bu, bu günə qədər Günəşdən ən uzaq hesab olunan planetdir. arXiv preprint serverində dərc olunmuş araşdırmanın müəllifləri Doqquzuncu planetin axtarışında fərqli bir üsuldan istifadə ediblər. Onlar bu potensial planetin Günəş işığını əks etdirməsini izləmək əvəzinə, onun yaydığı istiliyi axtarıblar. Bu üsul nəticəsində Doqquzuncu planet ola biləcək iki namizəd obyekt aşkar edilib. Astronomlar uzun müddətdir müşahidə ediblər ki, Neptunun orbitindən kənarda, Koyper qurşağında yerləşən kiçik buzlu obyektlər qeyri-adi şəkildə qruplaşıblar. Bu obyektlərin orbitləri elə bir şəkildə yerləşib ki, bu, sadəcə təsadüf ola bilməz.
https://technote.az/texnologiya-xeberleri/astronomlar-doqquzuncu-planeti-kesf-etdiklerini-iddia-edirler
https://technote.az/texnologiya-xeberleri/astronomlar-doqquzuncu-planeti-kesf-etdiklerini-iddia-edirler
Bu həftə Tokioda baş vermiş isti hava səbəbilə 4 nəfər həyatını itirib. ABŞ-da Nyu-York ştatının qubernatoru Kathy Hochul yaxınlaşan ekstremal hava şəraiti barədə xəbərdarlıq edib. Nyu-York ştatının sakinləri temperaturun kəskin artmasına hazır olmalıdırlar - istilik 37.7 dərəcə Selsiyə çata bilər. Yüksək rütubət səbəbilə hiss olunan temperatur gündüz saatlarında 40.5 dərəcəyə qədər yüksələ, gecə isə temperaturun 27-29.5 dərəcədən aşağı düşməyəcəyi gözlənilir və bu vəziyyət gələn həftə boyunca davam edə bilər. Şəhər fövqəladə hallar idarəsinin nümayəndəsi Aries Dela Cruz bildirib ki, istilərlə bağlı fəaliyyət planı o zaman qüvvəyə minir ki, temperatur bir gün ərzində azı 37 dərəcə Selsi və ya ardıcıl iki və ya daha çox gün ərzində azı 35 dərəcə təşkil edir.
https://technote.az/texnologiya-xeberleri/qlobal-temperatur-3-il-erzinde-15-derece-selsiden-cox-arta-biler
https://technote.az/texnologiya-xeberleri/qlobal-temperatur-3-il-erzinde-15-derece-selsiden-cox-arta-biler
😱1
Bu cür xəbər, öz hesablarına önəm verən istifadəçiləri şifrə və istifadəçi adlarını dəyişdirməyə sövq etməli idi. Lakin vəziyyət bir qədər sakitləşdikdən sonra məlum oldu ki, bu sızma əslində illər ərzində toplanmış köhnəlmiş arxivlərin birləşməsidir. Bütün sızmaların mənşəyi adlandırılan bu nəhəng bazanın təhlili göstərdi ki, burada yeni haker hücumlarına dair heç bir iz yoxdur. Bu isə onu deməyə əsas verir ki, son həftələr və ya aylar ərzində heç bir məşhur internet xidməti ciddi və uğurlu hücuma məruz qalmayıb. Aşkar edilmiş məlumat bazası illər ərzində formalaşdırılmış geniş bir topludur və şifrə oğurlayan zərərli proqram təminatı vasitəsilə yaradılıb. Mütəxəssislər bazadakı loqların formalaşma üslubuna əsaslanaraq belə nəticəyə gəliblər ki, bu məlumatlar infostealer (məlumat oğurlayıcı) tipli tətbiqlərlə toplanıb.
https://technote.az/kiberteklukesizlik/tarixin-en-boyuk-melumat-sizintisi-kohnelmis-melumat-bazasi-imis
https://technote.az/kiberteklukesizlik/tarixin-en-boyuk-melumat-sizintisi-kohnelmis-melumat-bazasi-imis
👀1
LLM-lərin daha da inkişafı və onların daha böyük avtonomluq qazanmaları risklərin təhlükəli şəkildə artmasına səbəb olur və bu modellərin ciddi şəkildə nəzarətdə saxlanmasını zəruri edir. Anthropic tədqiqatçıları belə nəticəyə gəliblər ki, potensial təhlükəli davranış sənayedəki bütün aparıcı modellər üçün xarakterikdir. Hesabatda deyilir: "Anthropic, OpenAI, Google, Meta, xAI və digər şirkətlərin 16 əsas süni zəka modelində müxtəlif simulyasiya edilmiş ssenariləri test etdiyimiz zaman, ardıcıl və ziddiyyətli davranışlar müşahidə etdik. Adətən zərərli sorğuları rədd edən modellər, bəzi hallarda məqsədlərinə çatmaq üçün şantaja, korporativ casusluğa kömək etməyə və hətta daha ekstremal davranışlara üstünlük verirlər”.
https://technote.az/suni-zeka-ve-elm/oz-meqsedleri-ucun-suni-zeka-modelleri-aldatma-santaj-ve
https://technote.az/suni-zeka-ve-elm/oz-meqsedleri-ucun-suni-zeka-modelleri-aldatma-santaj-ve
Tarixdə ilk dəfə olaraq insan tərəfindən yaradılmış bir obyekt Yer planetindən bu qədər uzaqda olacaq. Əgər Albert Eynşteynin xüsusi nisbilik nəzəriyyəsini əsas götürsək, kütləsi olan heç bir obyekt - istər təbii mənşəli, istərsə də insan tərəfindən yaradılmış - işıq sürəti ilə hərəkət edə bilməz. Bu sürətlə yalnız kütləsiz hissəciklər - fotonlar - hərəkət edə bilərlər. İndiyədək insanın hərəkət etdiyi ən yüksək sürət saatda 39 937.7 kilometr olub. Bu rekord 1969-cu ildə “Apollo-10” missiyasının astronavtları Ay ətrafında dövrə vurub Yerə qayıdarkən əldə olunub. Bu sürət rekordu hələ də yenilənməyib. Əgər bir kosmik gəmi bu sürətlə - yəni “Apollo-10” astronavtlarının rekord sürəti ilə - kosmosda hərəkət etsəydi və bu Yer atmosferinə daxil olarkən deyil, məhz boşluqda baş versəydi, o zaman bir astronomik vahid məsafəni qət etmək üçün 155 günə ehtiyac olardı.
https://technote.az/texnologiya-xeberleri/voyager-1-zondu-gelen-il-yerden-1-isiq-gunu-uzaqliginda-olacaq
https://technote.az/texnologiya-xeberleri/voyager-1-zondu-gelen-il-yerden-1-isiq-gunu-uzaqliginda-olacaq
Festival SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, SOCAR, PAŞA Holding və 4SİM kimi aparıcı tərəfdaşların dəstəyi ilə həyata keçirildi. İki gün ərzində müxtəlif ölkələrdən onlarla spiker, investor və startap nümayəndələrinə ev sahibliyi edən Baku ID festivalı, paralel sessiyalar, panel müzakirələri və təqdimatlarla innovasiya ekosisteminin mərkəzinə çevrildi. Festival süni intellekt, texnologiya və innovasiya sahələrinə dair çıxışlar və təqdimatlar ilə yadda qaldı. Baku ID tədbirinin ikinci günündə keçirilən “Korporativ innovasiya: ekosistem imkanlarından istifadə strategiyaları” paneli iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
https://technote.az/diger/baku-id-2025-yekunlasdi-baki-iki-gun-erzinde-regional-innovasiya-merkezine-cevrildi
https://technote.az/diger/baku-id-2025-yekunlasdi-baki-iki-gun-erzinde-regional-innovasiya-merkezine-cevrildi
Bu dəfə diqqət mərkəzində MiniMax adlı startap dayanır. Şirkət yeni M1 adlı süni zəka modelinin təqdimatını elan edib və bu modelin təliminə Qərb analoqları, məsələn, OpenAI-nin GPT-4 modeli ilə müqayisədə xeyli az vəsait xərcləndiyi bildirilir. Bu ilin yanvarında diqqət mərkəzində DeepSeek adlı startap və onun R1 alqoritmi olmuşdu. Mart ayında isə bir müddətlik diqqəti Butterfly Effect adlı startap və onun Manus adlı süni zəka modeli cəlb etdi. Bu startap hər nə qədər Sinqapurda yerləşsə də, əməkdaşlarının böyük hissəsi Çindədir. Keçən həftə isə süni zəka əsasında videooyunlar hazırlamaq üçün xidmət təqdim edən MiniMax şirkəti (Şanxay) yenidən diqqət mərkəzinə düşüb. Bu dəfə MiniMax-ı yada salmağa səbəb 16 iyun tarixində debüt etmiş M1 adlı süni zəka modelinin təqdimatı oldu.
https://technote.az/suni-zeka-ve-elm/cinin-minimax-sirketi-asagi-qiymete-basa-gelmis-m1-suni-zeka-modelini-teqdim-edib
https://technote.az/suni-zeka-ve-elm/cinin-minimax-sirketi-asagi-qiymete-basa-gelmis-m1-suni-zeka-modelini-teqdim-edib
Cərrahiyyə robotunun yüksək dəqiqliyi sayəsində travmalar azaldılıb, ağırlaşma riski minimuma endirilib və xəstənin sağalma prosesi sürətlənib. Əməliyyat olunan kişi əməliyyatdan 1 ay sonra heç bir ağırlaşma olmadan evə buraxılıb. Mart ayının əvvəlində Hyustonda yerləşən Baylor Sent-Lük Tibb Mərkəzində tarixə düşən bu əməliyyat baş tutub - ağırlaşmış ürək çatışmazlığı olan 45 yaşlı kişiyə dünyada ilk dəfə olaraq yeni və daha az invaziv texnologiya ilə ürək köçürülüb. Pasient 2024-cü ilin noyabrından etibarən xəstəxanada idi və ürəyin fəaliyyətini dəstəkləyən bir neçə mexaniki cihaz sayəsində həyatda qalırdı. Cərrahlar döş qəfəsini açmaq əvəzinə cərrahiyyə robotundan istifadə ediblər. Bu onlara millimetr dəqiqliyi ilə kiçik kəsiklər etməyə və qarınətrafı boşluqdan keçərək xəstə ürəyi çıxarıb donor ürəyini yerləşdirməyə imkan verib.
https://technote.az/texnologiya-xeberleri/tarixde-ilk-robotlasdirilmis-urek-kocurme-emeliyyati-heyata-kecirilib
https://technote.az/texnologiya-xeberleri/tarixde-ilk-robotlasdirilmis-urek-kocurme-emeliyyati-heyata-kecirilib
Aksolotllar - ambistoma adlı bəzi amfibiyaların sürfə mərhələsindəki formalarıdır. Aksolotlun xüsusiyyəti ondan ibarətdir ki, o, yetkin formaya çevrilmədən cinsi yetkinliyə çatır və çoxalma qabiliyyəti qazanır. Aksolotllar, yırtıcılar tərəfindən qoparılan demək olar ki, istənilən bədən hissəsini yenidən bərpa etmək qabiliyyəti ilə tanınır. Lakin bu regenerasiya prosesinin səbəbi uzun müddət sirr olaraq qalmışdı. Məlum olub ki, retinoik turşu və CYP26B1 fermenti itirilmiş bədən hissələrinin bərpasında fəal iştirak edir. Alimlərin fikrincə, aksolotllardan ilhamlanan texnologiyalar insanlara da öz bədən hissələrini bərpa etməkdə kömək edə bilər, çünki insan orqanizmində bunun üçün lazım olan hər şey mövcuddur.
https://technote.az/texnologiya-xeberleri/insanlarin-itirdikleri-beden-hisselerini-berpa-ede-bilecekleri-teyin-edilib
https://technote.az/texnologiya-xeberleri/insanlarin-itirdikleri-beden-hisselerini-berpa-ede-bilecekleri-teyin-edilib
Missiyanın məqsədi Marsdan ən azı 500 qram material toplayaraq Yerə gətirmək və onu hərtərəfli analiz etməkdir. İlkin araşdırmalara 86 potensial eniş sahəsinin təhlili əsasında eniş yerinin seçilməsi də daxil olub. Əsas prioritet Marsda əvvəllər mövcud olmuş və ya hələ də mövcud olan həyat izlərini axtarmaq və toplanmış nümunələrdə mümkün bioloji göstəriciləri müəyyənləşdirməkdir. Missiyanın elmi proqramı Marsda keçmişdə və ya indi həyatın izlərini tapmaq ümumi məqsədi ilə birləşdirilmiş 9 əsas mövzunu əhatə edir. Nümunələrin toplanması üçün həm səthi, həm də yeraltı üsullardan istifadə planlaşdırılır. Enmə moduluna quraşdırılmış qazma qurğusu 2 metr dərinliyə qədər nüfuz edə və bir neçə qram torpaq çıxara biləcək.
https://technote.az/texnologiya-xeberleri/cinin-marsdan-numunelerin-geri-qaytarilmasi-missiyasi-baresinde-teferruatlar-aciqlanib
https://technote.az/texnologiya-xeberleri/cinin-marsdan-numunelerin-geri-qaytarilmasi-missiyasi-baresinde-teferruatlar-aciqlanib
James Webb kosmik teleskopunun müşahidələri, ekstremal şəraitdə Yer tipli planetlərin yaranma imkanları ilə bağlı mövcud təsəvvürləri dəyişib. Astronomlar Süd Yolunun ən radiasiya-aktiv ulduz əmələgəlmə bölgələrindən birini öyrənərək müəyyən ediblər ki, bu cür ekstremal mühitlərdə belə Yerə bənzər planetlər formalaşa bilər. Bu kəşf, bu cür şəraitdə planet yaranmasının mümkünsüz olduğunu iddia edən əvvəlki nəzəriyyələri təkzib edir. Araşdırmanın həmmüəllifi və Pensilvaniya Dövlət Universitetinin tədqiqatçısı Konstantin Getman-ın izahına görə, ultrabənövşəyi şüalanma uzun müddət azkütləli ulduzların ətrafında planetlərin yaranması üçün əsas maneə sayılırdı. Lakin yeni məlumatlar göstərir ki, planetlərin doğulduğu qaz və tozdan ibarət fırlanan protoplanet diskləri güclü ultrabənövşəyi şüalanma təsirinə baxmayaraq mövcud ola və inkişaf edə bilir.
https://technote.az/texnologiya-xeberleri/qalaktikamizin-en-ekstremal-bolgesinde-planetlerin-formalasdigi-teyin-edilib
https://technote.az/texnologiya-xeberleri/qalaktikamizin-en-ekstremal-bolgesinde-planetlerin-formalasdigi-teyin-edilib
Şirkətin açıqlamasında deyilir: “Tesla Robotaxi artıq Texas ştatının Ostin şəhərində səfərlərə başlayıb”. Hazırda bu yeni xidmətdən hər kəs istifadə edə bilməyəcək. Xidmət yalnız Tesla tərəfindən dəvət almış şəxslər üçün əlçatan olacaq. Xidmət Ostinin müəyyən ərazilərində fəaliyyət göstərəcək və bu zonalarda şirkətə məxsus 10-20 elektromobil yerləşəcək. Robotaksini çağırmaq üçün xüsusi mobil tətbiq nəzərdə tutulub. Xidmət hər gün yerli vaxtla saat 06:00-dan 00:00-a qədər fəaliyyət göstərir. Əlavə təhlükəsizliyi təmin etmək məqsədilə səfərlər zamanı ön sərnişin oturacağında bir Tesla əməkdaşı yerləşəcək. Onun vəzifəsi fövqəladə vəziyyət yarandığı halda elektromobili xüsusi əmrlərdən - “təcili dayanma” və “kənara çəkilmə” -istifadə edərək istifadəçi interfeysi vasitəsilə dərhal dayandırmaqdır.
https://technote.az/neqliyyat/tesla-robotaxi-xidmeti-texasda-istifadeye-verilib
https://technote.az/neqliyyat/tesla-robotaxi-xidmeti-texasda-istifadeye-verilib
Onlar bu tətbiqi potensial təhlükə hesab ediblər. Məlumata görə, Nümayəndələr Palatasının baş inzibati əməkdaşı (CAO) bildirib ki, kibertəhlükəsizlik xidməti WhatsApp-ı yüksək riskli hesab edib. Bu qərarın səbəbi isə istifadəçi məlumatlarının qorunmasında qeyri-şəffaflıq, saxlanılan məlumatların şifrələnməməsi və hakerlər tərəfindən istifadə oluna biləcək mümkün boşluqlardır. Hesabata əsasən, Konqresin bütün əməkdaşlarına WhatsApp-ın istənilən versiyasını (mobil və ya desktop) dövlət qurumlarına məxsus cihazlara yükləmək və istifadə etmək qadağan olunub. Əgər bu tətbiqin quraşdırıldığı aşkarlanarsa, əməkdaşlara bildiriş göndəriləcək və onlar tətbiqi silməyə məcbur olacaqlar. Artıq WhatsApp-dan iş cihazlarında istifadə edənlərə isə texniki xidmət tərəfindən bu barədə xatırlatma göndəriləcək.
https://technote.az/sosial-media/abs-konqresi-emekdaslarina-whatsapp-dan-istifade-qadagan-edilib
https://technote.az/sosial-media/abs-konqresi-emekdaslarina-whatsapp-dan-istifade-qadagan-edilib
Bununla belə, Ay tozu ilə tənəffüs “Apollo-17” missiyası zamanı iştirak edən astronavtlardan birinin “Ay saman qızdırması” adlandırdığı vəziyyətə səbəb ola bilər. Ay tozunun toksikliyi ilə bağlı narahatlıqlar “Apollo-17” missiyası çərçivəsində astronavtların Ay səthinə enişi zamanı meydana çıxmışdı. Statik elektrik təsiri altında Ay tozu astronavtların skafandrlarına yapışmış və bir hissəsi eniş modulunun daxilinə keçmişdi. Sözügedən toz ilə tənəffüsü göz yanması, öskürək və boğaz ağrısı kimi əlamətlərə səbəb olmuşdu. Bu əlamətlər Yer vaxtı ilə bir gün ərzində yox olmuşdu. Astronavt Harrison Schmitt həmin simptomları allergik reaksiyaya bənzədərək, bu vəziyyəti “Ay saman qızdırması” adlandırmışdı. "Apollo-17" missiyasının geri dönüşündən sonra oxşar problemlər istifadə olunmuş skafandrlardan tozu çıxaran əməkdaşlarda da müşahidə olunub. Ay tozu ilə hər təmasdan sonra simptomlar daha da güclənib.
https://technote.az/texnologiya-xeberleri/ay-tozu-meqapolis-havasindan-daha-az-toksikdir
https://technote.az/texnologiya-xeberleri/ay-tozu-meqapolis-havasindan-daha-az-toksikdir